SON XƏBƏRLƏR

Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlanıb

2022.03.15, 07:48
Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlanıb

Gunaz.tv

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 13 500-dən çox hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 81 təyyarə, 95 helikopter, 404 tank, 1 279 zirehli döyüş maşını, 150 artilleriya qurğusu, 33 hava hücumundan müdafiə sistemi, 64 reaktiv yaylım atəş sistemi, 60 yanacaq çəni, 3 gəmi və kater, 640 avtomobil texnikası, 36 hava hücumundan müdafiə sistemi məhv edilib.

Qeyd edək ki, bu gün Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin 20-ci günüdür. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar