SON XƏBƏRLƏR

Prezident Ofisi: “Çernobıl AES-də vəziyyət təhlükəlidir"

2022.03.10, 08:41
Prezident Ofisi: “Çernobıl AES-də vəziyyət təhlükəlidir"

Gunaz.tv

UNİAN-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Bu, bütün Avropa üçün təhlükədir. Həmçinin Rusiyanın özünə də təhdid yaradır. Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır”, - deyə o bildirib.

M.Podolyak vurğulayıb ki, rusların enerji bloklarını hədəf almaları təsadüfi deyil: “Çünki onlar orta əsrlərin döyüşlərini aparırlar”.

Xatırladaq ki, fevralın 24-də rus qoşunları Çernobıl Atom Elektrik Stansiyasının bütün obyektlərinə nəzarəti ələ keçirib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar