Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
ABŞ Azərbaycanla strateyi əməkdaşlıqdan razılıq edir, Ermənistanda isə coğrafi izolyasiya və korrupsiyadan narahatdır ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində "Qafqaz: dondurulmuş konfliktlər və bağlı sərhədlər" başlığı altında keçirilən dinləmələrin birinci günü başa çatıb. "PanArmenian" saytının yaydığı məlumata görə, dinləmələri komitənin rəhbəri ermənipərəst konqresmen Hovard Berman açıb. Türkiyənin Ermənistanla sərhədləri bağlı saxlamasına toxunan konqresmen bunun ABŞ-ın maraqlarına zidd olduğunu bildirib. Onun sözlərinə görə, iki ölkə arasında sərhədlərin bağlı olması 1922-ci il Qars müqaviləsinin bəndlərinə ziddir və rəsmi Yerevanın İranın təsiri altında qalmasını sürətləndirir. Daha sonra dinləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniyel Frid çıxış edib: "Birləşmiş Ştatlar istəyir ki, Cənubi Qafqaz dövlətləri azad, demokratiya və bazara əsaslanan iqtisadiyyat yolu ilə getsin". Onun sözlərinə görə, Rusiyanın və ya hər hansı xarici qüvvənin bu ölkələrə təsir edə biləcəyinə inanmır. "ABŞ Rusiya ilə Azərbaycanda, Gürcüstanda və Ermənistanda nüfuz dairəsi uğrunda mübarizə aparmır və bu ölkəni Qafqazdan çıxartmaq niyyətində də deyil. Bu, heç mümkün olan şey deyil" - deyə Frid bildirib. "İTAR-TASS"ın yaydığı məlumata görə, amerikalı diplomat ABŞ-ın özünü Rusiya ilə rəqabətdə görmədiyini də deyib: "Bu, oyun deyil - Qafqazın bütün ölkələri, Rusiya və transatlantik birlik müsbət əlaqələrdən öz xeyrini götürəcəklər". Bununla yanaşı o qeyd edib ki, region ölkələri gələcəklərini özləri müəyyən etməli və beynəlxalq institutlar, digər dövlətlərlə əlaqələr qurmalıdırlar. "Biz hesab edirik ki, heç bir qüdrətli dövlət - Rusiya və ya başqa birisi bu ölkələrə onların Avropa institutlarına və transatlantik ailəyə qoşumaq istəyinə qarşı çıxa bilməz, onlara təzyiq edə bilməz" - deyə ABŞ-nın dövlət katibinin müavini vurğulayıb. Daniyel Frid deyib ki, artıq Gürcüstan NATO-ya qoşulmaqla bağlı öz seçimini edib. Azərbaycan isə bu quruma üzv olmağa can atmır: "Amerika Azərbaycanın bu seçiminə hörmət göstərir. Onsuz da Azərbaycan rəsmi Vaşinqtonla bir çox sahələrdə strateyi əməkdaşlıq edir". O, ABŞ-ın məqsədlərinin təmin olunmasında iqtisadi və siyasi islahatların əhəmiyyətini də vurğulayıb: "Biz Azərbaycanın 150 hərbçisini İraqa, 45 hərbçisini isə Əfqanıstana göndərməsini, həmçinin prezident İlham Əliyevin Əfqanıstandakı əsgərlərin sayının iki dəfə artırılacağına dair verdiyi vədi yüksək qiymətləndiririk. Azərbaycan bundan əlavə NATO-nun Kosovodakı sülhməramlı qüvvələrinə də öz töhfəsini verib. Biz Azərbaycanın İraq və Əfqanıstanda əməliyyatlara dəstək üçün öz hava məkanından azad şəkildə istifadə etmək barədə təklifindən razıyıq. Bu əməkdaşlıq Azərbaycan ilə NATO münasibətlərinin irəliləməsi fonunda inkişaf edir. Azərbaycan, həmçinin terrorçuluqla mübarizədə qəti addımlar atıb". O, Azərbaycan qarşısında duran ən böyük problemin Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu deyib. Diplomat prezidentlər İlham Əliyevlə Sery Sarkisyanın iyunun 6-da Sankt-Peterburqda keçirilən görüşünü mühüm hadisə adlandırıb. ABŞ rəsmisi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib. Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarmaq üçün hərbi qüdrətini artırdığı barədə sualı cavablandıran diplomat bildirib ki, Amerikanın qiymətləndirmələrinə görə, Azərbaycan müharibəyə hazırlaşmır. Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə gəlincə, D.Frid ümidvardır ki, həmin gün yalnız seçki günü yox, həm də əsaslı demokratiyanın inkişafının nümayişi günü olacaq. Dövlət katibinin müşaviri eyni zamanda Azərbaycanla təhlükəsizlik və eneryi sahələrində əməkdaşlığın inkişaf etdirildiyini də vurğulayıb. Azərbaycanın Avropanın alternativ qaz mənbəyi olduğunu deyən Frid bu ölkədə eneryi sektorundan başqa sahələrdə hələ çox işlərin görülməli olduğunu bildirib. O deyib ki, Buş administrasiyasının Azərbaycan prezidenti İlham Əliyev ilə "yaxşı səmərəli münasibətləri yaranıb". Ermənipərəst konqresmenlər Adam Şiff, Frenk Pallone, Bred Şerman, Diana Vatson və başqaları da dinləmələrdə Daniyel Fridə suallar veriblər. D.Frid Ağ ev administrasiyasının qondarma "erməni soyqırımı"nı tanımadığını, Azərbaycan rəhbərliyinin sərt bəyanatlarının isə onlarda da narahatçılıq hissi yaratdığını bildirib. Konqresin Türkiyə üzrə İşçi Qrupunun həmsədri Robert Veksler, Arizona ştatından Cef Flake və İndiana ştatından olan Dan Barton isə diqqəti Türkiyə və Azərbaycanın ABŞ-ın strateyi müttəfiqi olmasına, regionda reallaşdırılan iri transmilli layihələrə cəlb ediblər. "Corc Buş administrasiyası Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəqlinə, neft və qazın Rusiya və İranın inhisarından çıxarılmasına nail olmaq istəyir". Bunu da Daniyel Frid deyib. Onun sözlərinə görə, administrasiya birmənalı şəkildə İranın NABUKKO qaz kəmərinə cəlb olunmasına qarşı çıxır. Amerikalı diplomat iranlıların layihəyə cəlb olunması təşəbbüsünü çox pis ideya adlandırıb və əlavə edib ki, bu mövqe avropalıların da diqqətinə çatdırılıb. D.Frid Azərbaycan, Gürcüstan və Ermənistandan keçib Türkiyəyə gedəcək yeni boru xəttinin inşası məsələsinin çətin olduğunu söyləyib. Onun sözlərinə görə, hazırda kəmərin Ermənistan ərazisindən keçməsi mümkün deyil: "Dağlıq Qarabağ münaqişəsi həllini tapmayana kimi bunu həyata keçirmək mümkün deyil. Azərbaycan bu barədə nəsə eşitmək belə istəmir. Bu imkanı yaratmaq üçün biz münaqişəni həll etməliyik və indi də bu istiqamətdə iş aparırıq". Ermənistanla bağlı vəziyyətə toxunan diplomat qeyd edib ki, bu ölkə ciddi çağırışlar qarşısındadır: coğrafi izolyasiya, geniş yayılmış korrupsiya və demokratiya yolunda bir sıra reqresslər. Onun sözlərinə görə, Ermənistan müasir Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməməli və Ankaranın səylərinə konstruktivlik nümayiş etdirməlidir. Qonşu Gürcüstana gəldikdə, D.Frid qeyd edib ki, Ağ ev Rusiya tərəfindən Gürcüstana qarşı hərbi təzyiqlərin güclənməsindən narahatdır: "Rusiya Gürcüstan üzərinə bütün Qafqazda daha geniş münaqişəni qızışdıracaq təhlükəli təzyiqlər edir. Rusiya Gürcüstana qarşı həm siyasi, həm də hərbi təzyiqlərdən istifadə edir". Amerikalı diplomat bəyan edib ki, son iki ay ərzində Rusiya, rəsmi Tbilisinin razılığı olmadan Abxaziyadakı hərbi qüvvələrinin sayını iki dəfə artırıb: "Apreldə Rusiya öz silahlı qoşunlarını sülhməramlı qüvvələrin tərkibində Abxaziyaya göndərib. Mayda isə dəmir yolu xəttinin təmiri üçün qoşun göndərilib və bu zaman sülhməramlı əməliyyatlardan heç bəhanə kimi də istifadə olunmayıb". D.Fridin hesabatında o da bildirilib ki, apreldə Rusiyaya məxsus qırıcı təyyarə Gürcüstanın pilotsuz uçuş aparatını Abxaziya üzərində vurub və hadisəyə görə Rusiya qırıcısının məsuliyyət daşıdığını BMT-nin araşdırması da təsdiqləyib. O bildirib ki, Moskva Tbilisi üzərinə təhlükəli təzyiqləri Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionları vasitəsilə həyata keçirir: "Gürcüstan ərazi bütövlüyü üçün təhlükə yaradan bu vəziyyətdən narahatdır". D.Frid diqqəti belə bir məqama çəkib ki, rusiyalı investorlar Gürcüstan qanunlarına məhəl qoymadan Abxaziyada mülkiyyət əldə edirlər. Halbuki məcburi köçkünlərə məxsus olan bu mülklərin satılması onların doğma yerlərə nə vaxtsa qayıtmalarını mümkünsüz edir. Azər NURİYEV kaspi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var