SON XƏBƏRLƏR

Ukraynada öldürülən uşaqların sayı artıb

2022.04.06, 12:21
Ukraynada öldürülən uşaqların sayı artıb

Gunaz.tv

Bu barədə Baş Prokurorluğun Telegram kanalında bildirilib.

"Aprelin 6-da səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində 446-dan çox uşaq zərər çəkib. Eyni zamanda, 167 uşaq ölüb, 279-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda deyilir. 

Uşaqlar ən çox Kiyev vilayətində öldürülüb – 78 nəfər.
 
Donetskdə - 81, Xarkovda - 64, Çerniqovda - 49, Nikolayevdə - 39, Luqanskda - 31, Zaporojyedə - 22, Xersonda - 29, paytaxtda - 16, Sumıda - 16, Jitomirdə - 15 uşaq müharibə qurbanı olub.
 
Bombardman və top atəşləri nəticəsində 927 təhsil müəssisəsi zərər görüb, onlardan 83-ü tamamilə məhv edilib. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar