SON XƏBƏRLƏR

Türkiyə boğazları döyüş gəmiləri üçün bağladı

2022.02.28, 20:04
Türkiyə boğazları döyüş gəmiləri üçün bağladı

Gunaz.tv

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri vurğulayıb ki, bununla bağlı bütün sahilyanı və sahilyanı olmayan ölkələrə xəbərdarlıq edilib.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mediaya açıqlamasında Montrö Konvensiyasından söz açıb. 

O, Rusiya və Ukrayna arasında böhranın artmasının qarşısını almaq üçün Türkiyənin Montrö Konvensiyasının boğazlarda gəmilərin hərəkəti ilə bağlı verdiyi səlahiyyətlərdən istifadə etməkdə qərarlı olduğunu bildirib. (modern.az)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar