SON XƏBƏRLƏR

Qəzvinli etirazçı barədə edam hökmü çıxarıldı

2026.07.03, 10:29
Qəzvinli etirazçı barədə edam hökmü çıxarıldı

Hazırda Qəzvin şəhərinin Çubindər həbsxanasında saxlanılan Kamal Xanbabayi edam cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o, "dövlət əmlakının dağıtmaq" və "müharibə"də ittiham olunub.

İnsan haqları fəalları Kamal Xanbabayinin etiraz aksiyası zamanı ümumi nəzarət kameralarından birini qırdığına görə belə ağır cəzaya məhkum edildiyini bildiriblər.

Qeyd edək ki, azərbaycanlı məhbus yanvar etirazları zamanı həbs edilərək istintaq təcridxanasına, oradan isə Çubindər həbsxanasına köçürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar