Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Pezeşkiyan: Pulumuz yoxdur, xalq etiraz edir
İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National
Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib
İranda 6 məhbus edam edildi
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Sistan və Bəlucistanda daha iki bəluc güllələndi
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb
Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edib
İlam əyalətində etirazçıların həbsi davam edir
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq- Tramp
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
Yeni bir türk dövləti qurulur- Ukrayna ilə anlaşıldı
Şərqin unudulmaz savaşı - Salyan döyüşü M. ZÜLFÜQARLI Azərbaycan tarixinə aid kitablarda işğalçılara qarşı mübarizədən bəhs edəndə adətən bir neçə şəhərin və ya bölgənin adını çəkməklə kifayətlənirlər. Lakin faktlar sübut edir ki, Azərbayanın bütün bölgələrində vətənin hər qarış torpağı uğrunda ölüm-dirim mübarizəsi gedib. Tarixin bütün dövrlərində yerli əhali düşmənə qarşı mərdliklə mübarizə aparıb və heç zaman işğalla barışmayıb. Azərbaycan xalqının qəhrəmanlıqla zəngin olan tarixi çox təəssüf ki, əvvəlki illərdə olduğu kimi müasir dövrdə də lazımi səviyyədə araşdırılmır. Azərbaycan tarixinin tədqiqinin genişləndirilməsi, tək mərkəzi şəhərlərin deyil, əyalətlərin də tarixinin dərindən öyrənilməsi əvvəlki illərdəki kimi indi də aktual olaraq qalır. Vətənimizin hər bir kəndinin, hər bir rayonunun tarixinin araşdırılması bütövlükdə Azərbaycan tarixinin zənginləşdirilməsi deməkdir. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, qərb tarixçilərinin şərqin unudulmaz savaşı adlandırdıqları Salyan döyüşünün dərindən öyrənilməsi, bu döyüşdə iştirak etmiş qəhrəmanların xalqa tanıdılması olduqca vacibdir. Azərbaycanın strateji cəhətdən ən əlverişli ərazilərindən biri olan Salyanın tarixinin bu vaxta qədər zəif öyrənilməsi, bu ərazidə əhalinin düşmənə qarşı qəhrəman mübarizəsinın tədqiq olunmamasını müxtəlif səbəblərlə izah etmək olar. Fikrimizcə, bunun əsas səbəbi Salyanın Kür çayının Xəzərə tökülən ərazidə yerləşməsi və tarixən bu yol ilə Azərbaycanın Xəzər sahili ərazılərini işğal etməyə çalışan rus qoşunlarına qarşı mübarizə aparmasıdır. Məhz buna görə çar Rusiyası və sovet hakimiyyəti illərində bu qəhrəmanlıq tarixi saxtalaşdırılıb, gəncəli Cavad xan kimi, Salyanın da qəhrəman şəxsiyyətlərini xalqın yaddaşından silməyə çalışıblar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu cür faktların öyrənilməsinə lazımi diqqət verilməməsi fikrimizcə, bağışlanmaz səhvdir. Halbuki Azərbaycanın digər əraziləri kimi Salyanın da qürur duyulası şərəfli tarixi var. Bu tarixin dərindən öyrənilməsi gənclərin vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərə bilər. Salyanın strateji cəhətdən əlverişli ərazidə olması hələ IX-X əsrlərdən rusların diqqətini cəlb edib. Sovet dövründə xalqa qəhrəman kimi təqdim olunan, lakin həqiqətdə quldur olmuş rus kazak atamanı Stepan Razinin 1668-ci ilin yazında Xəzər sahili vilayətləri soyub talaması, Dərbəndi xarabazara çevirməsi, Salyan naibinin qızını (rus mənbələrində İran knyaginiyası) oğurlayaraq Volqa çayında boğması bu ərazidə işğalçı rus qoşunlarına qarşı nifrəti daha da artırıb. XVII əsrin birinci yarısında ruslar bu ərazidən Azərbaycan və Gürcüstanı işğal etmək üçün istinad nöqtəsi kimi istifadə etməyə çalışırdılar. Şəxsən I Pyotrun özünün rəhbərliyilə rus donanmasının 1722-ci il iyulun 18-də 274 kiçik gəmi ilə Xəzər dənizi vasitəsilə Azərbaycana gəlməsi sübut edir ki, onlar işğalçı siyasətlərini həyata keçirmək üçün bu ərazilərə, xüsusilə də Xəzər dənizi və Kür çayına böyük əhəmiyyət verirdilər. A.Bakıxanov "Gülüstani-İrəm" əsərində yazırdı: " Rus padişahına (M. Z.- I Pyotura) bir nəticə əldə etmədən geri qayıtmaq çox ağır gəlirdi. O, xüsusilə Bakını alıb, Kür çayı ağzında ticarət üçün böyük bir şəhər bina etmək və bu çay ilə yuxarı gedərək, Gürcüstan məsələsini də yoluna qoymaq istəyirdi". Salyan hakimi Həsən bəyin həyat yoldaşı Qəbuli xanım haqqında I Pyotrun şəxsən fikir söyləyərək ondan ehtiyatlı olmağı tövsiyə etməsi, Qəbuli xanımın başçılığı ilə Salyanın qəhrəman müdafiəçilərinin 1723-cü ildə 22 zabitdən ibarət 500 nəfərlik rus batalyonunu məğlub etməsilə bağlı A.Bakıxanovun "Gülüstani-İrəm" əsərində məlumat verilməsinə baxmayaraq hələ də bu faktlar dərindən araşdırılmaması təəccüblüdür. Hələlik əldə olan faktlara görə Salyan hakimi Azərbaycanın yeganə şəxsiyyətidir ki, I Pyotr onun haqqında fikir söyləyərək gücünü etiraf etmişdi. Çağdaş Azərbaycan tarixşünaslığında öz əksini tapmayan bir sıra tarixi faktlara qərb tarixşünaslığında geniş yer verilməsi müsbət qiymətləndirilməlidir. Fikrimizcə, bu əsərlərdə verilən tariximizlə bağlı faktların öyrənilməsinə və onların daha da dərindən tədqiqinə ciddi ehtiyac var. Salyanın strateji cəhətdən əlverişli ərazidə yerləşməsinə və sonradan xanlığın mərkəzi olmasına baxmayaraq başqa xanlıqlardan fərqli olaraq müdafiə istehkamlarının və qalaların tikilməməsinin səbəbləri hələ də yerli tədqiqatçıların diqqətini cəlb etməyib. Bütün bu məsələlərə fransız tarixçisi Yan Yuniorun "Unudulmuş qəhrəmanlar" kitabında aydınlıq gətirilir: "Salyan hakimi Əmir Yaqubun qoşunu yox idi, yalnız bir qədər tüfəngçisi var idi ki, onlardan müxtəlif tədbirlərdə istifadə olunurdu. Çünki Salyan əhalisi o qədər nəfsi tox idi ki, cinayət eləmirdilər və onları tutmaq üçün silahlı adamlara da ehtiyac olmurdu. Salyan camaatı əkinçilik bölgələrinin əksəriyyəti kimi, müharibəyə meyl göstərmirdilər. Ona görə də Salyan mühafizəsiz bir şəhər idi və hasarı yox idi". Salyanın müdafiə istehkamları olmasa da əhalisinin düşmənə qarşı mərdliklə, qəhrəmanlıqla vuruşmasına aid çoxlu faktlar mövcuddur. Y.Yuniorun kitabında qeyd olunur ki, I rus-İran müharibəsi dövründə Nebolsonun rəhbərliyi ilə rus qoşunları Salyana hücuma keçərkən yerli əhali Əmir Yaqubun başçılığı ilə işğalçılara qarşı mərdliklə vuruşmuşdu. Əmir Yaqub yerli əhaliyə müraciətlə demişdir: " İndi uğrunda vuruşacağınız bu torpaq sizin namusunuzdur... Hər əsgər hansı nöqtədə vuruşursa, orada ölənə qədər möhkəm dayanmalıdır... Salyan döyüşü Şərqin unudulmaz savaşlarındandır, çünki elə şey görünməmişdi ki, bütün əsgərləri təcrübəsiz və təlim görməmiş bir qoşun güclü və hazırlıqlı bir ordunun qarşısını ala bilsin: bunu da nəzərə almaq lazımdır ki, bu təcrübəsiz qoşunun əsgərlərinin sayı hazırlıqlı ordunun sayından xeylı az olmuşdur. Salyan camaatı o iki gündə necə qəhrəman və iradəli olduqlarını nümayiş etdirdilər". Fransız tarixçisinin Salyanın əhalisi haqqında yazdığı bu səmimi fikirlər Azərbaycan tarixçilərini hərəkətə gətirməli, yeni tədqiqatlara ruhlandırmalıdır. Çünki Azərbaycanın qəhrəmanlıq tarixini biz xaricilərdən deyil, onlar bizdən öyrənməlidirlər. Tarixi dərindən öyrənib, vətənimiz Azərbaycanı beynəlxalq aləmdə təbliğ etməyi hər bir tarixçi, hər bir vətəndaş özünə müqəddəs borc bilməlidir. Məhərrəm ZÜLFÜQARLI tarix elmləri namizədi [email protected]/* */ 525
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Xuzistanda daha 10 ərəb fəal həbs edildi
İranlılar Azərbaycanda verilən qərarı alqışladılar
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi
İran polisi ərəb gənci güllələdi
Bəndər-Abbasda ardıcıl partlayışlar olub
İki şəhərdə iki məhbus edam edildi
BMT rəhbəri İranda insan hüquqlarının pozulmasını “qəbuledilməz” adlandırıb
İran dövlət televiziyası: Britaniyanın Feyrfod aviabazası İran raketlərinin hədəf dairəsinə daxildir
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT
Urmiyə Şəhər Şurasının üzvü: Ölkədə pan-türk yoxdur, amma pan-fars və İranşəhri düşüncəlilər çoxdur
Səhənd stadion "Traktor"a verilir
Binabda hava çirklənməsi artır; “Səhənd” elektrik stansiyasında mazut yandırılır
İran buna görə bizə kiberhücum etdi- Baro
Rəisinin helikopterinin düşdüyü ərazi İranın milli irsi siyahısına salındı!
ABŞ-ın İran neftinə tətbiq etdiyi blokada Çini İraq neftinə yönəldir – Bloomberg
Talibanın dron şousu: Köhnə ABŞ texnikasının yanında yeni “ixtira”!
ABŞ-nin daha bir təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəldi
Qərbi Azərbaycan mənzil xərclərinin ailə büdcəsindəki payına görə ölkə üzrə yeddinci yerdədir
Tramp: İran Vaşinqtonu təhdid edərsə, “heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcək”
İrada daha bir bəhaiyə həbs cəzası verildi
HƏMAS-ın yüksək rütbəli komandiri öldürüldü
Pilotsuz uçuş aparatı Qara dənizdə 13 Azərbaycan vətəndaşının olduğu gəmiyə hücum edib
İranda doğum böhranı: Nikahlar və uşaq sayı sürətlə azalır