SON XƏBƏRLƏR

Hüquq müdafiəçisi: "Heç bir ölkədə Azərbaycanda olduğu kimi dini tolerantlıq mövcud deyil"

2022.04.12, 14:41
Hüquq müdafiəçisi: "Heç bir ölkədə Azərbaycanda olduğu kimi dini tolerantlıq mövcud deyil"

Gunaz.tv

Azərbaycandakı dini plüralizm və dini azadlıqdan danışan hüquq müdafiəçisi bildirib ki, hər kəs istədiyi dinə sitayiş edə bilər:

"Biz uzun illər Ermənistanla müharibə şəraitində olsaq da, onların kilsələrini dağıtmadıq, əksinə, onların inanclarına hörmətlə yanaşdıq.

Ermənilər isə bizim həm mülki, həm də mədəni-dini obyektlərimizi hədəf alırdılar. Onlar o vaxt işğal altında torpaqlarımızdakı məscidlərimizdə donuz saxlayırdılar. Beləliklə, biz həm də dünyaya dini plüralizmlə bağlı dərs keçdik. 

İndi Rusiya ilə Ukrayna arasında savaş gedir. Onların heç biri müharibəni Azərbaycan kimi aparmır, dini-mədəni abidələrə bizim kimi həssas yanaşmırlar”.

N.Cəfəroğlunun fikrincə, ölkəmizdə dini plüralizmin formalaşmasında Azərbaycan İlahiyyat İnstitutunun mühüm rolu var.

Burada tələbələrə dinin elmi tərəfinin və din mədəniyyətinin öyrədildiyini xatırladan hüquq müdafiəçisi bildirib ki, bununla dini radikalizmin qarşısı alınır və görülən işlərin effekti də uğurludur.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar