SON XƏBƏRLƏR

Türkiyə Təhlükəsizlik Şurasının təcili iclası başlayıb

2022.02.24, 08:24
Türkiyə Təhlükəsizlik Şurasının təcili iclası başlayıb

Gunaz.tv

Bu barədə "Sabah" qəzeti yazıb.

Bildirilib ki, toplantıda Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları müzakirə olunacaq. 

Eyni zamanda, NATO çərçivəsində atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq. 

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu arada Ukrayna Türkiyədən dəstək istəyib.

Bunu Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar tviter səhifəsində yazıb.

“Rusiya Federasiyası Ukraynaya qarşı müharibəyə başlayıb. Ukraynanın dinc şəhərlərini bombalayırlar. Biz strateji müttəfiqimiz Türkiyəni və dost Türkiyə xalqını bu çətin zamanda bizə yardım etməyə çağırırıq”, - diplomat bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Məlumatı “RİA Novosti” yayıb.

Telefon danışığı Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra baş tutub. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar