SON XƏBƏRLƏR

“Belə vəhşiliyi sonuncu dəfə alman faşistləri etmişdi” - Ukraynada kütləvi qətliam - FOTOLAR

2022.04.04, 14:21
“Belə vəhşiliyi sonuncu dəfə alman faşistləri etmişdi” - Ukraynada kütləvi qətliam - FOTOLAR

Gunaz.tv

Nazir xatırladıb ki, rus hərbçilər Kiyev yaxınlığında məğlub olublar - paytaxt uğrunda ilk döyüşdə ukraynalı müdafiəçilər qalib gəliblər. Kiyev bölgəsi düşməndən azad edilib, işğalçılar qüvvələri yenidən toplamaq və hücum istiqamətini dəyişmək üçün Çerniqov və Sumı vilayətlərində də geri çəkilirlər.
 
1649067513_photo_2022-04-04_12-14-43.jpg

"Bu, Kremlin planlarının pozulduğunun təkzibolunmaz sübutudur. Eyni zamanda, bizim ürəyimiz rus əsgərləri tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalan yüzlərlə dinc sakin üçün ağrı ilə doludur. Yalnız Buçada ölənlərin sayı Vukovardakından artıqdır”.

1649067619_bucha-genocide-3.jpg

Aleksiy Reznikov Buçada 2 mindən çox mülki şəxsin qətlə yetrildiyini vurğulayıb.

"Qadınların və kişilərin əlləri bağlı halda başlarının arxasına atəş açmaq tamamilə qeyri-insani hərəkətdir. Bu qətllər müharibənin tərkib hissəsi kimi qəbul edilmir. Hətta onları terror və ya cinayət kimi qələmə vermək çətindir. Torpağımıza soxulan quduz cəlladların mahiyyəti budur. Sonuncu dəfə belə vəhşiliyi Hitler SS-çiləri etmişdilər”, - nazir bildirib.

O vurğulayıb ki, bu pislik sadəcə olaraq cəzasız qala bilməz.

Reznikovun sözlərinə görə, Ukrayna kəşfiyyatı ardıcıl olaraq işğalçıların və qatillərin kimliyini müəyyənləşdirir: “Onkların hər biri vaxtında layiq olduğunu alacaq”.

“Biz paytaxtı bu bəladan qorumaq üçün canlarını vermiş əsgərlərimiz qarşısında baş əyirik”, - deyə Ukraynanın müdafiə naziri qeyd edib.
Aprelin 1-də Buça şəhərinin meri Anatoli Fedoruk Ukrayna Silahlı Qüvvələrinin rus işğalçılarını qovduğunu bildirib.

Onlar geri çəkilərək qəsəbə daxilində mülki tikililəri, infrastruktur obyektlərini və bəzi əraziləri minalayıblar.

Şəhərin küçələrində əlləri bağlı ölmüş mülki şəxslərin cəsədləri tapılıb. Məlum olub ki, rus əsgərləri insanları zorlayıb, təhqir edib, işgəncə verirmişlər. (modern.az)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar