Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
Sabit Bağırov: "Trans-Xəzər qaz kəməriylə bağlı Türkmənistanın mövqeyi müsbətə doğru dəyişir" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Trans-Xəzər qaz kəməri layihəsini müzakirə etmək üçün Türkmənistana səfər edib. Rövnəq Abdullayevi Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov da qəbul edib. Qeyd edək ki, üç gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanla birgə enerji konfransının keçirilməsiylə bağlı işçi qrupunun yaradılması üçün sərəncam imzalayıb. Son bir ildə ABŞ və Avropa Birliyi rəsmilərinin də Türkmənistana səfərlərinin intensivliyi artıb. Az qala bir ay fasiləylə Avropa Birliyinin energetika üzrə məsul şəxsləri, ABŞ dövlət katibinin müavinləri, köməkçiləri Bakı, daha sonra Aşqabada baş çəkirlər. Ramiz Mikayıloğlu Bu səfərlər zamanı Qazaxıstan da unudulmur. Bütün bunlar isə göstərir ki, Qərb bütün səylərini Bakı və Aşqabad arasında sıx münasibətlərin qurulmasına yönəldib. Məqsəd Avropa Birliyinin Rusiyanın qaz aslılığından qurtarılmasında həlledici rol oynayacaq "Trans-Xəzər" qaz kəmərinin tezliklə çəkilişinə nail olmaqdır. Ötən həftə dövlət katibinin müavini Stiven Mənn açıq şəkildə deyib ki, Bakı və Aşqabad tezliklə razılığa gəlməsini gözləyirlər. O da təsadüfi deyil ki, bir ay əvvəl Qurbanqulu Berdıməhəmmədovun Bakıya səfərinə Qərbdə xüsusi diqqət yetirilib və bununla bağlı müxtəlif səviyyələrdə açıqlamalar verilib. Qərbin Türkiyə və Azərbaycanın aktiv iştirakıyla birgə gerçəkləşdirmək istədiyi "Trans-Xəzər" qaz kəməri layihəsi yolunda əsas maneə isə Rusiyadır. Moskva dənizin ekoloji vəziyyətindən, statusundan tutmuş min cür bəhanə dilə gətirərək kəmərin tikintisi ideyasını gündəlikdən çıxarmaq istəyir. Hətta müxtəlif vaxtlarda Azərbaycan və Türkmənistanı prosesdən birdəfəlik uzaqlaşdırmaq üçün sensasion, ilk baxışda iqtisadi cəhətdən səmərəli görünən təkliflərdə belə bulunur. Məsələn, iyunun əvvəlində Rusiyanın "Qazprom" şirkətinin prezidenti Aleksey Miller "XV Bakı Neft-Qaz Sərgisi" açılışı və Qərbir enerji məsələləri üzrə diplomatlarının Bakıda olduğu bir vaxtda gözlənilmədən Azərbaycana səfər etmiş və rəsmi Bakıya sensasiyalı təkliflərini çatdırıb. Həmin vaxt Rusiyanın "Vremya novosti" qəzeti yazıb ki, Aleksey Miller şirkətin Azərbaycanın bütün ixrac qazını bazar qiymətləriylə uzunmüddətli əsasda almağa hazır olduğunu bildirib. Bazar qiymətləri dedikdə, "Qazprom" Azərbaycan qazının Avropada satışından nəql xərclərini və müəyyən normada gəliri çıxdıqdan sonra qalan pulu ödəməyə hazırdır. "Qazprom" hazırda öz qazını Avropa bazarlarında 350-370 dollardan satır. Aleksey Miller deyib ki, ilin sonuna doğru qiymətlər 400 dollara çata bilər. Diqqət çəkən bir məqam da var. O zaman Aleksey Miller Bakıdan sonra Aşqabada səfər etsə də, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşə bilməmişdi. Aleksey Miller görüş üçün xeyli gözləsə də, onu baş nazirin müavini Taçberdi Tağıyev qəbul edib. Ekspertlər bunu Rusiyanın diplomatik uğursuzluğu kimi qiymətləndirirdilər. Bu səfər zamanı "Qazprom" Aşqabadla 2009-cu il üçün alacağı qazın qiymətini razılaşdırmaq niyyətindəydi. Türkmənistan indiyədək bütün ixrac qazını-44 milyard kubmetr həcmi "Qazprom"a satır. "Vremya novosti" qəzeti yazırdı ki, son vaxtlar alternativ enerji marşrutlarına ciddi maraq göstərən Qurbanqulu Berdıməhəmmədov Aleksey Milleri qəbul etməməklə onun səfərinə elə də xüsusi əhəmiyyət vermədiyini sərgiləyib. Türkmənistan prezidenti bu yaxınlarda Avropa Birliyilə enerji tərəfdaşlığına dair memorandum izmalayıb. Azərbaycana səfəri zamanı da Qurbanqulu Berdıməhəmmədov türkmən qazının alternativ marşrutlarla nəqlini müzakirə edib və ABŞ dövlət katibinin köməkçisi Riçard Bauçerlə Aşqabadda enerji məsələləriylə bağlı danışıqlar aparıb. İyunun əvvəlində Aleksey Milleri qəbul etməyən Türkmənistan prezidentinin indi Rövnəq Abdullayevlə görüşməsi isə kifayət qədər diqqət çəkən məqamdır. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz İqtisadi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov öncə Aleksey Millerin Bakı səfəri və irəli sürdüyü təklifə toxunmağı zəruri saydı. Xatırladaq ki, rəsmi Bakı bu kimi təkliflərə "müzakirə edərik" kimi ümumi cavablar verməklə kifayətlənir və böyük qonşusunu bununla bir növ "başından edir". Sabit Bağırov bildirdi ki, "Qazprom"un prezidenti Azərbaycan qazını dünya qiymətlərinə uyğun almağa hazır olduqlarını nəzərə çatdırıb ki, bu da başa düşülən idi. Ancaq İqtisadi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri bu təklifdə Azərbaycan üçün əlavə şirnikləndirici məqam görmür: "Onsuz da Gürcüstan xaric, Azərbaycan qazını dünya qiymətlərinə satır. Ancaq Bakı bu təklifi qəbul edərdisə, bu o deməkdir ki, Bakı-Tiflis-Ərzurum qaz kəmərinə kifayət qədər qaz daxil olmayacaq, kəmərin rentabelliyi şübhə altına düşəcək. Ona görə də düşünmürəm ki, Azərbaycan hökuməti bu təklifi qəbul etsin". Sabit Bağırovun sözlərinə görə, "Qazprom" ixrac qazını Azərbaycandan ona görə almaq istəyir ki, başqa ölkələrə satsın. Rusiyanın kifayət qədər qazı var ki, ehtiyaclarını təmin etsin: "Əgər qazı başqalarına satmaqdan söhbət gedirsə, Azərbaycanda özü öz qazını satar və satır da. "Qazprom"un təklifində xüsusi maraq kəsb edən bir şey görmürəm". Aleksey Milleri türkmən liderinin qəbul etməməsinə, Qurbanqulu Berdıməhəmmədovun Rövnəq Abdullayevlə görüşməsinə, ümumiyyətlə, Aşqabadın son dövrlərdəki davranışına gəlincə, İqtisadi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri bu qənaətdədir ki, "Trans-Xəzər" qaz kəməriylə bağlı Türkmənistanın mövqeyi müsbətə doğru dəyişir: "Ümid edək ki, bu proses başa çatacaq və "Trans-Xəzər" boru kəməri işə düşəcək". Sabit Bağırov Orta Asiya qazının İran üzərindən Azərbaycana və Azərbaycandan Türkiyə və Avropaya daşınması variantının əsas kimi gündəmə gələcəyini və "Trans-Xəzər" layihəsinin arxa plana keçəcəyini də real saymır. Xatırladaq ki, cənub qonşumuz İran qazının Azərbaycana ötürülməsiylə "Nabucco" layihəsində istifadə olunmasına hazır olduğunu bəyanlayıb. Sabit Bağırov isə vurğuladı ki, ABŞ Konqresinin qəbul etdiyi qanun hələ qüvvədə qalır. Həmin qanuna əsasən, İranın enerji sahəsinə böyük investisiyalar qoymaq yasaqdır. İranın böyük enerji layihələrində iştirak edən transmilli şirkətləri ABŞ alqışlanmır: "Bu səbəbdən hətta İranın öz qazını "Nabucco"ya ötürməsi ehtimalı belə də böyük deyil. İranı da, Avropa istehlakçısını da başa düşmək olar. Cənub qonşumuzun böyük həcmdə qazı var. "Nabucco"nu yalnız Azərbaycan qazıyla doldurmaq təəssüf ki, mümkün olmayacaq və bunun üçün əlavə türkmən, qazax, ya da İran qazına ehtiyac duyulacaq. Amma qeyd etdiyim problemlərlər qalmaqdadır və ona görə də yüz faizli proqnoz vermək mümkün deyil". xalqcebhesi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var