SON XƏBƏRLƏR

Zelenski Türkiyədə Putinlə danışıqlara razılaşıb

2022.03.06, 05:21
Zelenski Türkiyədə Putinlə danışıqlara razılaşıb

Gunaz.tv

Ukrayna mətbuatına istinadən verilən məlumata görə, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Məlumata görə, Ukraynanın dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanla söhbətində Vladimir Putinlə Türkiyədə danışıqlara razılıq verib. Zelenskinin Rusiya lideri ilə görüşü Ankara və ya İstanbul şəhərlərində baş tuta bilər.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra sülhün bərqərar olmasına kömək etməyə çalışır. Sabah - martın 6-da Ərdoğan Putinlə telefon danışığı aparacaq. Danışıqlarda Putinin Zelenski ilə görüşü müzakirə ediləcək. (report.az)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar