SON XƏBƏRLƏR

Ərdoğan Avropa İttifaqını ittiham edib: “Ukraynanın müraciətinə ciddi yanaşmadılar”

2022.03.31, 15:35
Ərdoğan Avropa İttifaqını ittiham edib: “Ukraynanın müraciətinə ciddi yanaşmadılar”

Gunaz.tv

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Bütün bunlara baxmayaraq, mən cənab Putinin Ukraynanın Avropa İttifaqına daxil olmasına müsbət münasibətini eşitdim və öyrəndim. Təbii ki, bu görüşlər zamanı yekun vəziyyəti öyrənəcəyik.

Onunla görüşüm zamanı bunu eşitmək bizə bu istiqamətdə atılacaq addımları daha düzgün qiymətləndirmək imkanı verəcək. Bilirsiniz, 1963-cü ildən bəri Avropa İttifaqı bizə nə etdi? 

Davamlı şəkildə yayındırdı, hələ də başımızı qatırlar. Biz Ukraynanın təhlükəsizliyinə təminat vermək baxımından təminatçı ölkələrdən biri ola bilərik, buna prinsip kimi baxırıq, lakin, sözsüz ki, bunun təfərrüatlarına aydınlıq gətirilməlidir”, - dövlət başçısı vurğulayıb.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar