SON XƏBƏRLƏR

İran repressiya siyasətini sərtləşdirir: Qadın fəala ağır həbs cəzası verildi

2023.05.17, 15:13
İran repressiya siyasətini sərtləşdirir: Qadın fəala ağır həbs cəzası verildi

Gunaz.tv

AzVision.az  “Hrana” xəbər agentliyinə istinadən bildirir ki, Anişa Əsədullahi Tehran İnqilab məhkəməsinin 26-cı şöbəsi tərəfindən ümumilikdə 5 il 8 ay həbs cəzasına məhkum edilib.

Hakimi İman Əfşarinin sədrliyi ilə keçirilən məhkəmədə, Anişa Əsədullahi, “icma və sövdələşmə” ittihamı ilə 5 il və “rejim əleyhinə təbliğat” ittihamı ilə 8 ay olmaqla ümumilikdı 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu hökmün apellyasiya şikayəti mərhələsində təsdiq ediləcəui halda, İran Cinayət məcəlləsinin 134-cü maddəsi əsasında Anişa Əsədullahiyə beş il ağır həbs cəzası kəsiləcək.

Anişa Əsədullahi əmək mitinqlərində iştiraka görə bir neçə dəfə həbs olunaraq, nəticədə bir il müddətinə azadlıqdan məhrum edilmişdi.

Aprel ayında isə bir milyard tümən girov müqabilində Əsədullahi Evin həbsxanasından müvəqqəti buraxılmışdı.

Lakin aprelin sonlarında həbsdə yatan müəllim Məhəmməd Həbibinin evində olarkən bir qrup əmək fəalı ilə birlikdə yenidən həbs edilib.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar