SON XƏBƏRLƏR

Ərdoğan İsrail prezidenti ilə görüşdü

2022.03.09, 16:52
Ərdoğan İsrail prezidenti ilə görüşdü

Gunaz.tv

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İsrail lideri paytaxt Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirib. Səfər çərçivəsində İsaak Hersoqun Türk-yəhudi icmasının nümayəndələri ilə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, İsaak Hersoq 2008-ci ildən bəri Türkiyəyə səfər edən ilk İsrail prezidentidir. 

"İsraillə birgə hədəfimiz ölkələrimiz arasında hörmətə əsaslanan siyasi dialoqun yenidən canlandırılmasıdır". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı ilə birgə mətbuat konfransında deyib.

Ərdoğan İsrail Prezidenti Herzoqun ölkəsinə səfərini tarixi ziyarət kimi qiymətləndirib. "Bu səfərin Türkiyə-İsrail əlaqələrində yeni bir dönüş nöqtəsi olacağına inanıram.

Bölgəmizdə sülh, sabitlik və birgəyaşayış mədəniyyətinin hakim olmasına töhfə vermək bizim əlimizdədir", - Türkiyə dövlət başçısı qeyd edib.

O, iki dövlətli həll yoluna əhəmiyyət verdiklərini Herzoqun diqqətinə çatdırdığını vurğulayıb.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar