SON XƏBƏRLƏR

Kütləvi məzarlıqların aşkarlandığı Buçadan günlərdir cəsəd çıxarılır

2022.04.11, 11:16
Kütləvi məzarlıqların aşkarlandığı Buçadan günlərdir cəsəd çıxarılır

Gunaz.tv

Şəhər mərkəzindəki Müqəddəs Andriya kilsəsinin həyətindəki kütləvi məzarlıqdan çıxarılan meyitlər ölüm səbəblərini araşdırmaq və müəyyən etmək üçün məhkəmə-tibb, kriminalistika mütəxəssisləri tərəfindən müvafiq mərkəzlərə göndərilir.

Buça və ətraf kəndlərdə tapılan cəsədlər şəhər qəbiristanlığına gətirilir. Şəhər qəbiristanlığında qara torbalara qoyulan onlarla mülki vətəndaşın cəsədi diqqət çəkir. 

Rəsmilər buradakı cəsədlərin Buça və ətrafında öldürülən mülki şəxslərə aid olduğunu bildirirlər.


Qeyd edək ki, rus ordusunun geri çəkildiyi Buça şəhərində küçələrdə öldürülmüş mülki şəxslərin görüntüləri böyük reaksiyalara səbəb olub. (avropa.info)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar