SON XƏBƏRLƏR

Xarkovdakı Azərbaycanın fəxri konsulluğunun binası raketlə vuruldu

2022.03.07, 05:13
Xarkovdakı Azərbaycanın fəxri konsulluğunun binası raketlə vuruldu

Gunaz.tv

Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.

Fəxri Konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər. 

Ukraynanın Nikolayev şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə də "Qrad" atəşinə tutulub.

Bu barədə Ukrayna Milli Polisinin Nikolayev şəhəri İdarəsinin azərbaycanlı zabiti Turan Fikrətli məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saat 05.30 radələrindən başlayaraq Rusiya qoşunları tərəfindən Nikolayev şəhər xəstəxanası və azərbaycanlılara məxsus çoxsaylı evlər "Qrad" atışları nəticəsində dağıdılıb və ya ciddi zərər görüb.

Azərbaycanlılar vaxtında evakuasiya edildiyindən xoşbəxtlikdən insan tələfatı olmayıb.


Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar