SON XƏBƏRLƏR

Ukraynada ölən uşaqların yeni sayı açıqlandı

2022.04.04, 10:43
Ukraynada ölən uşaqların yeni sayı açıqlandı

Gunaz.tv

Bu barədə Baş Prokurorluq öz Telegram səhifəsində məlumat yayıb.

"Aprelin 4-ü səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində Ukraynada 425-dən çox uşaq zərər çəkib. Eyni zamanda, 161 uşaq ölüb, 264 uşaq yaralanıb. Bu məlumatlar yekun deyil", - hesabatda bildirilir.
Uşaqlardan ən çoxu Kiyevdə zərər çəkib – 75 nəfər.

Donetskdə - 78, Xarkovda - 59, Çerniqovda - 49, Nikolayevdə - 34, Luqanskda - 31, Zaporojyedə - 22, Xersonda - 29, Sumıda - 16, Jitomirdə – 15 uşaq müharibə qurbanı olub.
Bombardman və atəş nəticəsində 869 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 83-ü tamamilə məhv edilib. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar