SON XƏBƏRLƏR

Azərbaycan Ordusunun əsgəri faciəvi şəkildə həlak olub

2022.03.04, 06:40
Azərbaycan Ordusunun əsgəri faciəvi şəkildə həlak olub

Gunaz.tv

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd edilib. (musavat.com)

Ayxan
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar