SON XƏBƏRLƏR

Rusiya və Ukrayna müvəqqəti atəşkəs elan etdi

2022.03.03, 17:54
Rusiya və Ukrayna müvəqqəti atəşkəs elan etdi

Gunaz.tv

Danışıqlar Belarusda aparılır.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna-Rusiya danışıqlarının ikinci raundunun gündəliyini açıqlayıb.

Podolyak “Twitter” hesabında etdiyi paylaşımında Ukrayna tərəfinin görüşlə bağlı gündəliyində üç istiqamətin olduğunu qeyd edib. 

O bildirib ki, bunlar döyüşlərin dərhal dayandırılması, atəşkəs razılaşması və dağılmış, həmçinin davamlı olaraq atəşə məruz qalan kənd və şəhərlərdən mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin açılmasıdır. 
Rusiya və Ukrayna humanitar dəhlizlərin təşkili üçün müvəqqəti atəşkəslə bağlı razılığa gəlib.

Bu barədə Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak məlumat yayıb.

O qeyd edib ki, gözlənilən əsas nəticələr əldə olunmayıb.

“Tərəflər müvəqqəti atəşkəslə humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər”, - deyə Podolyak bildirib.

Görüşlərin üçüncü raundunun keçirilməsi planlaşdırılır. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar