SON XƏBƏRLƏR

Təbriz metrosunun vaqonları İsfahana aparılıb

2024.06.17, 12:40
Təbriz metrosunun vaqonları İsfahana aparılıb

Təbriz metrosu üçün nəzərdə tutulan metro vaqonları İsfahan şəhərinə aparılıb.

Gunaz.tv

Bu barədə Təbrizin "Saqi Azərbaycan" nəşri Təbriz Şəhər Şurasındakı mənbələrinə istinadən məlumat yayıb.

"Azərbaycanlıların vergi ödənişləri və ərqi Azərbaycan əyalətinin büdcəsi hesabına alınan vaqonlar İsfahana köçürülüb. Növbə Təbrizin ictimai nəqliyyatındadır, istifadəyə yararlı avtobusların da İsfahan şəhərinə veriləcəyi barədə xəbər təəccübləndirməyəcək",- fəallar paylaşımlarında yazıblar.

Qeyd edək ki, undan əvvəl 2022-ci ildə də Təbriz metrosu üçün nəzərdə tutulan vaqonlar Şiraz şəhərinə verilmişdi.

Təbriz metrosunun tikintisinə 20 il bundan öncə İsfahan, Şiraz və Məşhəd şəhərlərinin metrosundan daha tez başlanılıb.

Ancaq, adı çəkilən şəhərlərin metrolarının əsas xətlərinin hamısının hazır olmasına baxmayaraq, Təbriz metrosunun tikintisi müxtəlif bəhanələrlə gecikdirilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar