Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
Yunanlar qondarma erməni soyqırımından və "Gaz de Frans"ın "Nabucco" xülyasından yararlanır Hər il yay fəslində, çimərlik dövründə Kipr adasında sülh danışıqları daha da fəallaşır. Yəqin beynəlxalq təşkilatların nümayəndələri turizm dövründə, Aralıq dənizinin sahillərində, dünyanın ən cənnət adasında sülh danışıqları aparmağa daha çox üstünlük verirlər. Azərbaycan ictimaiyyətinin, siyasi dairələrinin, mətbuatının Kipr münaqişəsilə bağlı xəbərlərlə, Quzey Kıbrıs Türk Cumhüriyyətinin taleyilə maraqlanması təkcə türk təssübkeşliyindən irəli gəlmir. Göytürk Kipr münaqişəsinə Avropanın, dünyanın münasibəti həm də Azərbaycan üçün bir təcrübədir. Məsələn, əgər Fransanın ATƏT Minsk qrupunda təmsil olunduğunu, AB-nin aparıcı ölkələrindən biri olduğunu nəzərə alsaq, rəsmi Parisin Kipr və Qarabağ münaqişələrinin həllinə münasibətini müqayisə etmək, dəyərləndirmək işin xeyrinədir. Azərbaycan hökuməti Kipr məsələsində laqeydlik nümayiş etdirmir. QKTC prezidenti Mehmet Əli Tələtin Bakıda keçirilən Türk Dövlət və Toplumlarının Dostluq və Qardaşlıq Qurultayına, Türkiyə-Azərbaycan Diaspor Təşkilatlarının Qurultayına dəvət olunması rəsmi Bakının Kipr məsələsinə kifayət qədər diqqət yetirdiyini ortaya qoyur. Fikrimizcə, son aylar Kipr adasında baş verənləri təhlil etməklə AB-nin, BMT-nin Qarabağ münaqişəsinin həllinə münasibətindəki müəyyən məqamları dəqiqləşdirmək mümkündür. Bu məqamları qiymətləndirməyi isə oxucunun öz öhdəsinə buraxmağı məqsədəuyğun sayırıq. ... Ötən il Kiprin yunan hissəsində hakimiyyətə kommunist Dimitris Hristofyasın gəlməsilə adada sülh danışıqlarının irəliləcəyi haqqında rəy yaranıb. Bu ilin əvvəlindən sürətlənən danşıqlarda bir sıra məqamlar ortaya çıxıb. Mayda Lefkoşada (Nikosiya) ara bölgədə yerləşən BMT qərargahında bir araya gələn Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələt və Yunan Kiprinin prezidenti Dimitris Hristofyasın birgə açıqlamasında ortaq razılıq nöqtəsinin "Birləşmiş Federal Kipr Cumhuriyyəti" olduğunu göstərilib. Tələt iki hissəli, iki toplumlu ve siyasi bərabərliyə əsaslanan, BMT TŞ-nin qərarlarına uyğun bir federasiyanın münaqişənin həlli yolu olduğunu açıqlayıb. Həmin görüşdə bu il mart ayının 21-də əldə edilən razlaşmaya əsasən, geniş danışıqlara hazırlıq məqsədiylə yaradılan, aprelin 21-də işə başlayan 6 çalışma qrupu və 7 texniki komitənin fəaliyyəti nəzərdən keçirilib. Maraqlıdır ki, birgə açıqlama Kipr yunanlarını iki yerə bölüb. "Ortaqlıq hökumət və dövlətlər arasındadır" deyən keçmiş prezident Georgi Papadopulos rum rəsmilərinin bir addım gerilədiyini söyləyib. O, mətndəki "Federasiyaya əsaslanan ortaqlıqda bərabər statusa sahib Kıbrıs Türk Qurucu Dövləti və bir Kıbrıs Rum Qurucu Dövləti olacaq" ifadəsini şərh edib. Hristofyas isə "Bəziləri qəbul etmək istəməsələr də (bu yanaşma ölkəyə böyük zərər verib), ortaqlıq 1960-cı ildən bəri var" deyib və birgə açıqlamanı irəliyə doğru addım sayıb. Amma onu da xüsusi vurğulayıb ki, Türkiyə qəbul edilməz tezislərindən vaz keçməse Kıbrıs münaqişəsinin həlli olmayacaq: "Dövlət tək olacaq, tək suveren, tək vətəndaşlığı, bir beynəlxalq təmsilçilik olacaq." Texniki komitələrin rum üzvlərlə iyunun 1-də görüşən Hristofyas deyib: "Biz ortaqlıqdan danışırıq. Amma Annan planında nəzərdə tutulan ortaqlıqdan deyil". BMT də adada baş verənləri diqqətlə izləyir. BMT-nin baş katibi Pan Gi Mun Kirpdəki irəliləyişlərdən məmnun qaldığını, münaqişənin həlli üçün "fürsət pəncərəsinin" (tanış ifadədir, deyilmi?) açıq olduğunu söyləyib. İyunun 9-da BMT baş katibi iki liderin münaqişənin tam həllinə yönəlik addımlarını "cəsarətverici" sayıb. Kiprdə geniş danışıqlara hazırlıq prosesi sürərkən "Metron Analysis" adlı araşdırma şirkəti yunanların fikrini öyrənib. "İki toplumun ortaq suverenliyi əsasında birləşmiş Kıbrısı, yoxsa, iki, ayrı devlətli bir çözümü üstün tutursunuz?" sualı verilib. Respondentlərin 65 faizi birləşmiş Kipr, 28 faiz isə iki ayrı devlət istədiyini açıqlayıb. Son aylarda Fransanın Kipr məsələsinə kobud müdaxiləsi özünü göstərir. Senat və Milli Assambleya qondarma ermni soyqırımının inkarının cəzalandırılması ilə bağlı qanun qəbul etdikdən sonra Türkiyənin qəzəbinə düçar olan Fransa "zəncir gəmirir" Rəsmi Ankara məhz həmin qanuna görə "Gaz de Frans" şirkətinin "Nabucco"ya qoşulmaq planına veto qoyub. Bəlkə də buna görə, Türkiyənin AB-yə üzvlüyünün qarşısını almağa çalışan Nikolo Sarkozi gah "Aralıq dənizi planını" irəli sürür, gah da Fransa, Yunanıstan və Kipr yunanları adanın yanında Türkiyəyə, ŞKTC-yə qarşı birgə, hədələyici təlimlər keçirirlər. AB-Türkiyə Monitorinq Komitəsinin üzvü, fransız deputat Bernard Deflesselles isə Türkiyənin Güney Kıbrısı tanımadan Avropa Birliyinin üzvü ola bilməyəcəyi iddiasını irəli sürüb. Güney Kıbrıs parlamentindəki çıxışında Bernard Deflesselles Fransanın Kipr münaqişəsinə çözüm tapılması cəhdlərini dəstəkləməyə hazır olduğunu söyləyib. Deflesselles Türkiyənin AB üzvlüyü ilə bağlı "AB-nin 27 üzvündən birini (yəni Yunan Kiprini-red.) tanımayan bir ölkəni üzv qəbul etməyəcəklərini" açıqlayıb. Rumlar isə təkcə ermənipərəst fransızlardan deyil, həm də qondarma erməni soyqırımından da yararlanırlar.Bu günlərdə adanın yunanların nəzarətində olan hissəsindəki Larnaka şəhərində qondarma soyqıma həsr olunmuş abidə qoyulub. Dimitris Hristofyas yunanların ermənilərə sevgisindən, erməni-yunan həmrəyliyindən danışıb, yunan Kiprinin 1982-ci ildən qondarma soyqırımı tanıdığını xatırladıb. 1963-1974-cü illərdə Kıbrıs türklərinə qarşı soyqırım törədən rumların terrorçu, bəşər əleyhinə cinayətlər törətmiş Ermənistanı, erməniləri dəstəkləməsi başa düşüləndir. Qondarma soyqırım abidəsinin qoyulduğu meydan "Erməni soyqırı qurbanları abidəsi meydanı" adlandırılıb. Abidəyə 200 min avro xərcləyən, digər tərəfdən, guya sülh danışıqları aparan Hristofyasın təxribatçı niyyəti ortadadır. Yunanların məqsədi Türkiyə Silahlı Qüvvələrini adadan çıxarmaq, Şimali Kipr Türk Cümhuriyyətinin məhv etmək, Türkiyənin AB-yə yolunu birdəfəlik bağlamaq, "enozis" planına uyğun olaraq adada türk varlığına son qoymaqdır. İyunun 13-də adanın yunan hissəsinə gedən Yunanıstanın xarici işlər naziri Dora Bakoyanninin çıxışından da bu niyyətlər aydın görünür. O, rəsmi Afinanın Kipr probleminin həlli üçün görülən işlərə dəstək verəcəyini açıqlayıb: "Türkiyənin də Kipr münaqişəsinin çözümü üçün konkret addımlar atması gərəkdir. Türkiyə Avropaya yaxınlaşa bilməməsinin səbəbini Kipr probleminin həll edilməməsində olduğunu bilir. AB üzvlüyünə namizəd bir ölkənin başqa bir Avropa ölkəsinin ərazisinin bir hissəsini əlində saxlaması paradoksdur. Hədəf Kıbrısda "işğal" ordusunun olmamasıdır. Qaranti dövlət və müdaxilə haqları modası keçmiş bir məntiqdir. Çağdaş Avropa ölkəsi AB-nin böyük qalxanına sahibdir. Kıbrıslı rumlar və kıbrıslı türklər üçün ən böyük təhlükəsizlik AB-nin həyata keçirdiyi təhlükəsizlik zəmanətidir. Kıbrıs probleminin çözümü kıbrıslılar tapacaq". İyunun 14-də BMT TŞ "Kıbrısdakı BMT Barış Gücü"nün səlahiyyət müddətinin daha 6 ay, 2008-ci il dekabr ayının 15-dək uzadılması barədə qərar çıxarıb. BMT-nin baş katibi Pan Gi Munun adadakı 16 noyabr 2007-ci il və 23 may 2008-ci il tarixləri arasındakı prosesləri əks etdirən hesabatı dinlənilib. İyunun 17-də isə BMT baş katibinin siyasi işlər üzrə müavini Lynn Pascoe Mehmet Əli Tələt və Dimitris Hristofyasla bir gündə iki dəfə görüşüb. Pascoe iki liderin Kıbrıs problemini çözüb, birləşmiş Kipr yaratmaqda qərarlı olduğunu açıqlayıb. Pascoe texniki komitədə irəliləmə əldə edildiyini, həmin anlaşmanın yaxın zamanda ictimaiyyətə açıqlanacağını bildirib. QKTC prezidentinin BMT və AB ilə müzakirələr üzrə özəl təmsilçisi Özdil Nami ilə rum prezidentinin təmsilçisi Yorgos Yakov arasında iki saat sürən danışıqlar nəticəsində isə Mehmet Əli Tələt və Hristofyasın iyulun ilk həftəsində görüşməsinə qərar verilib. İyunun 19-da BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi və adadakı BMT sülhməramlıları missiyasının rəhbəri Taye Brook Zerihoun "Kıbrısda çözümün əl çata bilən uzaqlıqda olduğunu" söyləyib. Taye-Brook Zerihoun son bir bir neçə ayda sülh danışıqlarında qət edilən yolun Kıbrısda və dünyada ümid qaynağı olduğunu söyləyib. Həmin gün Brüsseldə Avrupa Politika Merkəzində "Kiprin birləşmesi mənzərəsi"ni anladan Dimitris Hristofyas "Kıbrıs Cumhuriyyəti adı altında federalizmin" ən yaxşı çözüm olduğunu iddia edib: "Ana Vətənlar bizi azad buraxsın. Bu kıbrıslıların çözümü olsun". Hristofyas "Avropa Birliyi Türk dilini resmi dil edəcəyini deyirsə, buna etrazımız yoxdur. Türkiyə AB-yə üzv olanda türk dili də rəsmi dil olacaq". Mövcud status kvonun hər iki tərfə zərər verdiyini vurğulayan Hristofyas Mehmet Əli Tələtlə "başqa ölkələrə heç bir hesabat vermədən ortaq dil tapmağa çalışdıqlarını" söyləyib. Hristofyas "Türkiyənin onlara gələcəklərini müəyyənləşdirmə fürsətini verməsini" isteyib. Rum lideri QKTC-nin izolyasiyaya məzruz qalmasının səbəbini Türkiyənin ve keçmiş prezident Rauf Denktaşın "izolasyonçu ve adayı bölücü siyasətlərini" göstərib. Rəsmi Ankaranı danışıqlara müdaxilə etməməyə çağırıb. "Türkiyə Silahlı Qüvvələrinin bölgədə supergüc olduğunu" vurğulayan Dimitris Hristofyas Türkiyənin yaxşı niyyət nümunəsi olaraq əsgərlərinin yarısını adadan çıxarmasını tələb edib. "Annan planının QKTC-də qəbul edilməsini hörmətlə qarşıladığını, amma digər tərəf rədd etdiyi üçün yox sayılmasının gərəkdiyini" deyən Hristofyas "Qəbul edirəm. Annan planı iki bölgəli, iki toplumlu çözüm getirirdi. Amma kıbrıslıların həqiqi maraqlarına xidmət etmirdi. O zamankı BMT baş katibi hər sahədə Türk taləblərini yerinə yetirdi. Balans gözləyən plan olmadı" söyləyib. ... Adanın yunan hissəsindəki Avropa Universiteti Araşdırma Mərkəzinin bu günlərdə apardığı sorğudan məlum olub ki, xalqın 86 faizi bir müsəlmanla evliliyin əleyhinədir, 61 faiz isə övladlarının başqa dinə mənsub biri ilə evlənməsindən üzüləcəyini bildirib. Sorğuya qatılanların əksəriyyəti bir müsəlman qonşusu, məsləkdaşı və ya doktoru olmasında problem görmür, ancaq yaşadığı küçədə məscid olmasını istəmir... xalqcebhesi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var