SON XƏBƏRLƏR

SEPAH: 12 yaşlı uşaqlar da müharibəyə dəstək fəaliyyətlərinə qoşula bilər

2026.03.26, 14:09
SEPAH: 12 yaşlı uşaqlar da müharibəyə dəstək fəaliyyətlərinə qoşula bilər

İranın İnqilab Keşikçiləri Korpusunun bir rəsmisi dövlət mediasında yayımlanan açıqlamasında bildirib ki, müharibə ilə bağlı dəstək fəaliyyətlərində iştirak üçün minimum yaş həddi 12-yə endirilib.

Gunaz.tv

Tehranda SEPAH-ın mədəniyyət üzrə rəsmisi R'him Nadali deyib ki, “İran üçün” adlı təşəbbüs çərçivəsində iştirakçılar patrul xidmətləri, nəzarət məntəqələri və logistika kimi fəaliyyətlərdə kömək etmək üçün cəlb olunur.

“İştirak etmək istəyənlərin arasında azyaşlılarında olduğunu və onların özlərinin qoşulmaq istədiyini nəzərə alaraq, minimum yaş həddini 12-yə endirdik,” – deyə o bildirib və əlavə edib ki, artıq 12 və 13 yaşlı uşaqlar da istədikləri halda bu fəaliyyətlərdə iştirak edə bilərlər.

Qeyd edək ki, İranın bu addımı Uşaq Haqqları Konvensiyasına ziddir və İran bu konvensiyanın üzvüdür. Həmin konvensiya uşaqların hərbi fəaliyyətlərdə istifadə olunmasını qadağan edir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar