SON XƏBƏRLƏR

FHN Sumqayıtda baş verən yanğınla bağlı məlumat yaydı

2022.04.29, 07:48
FHN Sumqayıtda baş verən yanğınla bağlı məlumat yaydı

Gunaz.tv

Nazirlikdən verilən məlumata görə, yanğınla mübarizə tədbirlərinə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Yanğının daha geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı yanğınla bağlı birgə məlumat yayıb.

Məlumtda göstərilir ki, 28 aprel 2022-ci ildə saat 17:20 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində yanğın hadisəsi baş verib.

Daxil olmuş məlumat əsasında dərhal Baş Prokuroluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxmışlar.

Ilkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə etmişdir.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılmışdır.

Yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.

Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Sumqayıtda baş vermiş yanğınla bağlı açıqlama verib.

Nazir bildirib ki, çağırışdan 9 dəqiqə sonra ilk yanğınsöndürən maşın hadisə yerinə çatıb.
“Yanğının miqyası nəzərə alınaraq helikopterlər cəlb olunub. İlkin ehtimala görə yanğın karton tullantılarından başlayıb. Müəssisənin özünün kamerasında bunlar əks olunub. 

Azərbaycan Respublikasının Baş Prokurorluğu və FHN tərəfindən istintaq getdiyi üçün bütün məlumatları verə bilmirəm. Hadisə çox ciddi olduğu üçün prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya məlumat verilib. Prezident yanğınsöndürmənin gedişi haqqında mütəmadi məlumatlandırılıb” – deyə nazir vurğulayıb.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar