SON XƏBƏRLƏR

Ukrayna Prezidenti Qərbi Rusiyaya qarşı sanksiyaları artırmağa çağırıb

2022.03.11, 06:29
Ukrayna Prezidenti Qərbi Rusiyaya qarşı sanksiyaları artırmağa çağırıb

Gunaz.tv

Bu barədə “Die Zeit” qəzetində dərc olunan məqalədə deyilir.

“Mənim Ukraynada, Kiyevdə qaldığım heç kimə sirr deyil”,- deyə Zelenski qeyd edib.

Eyni zamanda Ukrayna Prezidenti Qərbi Rusiyaya qarşı sanksiyaları artırmağa çağırıb.

“Sanksiyalar kifayət etsəydi, hücum indiyə qədər bitərdi. Amma onlar Rusiyadan neft və qaz almağa davam edirlər”,- deyə V.Zelenski bildirib.

Prezident Ukraynadan təxliyyə edilənlərin sayını açıqlayıb. 

Onun sözlərinə görə, Ukraynanın bir sıra şəhərlərindən 40 minə yaxın insan təxliyə edilib.

"Bu gün bizim qarşımızda duran əsas vəzifələrdən biri Sumı, Trostyanets, Krasnopolye, İrpin, Buça, Qostomel, İzyum şəhərlərində humanitar dəhlizlərin təşkili idi. Artıq bu gün 40 minə yaxın insanımız təxliyə olunub və onlara Poltavada təhlükəsiz şəarit yaradılıb”, - deyə Zelenski videomüraciətində bildirib. (apa)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar