Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Yaqub Məmmədov: "Gürcüstan NATO və Qərbin verdiyi fitva ilə müharibəyə getdi, nə qazandı? Biz Rusiya ilə çəkişməyin, güc yolu ilə danışmağın tərəfdarı olmamalıyıq" Niyazi Mehdi: "Hər dəfə banka getməklə milyonu olan əvvəl-axır aparacaq. Rusiyanın doğrudan da axırıncı oyunu aparmaq şansı varsa, düşüncələrimizi, inam sistemimizi saf-çürük etməliyik" Rusiyanın Gürcüstana hərbi təcavüzü zamanı bu ölkə ərazisindəki bir sıra dövlət əhəmiyyətli obyektlərin və infrastrukturun rus hərbçiləri tərəfindən dağıdılması ölkə iqtisadiyyatına milyardlarla dollar ziyan vurdu. Qeyd edək ki, şimal qonşumuzun yaxın partnyorumuza etdiyi təcavüzdən Azərbaycan da iqtisadi baxımdan xeyli ziyana düşdü. Hələlik qonşu ölkədə baş verən hadisələrin nəticəsi olaraq Azərbaycanın enerji resurslarının satışında yaranmış fasilənin ölkə iqtisadiyyatına nə qədər ziyan vurduğu rəsmi olaraq açıqlanmasa da, iqtisadçı-ekspertlər son iki həftədə baş verən hadisələr zəmnində Azərbaycana 1,5 milyard dollar ziyan dəydiyini bildirirlər. Lakin Azərbaycanın problemləri tək bundan ibarət deyil. Qeyd edək ki, rəsmi Moskvanın separatçı rejimlərin tanınması istiqamətində fəaliyyətə başlaması və Gürcüstanda baş verənlərdən digər postsovet ölkələrinin özləri üçün nəticə çıxarması ilə xəbərdarlıq etməsi Azərbaycanın təhlükəsizliyi ilə bağlı ciddi problemlərinin yarandığını göstərir. Qeyd edək ki, baş verən hadisələri təhlil edən siyasi ekspertlər Rusiyanın Azərbaycan üçün də ciddi təhlükə yaratdığını və çıxış yolu kimi rəsmi Bakının NATO-ya inteqrasiya siyasətini daha da aktivləşdirməyi təklif edirlər. Maraqlıdır, görəsən, baş verənlərə seyrçi mövqeyindən yanaşan ziyalılarımız Azərbaycanın yaranmış vəziyyətdən çıxış yolunu necə görürlər? Sorğumuza ölkənin tanınmış ziyalılarını cəlb etmək istədik. Amma məlum oldu ki, qapımızın ağzını kəsən soyuq "şimal küləkləri" nəinki bəzi ziyalılarımızı düşündürür, onlar ümumiyyətlə qonşu ölkədə baş verənlərə də ciddi diqqət yetirmirlər. Amma baş verənlərə sərt mövqedən yanaşanları qınayanlar, hətta KİV-i və siyasətçiləri Rusiya ilə münasibətləri pisləşdirməkdə suçlayanlar da oldu. Biz də elə ilk olaraq Rusiya ilə münasibətlərin davam etdirilməsinin tərəfdarı olan eks-spiker Yaqub Məmmədovun mövqeyini təqdim edirik: - Azərbaycan bu vaxta qədər Qərblə Rusiya arasında balanslaşdırılmış siyasət aparıb. Bu siyasətin əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyulmuşdu və indi də Azərbaycan bu siyasətini davam etdirir. Çalışmalıyıq ki, Qərblə yanaşı, Rusiya ilə də əməkdaşlığımız qalsın. Ona görə də mən mətbuatın və bəzi siyasətçilərin, politoloqların Rusiyanın əleyhinə təbliğat aparmasını Azərbaycanın milli maraqlarına vurulan zərbə kimi dəyərləndirirəm. Gürcüstan NATO və Qərbin verdiyi fitva ilə müharibəyə getdi nə qazandı? Ona görə də Azərbaycan cəmiyyəti hissiyyata qapılmamalıdı. Biz Rusiya ilə çəkişməyin, güc yolu ilə danışmağın tərəfdarı olmamalıyıq. Çünki 1988-ci ildən başlayan mitinqlərdə "Rusiya, Rusiya" deməyin nəticəsini DQ-in və üstəlik 6 rayonun itirilməsində gördük. Artıq Rusiya ilə çəkişməyin nə olduğunu bildiyimiz halda və onbeş ildir ki, bu ölkə ilə çəkişməyin nəticələrini ortadan qaldıra bilmədiyimiz halda yenidən bu ölkə ilə münasibətləri gərginləşdirib nə qazanacağıq? Bunu düşünmək lazımdır. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi çox düzgün siyasət aparır və çalışır ki, nə Qərb, nə də Rusiya ilə münasibətlərdə tarazlıq pozulmasın. Müxalifət də bunu başa düşməlidir. Təxribatçı çıxışlara getmək olmaz. Qərblə Rusiya arasında qarşıdurma baş versə belə, biz niyə özümüzü onların bu oyununa qurban etməliyik? Əgər bu qarşıdurma qaçılmazdırsa, qoyun gedib başqa yerdə toqquşsunlar. Azərbaycan həm Qərblə, həm də Rusiya ilə münasibətlərini əvvəlki səviyyədə davam etdirməlidir. Filosof Niyazi Mehdi : - Gürcüstanda baş verənlər demokratiya, humanizm, insaf, mənəviyyat məsələlərinə ciddi yanaşan insanlar qarşısında çox ciddi suallar qoyub. Necə yanaşmalı, necə dəyərləndirməli ki, başqaları üçün, ümumi siyasi, əxlaqi mədəniyyətimiz üçün faydalı olsun və bu zaman "dalaşmaq lazım deyil", "dinc yolla çözmək gərəkdir" gəlişi gözəl sözləri ilə aradan çıxmaq olmasın? Öncə onu deyim ki, Gürcüstan ordusunun Sixinvalini topa tutmasına heç cür yaxşı baxa bilmirəm. Hərçənd sezirəm ki, orada rusların dediyi soyqırımı olmayıb. Görkəmli jurnalistimiz Kamal Əlinin mənim poçtuma bir yazısı gəlmişdi və orada o, yaxşı arqumentləşdirir ki, Sixinvalinin dağılması, orada 2000 adamın öldürülməsi faktları uydurmaya, təbliğata bənzəyir. Ancaq yenə də dinc adamlar, uşaqlar qırılıb, axı! Osetinlərə, beləcə, ürəyim yanan yerdə yadıma onu salıram ki, Sixinvalinin həndəvəri gürcü kəndləri ilə doludur və ora rusların təhriki ilə osetin yaraqlıları atəş açaraq gürcüləri şitəndirir, oradan sıxışdırıb çıxarmaq istəyirdilər. Görünür, bu hal da Saakaşviliyə "mənəvi əsas" verib ki, Sixinvalini götürməyə girişsin. Beləcə, gerçəklik və informasiya elə bir qarışıqlıq yaradır ki, demokratiya, humanizm, insaf, mənəviyyat məsələlərinə ciddi yanaşan adam bilmir nə etsin, nə düşünsün. Bu vəziyyətdə bir məsələdə nisbətən aydınlıq ondan alırsan ki, əski sovetlərin varisi olan Rusiya dövlətinin mənəvi siması elə pisdir ki, o, hara mənəviyyat adı ilə girişirsə, adamda ikrah oyadır. 20 Yanvarda azərbaycanlıları qıran, Qroznıda qradla öz vətəndaşlarını məhv edən bir dövlət indi osetinlərlə bağlı ağlaşma quranda ürək bulandırır. O biri yandan rus mətbuatı da yazır ki, Kokoyta siyasi oyuncaqdır və osetinlər üçün verilən pulları rus generalları ilə birlikdə yeməklə məşğuldur. Beləcə, Sixinvalidə ölən dinc əhali, vəhşi rus hərbi maşını və korrupsioner Kokoyta simvollarından çox mürəkkəb mənzərə alınır və bilmirsən deyəsən, haqq-ədalət haradadır. Rusiyanın Güney Osetiyanı bəhanə edərək Gürcüstana girməsi bizim bir çox düşüncə konstruksiyalarımız üçün əsl imtahan, əsl sınaq oldu. Dediyimi açıqlayım. Bir-birinə yaxın imkanları olan tərəflərin savaşa, çarpışmaya girməsi elədir ki, öncədən kimin udacağını tam arxayınçılıqla proqnoz etmək olmur. Yada salaq futbolu. Avropa çempionatında rusların Hollandiyadan zəif olmasını hamı deyirdi. Ancaq hər halda zəiflik ölçüsündə fərq fantastik deyildi, ona görə də zəif olan ruslar psixoloji amillərə görə təsadüfə oxşayan bir şəkildə uddular. Amma hər halda onlar elə güclü deyildilər ki, bu qələbələrini həmin komanda ilə yaxın zamanda 2 dəfə, 3 dəfə təkrar etsinlər... İndi gələk bizim məsələyə. Hər yerdə deyilir ki, Rusiya ilə Batının, konkret ABŞ-ın hərbi, iqtisadi imkanlarında fərq bir az deyil, fantastikdir. Bu, təxminən ona oxşayır ki, milyon manatı olan ancaq pokeri pis oynayan adamla 50-100 manatı olan yaxşı oyunçu "axırıncı pulacan" prinsipi ilə oyuna girişir. Aydındır ki, hər dəfə banka getməklə milyonu olan əvvəl-axır aparacaq. Bax, bu modeldən çıxış edərək soruşmalıyıq: Rusiya ilə Qərbin fərqi belədir? Belədirsə, rus siyasətçilərinin "başı yoxdur". Yox, belə deyilsə, holland komandası ilə olan fərqdirsə, deməli, onlar NATO-nun, ABŞ-ın "hapını" yedirtmək şansını hesablayaraq Oyuna Girişiblər. Bizim demokratiya, Ədalət, İnsaf uğrunda çalışmalarımız o ümidlədir ki, bütün bunların arxasında duran Qərb var. Haradasa məğlub olanda optimist qalırıq ki, hamıdan yüz dəfə güclü Azad, Özgür dünya qalır. Əgər belə deyilsə və Rusiyanın doğrudan da bu axırıncı oyunu aparmaq şansı varsa, düşüncələrimizi, inam sistemimizi yenidən saf-çürük etməliyik. Rusiyanın hərəkətlərindən sonra "Dinc yolla olmasa, Qarabağ problemini hərblə çözəcəyik" ideyasının qarşısında duran bir çox çətinliklər tam açıldı. Aydın oldu ki, hərb bizdən başlasa, etnik təmizləmə üstündə suçlama, Haaqa hədəsi olacaq. Dünya qarışsa, bütün bunlar işləməyəcək. Ancaq dünyanın normal axarında o ittihamlar yetərincə zəhmli olacaqmı? Bəs çıxış yolu nədə görünür? Məsələnin formal-hüquqi tərəfini heç vaxt uduzmamaq, yəni Azərbaycanın ərazi bütövlüyünü hər dəfə təkrar etdirmək və bir də o gələcək üçün çalışmaq ki, Dağlıq Qarabağ erməniləri Azərbaycan "xəritəsində" yaşamağa normal baxsınlar. Azərbaycan bu gün Yaponiya olsaydı, bəyəm baxmazdılar? Eyni çıxış yolu Gürcüstan üçün də var. Vüsalə sherg
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı