SON XƏBƏRLƏR

Ukrayna Baş Qərargahı: "Rusiya Zaporojye istiqamətində 100-dən çox canlı qüvvə itirib"

2022.05.04, 09:31
Ukrayna Baş Qərargahı: "Rusiya Zaporojye istiqamətində 100-dən çox canlı qüvvə itirib"

Gunaz.tv

Məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, Rusiya hərbçilərinin Zaporojye vilayətinin Orexi yaşayış məntəqəsini ələ keçirmək cəhdləri uğursuz olub.

Məlumata görə, Bessarabiya istiqamətində gərginlik olsa da, Ukrayna müdafiəçiləri vəziyyətə nəzarət edir.

Bundan əlavə, ötən sutkada Rusiyanın 7 PUA-sı və 8 qanadlı raketi məhv edilib.

Məlumata görə, rəqibin bu istiqamətdə verdiyi itkilər dəqiqləşdirilir: “Ötən sutkada Rusiyanın Donetsk və Luqansk vilayətləri istiqamətində 12 hücumunun qarşısı alınıb, 6 tank, 3-ü reaktiv zirehli döyüş texnikası olmaqla 5 artilleriya sistemi, 15 zirehli döyüş texnikası, 9 avtomobil texnikası məhv edilib”.

Rusiyanın başqa istiqamətlərdə də itkiləri olduğu vurğulanıb. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar