SON XƏBƏRLƏR

Ukrayna təhlükəsizliklə bağlı Yunanıstanla danışıqlar aparıb

2023.08.12, 13:01
Ukrayna təhlükəsizliklə bağlı  Yunanıstanla danışıqlar aparıb

Ukrayna gələcək təhlükəsizlik zəmanətləri ilə bağlı Yunanıstanla birbaşa danışıqlar aparıb. Görüşlər xarici işlər nazirlikləri səviyyəsində baş tutub.

Gunaz.tv

 Bu barədə Yunanıstanın “Ekathimerini” nəşri yazıb.

Nəşrin bildirdiyinə görə, danışıqlar zamanı Kiyevin ehtiyacı olan sahələr, əsasən hava hücumundan müdafiə (HHM) vasitələri, artilleriya, zirehli texnika, döyüş təyyarələri və sursat məsələləri müzakirə edilib.

Həmçinin, Ukraynanın müharibədən sonra yenidən qurulması, ölkənin Qərbi Avropa iqtisadi zonasına daxil edilməsi və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar