SON XƏBƏRLƏR

Zəngan əhalisi sürətlə qocalır-Rektordan xəbərdarlıq

2022.02.26, 09:00
Zəngan əhalisi sürətlə qocalır-Rektordan xəbərdarlıq

Gunaz.tv

Əyalət valiliyində keçirilən Əhalinin Strateji Şurasının toplantısında danışan Bəxyiyari hal-hazırda Zəngan əyalətinin əhalisinin 67.8%-nin 15-64 yaş arasında olduğunu deyib.

“Zənganda cəmiyyətin qocalma prosesi sürətlənib. Belə ki, hal-hazırda əyalətin 10.39% əhalisi 60 yaşdan yuxarı şəxslərdən ibarətdir”-deyə, universitet rektoru xəbərdarlıq edib.

O, cari günəş ilində əyalətdə dünyaya gələn uşaqların ötən ilin oxşar dövrü ilə müqayisədə 13% azaldığını, boşanmaların sayının olduqca artdığını və nikahların azaldığını söyləyib.

Qeyd edək ki, uzun illərdir İranda iqtisadi problemlər, yoxsulluq və işsizlik səbəbindən ailə quran cütlüklərin sayında azalma qeydə alınıb, boşanan cütlüklər isə artıb. 

Gənclər iş təminatı olmadığı üçün ailə qurmaqdan imtina edir, ailələr isə uşaq dünyaya gətirməkdən çəkinirlər. 

Bundan öncə də bir sıra rəsmilər və mütəxəssislər həyəcan təbili çalaraq ölkədə əhalinin qocalma prosesinin sürətləndiyini bildirib.
Onlar hökuməti gənclərin ailə qurmasına dəstək üçün stimullaşdırıcı addımlar atmağa çağırıblar.  

 

Açıklama yok.

C.E
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar