Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
Rusiyanın Gürcüstan qoşun yeritməsi, sonra da Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərə tam dəstək verdiyini bəyan edərək onların "dövlət müstəqilliyi"ni rəsmən tanıması Qərblə Moskva arasındakı münasibətləri gərginləşdirməkdədir. Bununla yanaşı, Rusiyanın son davranışları Azərbaycan üçün də müəyyən təhlükə kəsb edir. Ən azı ona görə ki, Dağlıq Qarabağdakı separatçılar osetin və abxaz "qardaşları"nın "uğur"larından xeyli ruhlanıblar. Moskvadakı Yaxın Şərq İnstitutunun Cənubi Qafqaz və Ön Asiya problemləri üzrə baş eksperti, Rusiyanın nüfuzlu siyasi analitiklərindən biri olan Valentin Mesamedin dediyinə görə, Rusiyanın osetinlərlə abxazlara belə ciddi siyasi, hərbi, iqtisadi və mənəvi dəstək verməsi əslində Moskvanın yeni geosiyasi ssenari üzrə hərəkətə başlamasıdır. "Ekspress" əməkdaşının suallarını cavablayan V.Mesamed bildirdi ki, Cənubi Qafqazda indiyədək müşahidə olunan vəziyyəti artıq unutmaq olar: - Oyun qaydaları artıq dəyişib. İndi həm Rusiya, həm də Qərb ölkələri Cənubi Qafqazdakı situasiyanı öz nüfuz və təsir dairələrinin nə dərəcə genişliyi, hadisələrə təsir imkanlarının səviyyəsini müəyyənləşdirmək üçün poliqon sayırlar. Rusiya üçün osetin və abxazlar yeni siyasi oyunun adi fiqurları, şahmat taxtasındakı piyadalardır ki, son məqsədə çatmaq üçün onları istənilən an qurban vermək olar. Qərb də situsiyadan məhz bu formada bəhrələnir. Cənubi Qafqaz indi iki böyük gücün toqquşmasının açıq formada təzahür etdiyi məkandır və bu güclərdən heç biri geri çəkilmək niyyətində deyil. Stavkalar çox böyükdür. Söhbət Rusiyanın postsovet məkanında Kremlə doğru mərkəzəqaçma meylləri ilə inteqrasiya proseslərinə təkan vermək, "tanınmamış"lardan istifadə edərək GUAM birliyi zəiflətmək, MDB-yə alternativ qismində Qərbin yaratdığı strukturları zəiflətmək, Xəzər dənizi, Orta Asiya və Cənubi Qafqazda hadisələrə müdaxilə imkanlarına yenidən yiyələnmək və s. istəkləri kimi amillərdən gedir. Belə şəraitdə ABŞ Gürcüstanla bağlı vəziyyətin ilk günlərində uduzduğu mövqeləri yenidən geri qaytarmaq və Rusiyanı bölgədən tam sıxışdırıb çıxarmaq üçün bütün imkanlarını səfərbər edərək irəliləməyə çalışır. Vaşinqton hələlik avanqardda Avropa Birliyi ölkələrindən istifadə etsə də, hadisələrin kulminasiya nöqtəsinə çatacağı anda özü irəli çıxıb qüvvələr nisbətini bir toxunuşla dağıtmağa çalışacaq. Buna qətiyyən şübhə etmirəm. - Yəni gürcü-osetin münaqişəsi zonasındakı gərginlik bütün Cənubi Qafqaza yayılacaq? Bir qədər çətin təxmindir, çünki ABŞ dəfələrlə bəyan edib ki, regionda sülh və stabilliyin tərəfdarıdır. Bundan başqa, amerikalı rəsmilər Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin arzuedilməz olduğunu vurğulayaraq mesajlarını çox açıq şəkildə Azərbaycan və Ermənistan rəhbərliyinə çatdırıblar. - Mən savaş olacağını demədim. Hər şey Azərbaycanın tutacağı mövqedən asılıdır. Bakının indi yürütdüyü siyasət Moskvanı təmin etmir və bunu Azərbaycan rəhbərliyi də gözəl bilir. Kreml də anlayır ki, onun Cənubi Osetiya və Abxaziya ilə bağlı qərarı ilə Bakı heç bir halda həmrəy olmayacaq. Eyni zamanda, Ermənistanda da çox maraqlı vəziyyətdədir. Ermənistan indiyədək Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərlə sıx əlaqələrini daima təbliğ edirdisə, hazırda Gürcüstanı sinirləndirməmək üçün susmaq məcburiyyətindədir. Azərbaycan və Türkiyə tərəfindən nəqliyyat blokadasına alınan, regional layihələrin hamısından kənarda qalan Ermənistan osetinlərlə abxazlara dəstək verib Gürcüstandan keçən "həyat yolu"nu itirmək istəmir. Buna görə də Rusiyanın Dağlıq Qarabağ münaqişəsindən yararlanaraq Bakıya açıq təzyiqlər göstərəcəyini düşünmürəm. Amma Rusiyanın təzyiqləri olacaq, özü də çox güclü şəkildə. Gürcüstan və Azərbaycanın NATO istiqamətində hərəkətləri, onların Avroatlantika məkanına inteqrasiyaya yönəlmiş xarici siyasətləri illərdir ki, Kremli qıcıqlandırır. Gürcüstandakı hadisələrdən sonra Bakının bu siyasəti gücləndirəcəyini düşünürəm və belədə, Kreml Cənubi Qafqazda "ikinci NATO forpostu"nun yaranmasına yol verməmək üçün əlindən gələni edəcək. - Gürcüstan Rusiyaya müqavimət göstərə bilmədi. Azərbaycanı da bu tale gözləyə bilərmi? - Xeyr, çünki Gürcüstandan fərqli olaraq, Azərbaycan Rusiya ilə qarşıdurma və fasiləsiz mübahisələr siyasətini seçməmişdi. Bakı ilə Moskvanın münasibətləri normaldır. Amma bununla belə, Rusiyanın təzyiqlərinin sərtləşəcəyini nəzərə alsaq, Bakının belə böyük dövlətə təkbaşına müqavimət göstərə bilməsi mümkün deyil. Zənn edirəm ki, Azərbaycan Qərblə, ələlxüsus da ABŞ ilə təmasları daha da intensivləşdirərək ciddi dəstək almağa və bu minvalla mümkün itkilərdən yayınmağa çalışacaq. - Təbii ki, ritorik sualdan yayına bilməyəcəyik: Rusiya Cənubi Osetiya və Abxaziyanın "dövlət müstəqilliyi"ni nə üçün tanıdı? - Cavab çox sadədir: Moskva öz maraqlarını təmin etmək üçün ən yaxşı anı seçdi və Gürcüstandakı situasiyadan maksimum dərəcədə faydalanmağa can atdı. Rusiya vəziyyətdən mümkün qədər çox mənfəət əldə etmək üçün Gürcüstandan qoşunlarını çıxarmamış "tanınmamış"ları tanıdı ki, dünya birliyinin düşünülmüş reaksiyasının formalaşmasını qabaqlasın. Dünya birliyinin, ABŞ və NATO-nun Rusiyanın addımları ilə barışması mümkün deyil. Sözsüz ki, təsirlər, təzyiqlər, bəlkə də sanksiyalar oldu. Amma Rusiyanı Gürcüstandan çıxarmaq üçün radikal qərarların verilməsinə inanmıram. Bununla belə, Rusiya ilə ABŞ arasında münasibətlərin gərginləşdiyir şəraitdə Cənubi Qafqazda maraqlar toqquşması ifrat sərt forma almaqdadır. Belə şəraitdə region dövlətləri hansı düşərgədə olduqlarına qərar verməlidir. "Həm ondan, həm bundan" dövrü artıq başa çatıb. Ya Qərblə, ya da Rusiya ilə olmağın vaxtı çatıb. - Belə şəraitdə hadisələrin inkişaf məcrası nədən asılı olacaq? - Vəziyyəti Qərbin Gürcüstana göstərdiyi yardım və verdiyi dəstəyin səviyyəsi ilə Rusiyanın sərtliyinin hansı səviyyəyədək davam etməsi müəyyənləşdirəcək. Amma heç düşünmürəm ki, Rusiyanın Azərbaycana təzyiqləri güclənəcək. Tam əksinə, Azərbaycanın Qərbə doğru daha çox meyllənməsinin qarşısını almaq üçün Rusiya Bakını ələ almağa çalışacaq. Bundan başqa, Cənubi Osetiya və Abxaziya ilə bağlı məsələdə Qərblə aşkar qarşıdurmaya gedən Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı davranışı başqa cür olacaq. Moskva bu konfliktin bütün münaqişə tərəflərinin maraqlarının tam nəzərə alınması şərti ilə, lakin Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində həllinə çalışacaq, bununla da "tanınmamış"larla bağlı kontekstə güzəştlərə gedə biləcəyini nümayiş etdiərərk Qərblə davranışını normallaşdırmaq istəyəcək. Belə şəraitdə Bakının səbatlı, yaxın və orta perspektivlərin düşünülüb hesablandığı siyasət yürütməsi mürəkkəb işdir. Qərbin reaksiyasını isə indidən proqnozlaşdırmaq çox çətindir. - Gürcüstandakı hadisələrdən sonra Azərbaycanın NATO-ya üzv olması məsələsinin mümkün qədər tez həll edilməsinin gərəkdiyi, yalnız bu yolla Rusiyanın təzyiqlərindən yaxa qurtara biləcəyimiz deyilir. Ancaq mövcud şəraitdə Azərbaycan və Gürcüstanın NATO-ya qəbul edilməsi, fikrimizcə, bir qədər problematik məsələdir. - NATO bütün dərdlərin dərmanı, geosiyasi problemlərin həlli və qonşu dövlətlərlə münasibətləri tənzimləyəcək çıxış yolu deyil. Baltikyanı dövlətlər NATO üzvləridir. Bəyəm onlar Rusiyanın təzyiqlərindən azad olublar? Cənubi Qafqazın bəxti onda gətirdi ki, Gürcüstan NATO üzvü deyildi: belə olardısa, gürcü-osetin münaqişəsi zonasında hadisələrin fəlakət ssenarisi üzrə inkişafı qaçılmazdı. Münaqişə zonası olan ölkələri sıralarına qəbul etmək istəməyən NATO müdrik mövqe tutub. Sözsüz ki, Qərb bundan sonra da Rusiyaın Cənubi Qafqazda Rusiyanın jandarmlıq etməyinə imkan verməyəcək. Əslində, Rusiya da artıq "doyub" və sakitləşmək üzrədir. Moskva sinirləri daha da gərmək, Qərblə qarşıdurmanı ifrat həddə çatdırmaqda və Cənubi Qafqazdakı mövqelərini gücləndirmək əvəzinə, uduzmaq istəmir. Moskva onsuz da qarşısına qoyduğu məqsədlərin hamısına çatıb və bundan sonra da sərtlik yalnız zərərə işləyə bilər. Rusiya üçün Cənubi Qafqazın ideal modeli sadiq Ermənistan, konfederativ Gürcüstan və federativ Azərbaycandır. Həsən AĞACAN express
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı