BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
İranda ət süfrədən çəkilir: Adambaşına illik istehlak 5 kiloqrama düşüb
Polşa səfiri: Urmu voleybolun mühüm mərkəzidir
Mehriban Vəzir: "Elçibəyin ən yaxşı insani keyfiyyəti onun sadəliyi idi" Leyla Əliyeva:"Əbülfəz bəy xalqla xalq dilində danışırdı" Səadət Bənənyarlı: "Tarix nadir hallarda Elçibəy kimi şəxsiyyət yetirir" Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin 70 illik yubileyi ərəfəsində onun həyat yoluna nəzər salaraq bəyi yaxından tanıyan insanlarla söhbət etdik. İnsan hüquq müdafiəçisi Mehriban Vəzir eks-prezidenti dövrünün ən gözəl siyasi siması sayır, onun Azərbaycan siyasi məkanına gətirdiyi yüksək əxlaqi keyfiyyətlərini dəyərləndirir: "Əbülfəz Elçibəyi həmişə olduqca ağıllı və gözəl auraya malik insan kimi xatırlayıram. Tural Rasimoğlu Bəy səbrli adam idi və insanlarla münasibətdə böyüyə və kiçiyə fərq qoymayan, hamıya eyni hörmətlə yanaşan ağıllı bir siyasətçi idi. O, zümrəsindən və səviyyəsindən asılı olmayaraq insanlara eyni gözlə baxan bir şəxsiyyət idi. Əbülfəz bəyin ən yaxşı insani keyfiyyəti onun sadəliyi idi. Bəylə uzun müddət iclaslarda yanaşı oturmuşam və onun yanında oturub müzakirələr aparında insan sanki müsbət enerji qəbul edirdi. Bəyin çox gözəl bir xüsusiyyəti də var idi ki, toplantılara, iclasa həmişə vaxtında gəlirdi. Əbülfəz Elçibəyin qadınlara qarşı xüsusi hörməti də var idi. İclasa bəzən tez gələnədə əvvəl qadınlarla görüşüb söhbət edir, sonra isə kişilərə vaxt ayırır və öz mükalimələrini davam etdirirdi". Mehriban Vəzir Əbülfəz bəylə söhbətlərində mübahisəli söhbətlərinin də olduğunu vurğuladı: "Mənim bir yazım onun xətrinə dəymişdi ki, bu yazıda kişilərin ağıllı qadınları xoşlamadıqlarını bildirmişdim. Yazıda söhbət qadının ictimai- siyasi həyatda rolunun az olmasından, qadına az yer verilməsindən gedirdi. Yazıda siyasətçiləri çox ciddi tənqid etmişdim. Əbülfəz bəy mənə sual verdi ki, nə üçün belə düşünürüsünüz ki, siyasətdə qadınların irəli çəkilməsinin tərəfdarı deyilik. Bəy hətta məni də misal çəkərək dedi ki, elə siz özünüz də bizim ətrafımızdasınız. Yəni o, hər şeyi oxuyur və həssas yanaşırdı. Əbülfəz bəy səbrlə hamını dinləyir və axırda öz təklifini verirdi". Mehriban Vəzir eks-prezidenti bir çox siyasətçilərdən fərqləndirən cəhətlərinin olduğunu deyərək Elçibəyin sadəliyini vurğuladı: "Əksər partiya liderləri və siyasətçilər həmişə başda oturmağa üstünlük veriblər. Əbülfəz bəy bir dəfə Milli Müqavimət hərəkatının iclasında içəri girdi və hamı ayağa durub yerini təklif edəndə o, aşağı tərəfdə oturmağı daha üsütün saydı və kimisə qaldırıb yerində oturmağı öz şəxsiyyətinə sığışdırmadı. Ümumiyyətlə, Əbülfəz Elçibəy Azərbaycan siyasətində önəmli rol oynayıb və özünün fərqlənən yeri olub. Ən əsası isə onun həyatda olduğu müddətdə Azərbaycan müxalfətində parçalanma olmayıb. Əbülfəz bəyin böyüklüyü onda idi ki, sadə bir insan kimi onun gücü nüfuzu və zəkası var idi. Milli Azadlıq Hərəkatında Əbülfəz Elçibəyin arxasınca yüz minlərlə insan yürüdü, onu son mənzilə də yüz minlərlə insan yola saldı. Bəy dünyasını dəyişəndən sonra Azərbaycan müxalifəti lidersiz qaldı". Politoloq Leyla Əliyeva Əbülfəz Elçibəyin Azərbaycan qadınına verdiyi yüksək dəyəri və göstərdiyi hörməti yüksək qiymətləndirdi. O, Elçibəyin müsbət xarakterinin onun siyasi fəaliyyətinə də sirayət etdiyini bildirdi:"Əbülfəz bəy keçmiş sovet məkanında çox unikal və qeyri-adi bir lider idi. Onun ən gözəl xarakterlərindən biri tolerant və əsl demokrat olması idi. Bəy siyasi xadim kimi müxtəlif və fərqli rəylərə dözümlə yanaşırdı. Ümumiyyətlə, Əbülfəz bəyin özünəməxsus siyasi keyfiyyətləri olub. Azərbaycanın demokratik mənliyinin ən mühüm xüsusiyyəti onun şəxsiyyətində öz əksini tapmışdı. O liderlik stilində, xalqa xalq dilində danışırdı və kommunist ənənələrini aradan qaldırmışdı". Əbülfəz bəyin sadəliyinin potsovet məkanı üçün tipik olmadığını deyən Leyla Əliyeva zamanında qərar qəbul edən eks-prezidentin insanlarla davranışında əsl siyasi liderlik keyfiyyətlərini otaya qoyduğunu bildirdi: "O dərəcədə demokratik davranış daha çox Skandinaviya ölkələrində olurdu. Əbülfəz Elçibəy demokratiyanı bir dəyər kimi çox yaxşı anlayırdı. Onun demokratiya ideologiyası dərin köklərə malik idi. Bu da təsadüfü deyil. Eks-prezidentin vaxtında qeyri- hökumət təşkilatlarına və siyasi təşkilatlara əlverişli şərait yaranmışdı. Bir sözlə, bu insan haqqında çox danışmaq olar və ən əsası onu unutmaq olmaz. Çünki tarix Əbülfəz Elçibəy kimi şəxsiyyətləri nadir hallarda yetirir". İnsan hüquq müdafiəçisi Səadət Bənənyarlı Azərbaycan tarixində Milli Azadlıq Hərəkatının lideri kimi və xalqını sevən prezident kimi qalan Əbülfəz Elçibəy haqda xoş sözləri deməklə yanaşı, mərhumun gözəl insani keyfiyyətlərə malik olduğunu bildirdi: "Elçibəyi Azərbaycan xalqının böyük bir oğlu kimi xatırlayıram. Yəni o öz millətinin qeyrətini çəkən və bu millətin dünyada tanınması üçün əlindən gələni edən şəxsiyyət idi. Əbülfəz bəy xalqını sevirdi. Elçibəy demokratiyanın verdiyi və bütün bəşəri ideyaları özündə daşıyan bir şəxsiyyət idi. Siyasətçi kimi o nə qədər sadə görünürdüsə, o qədər də mürəkkəb bir insan idi. Əbülfəz Elçibəy hər bir kəsə diqqətlə yanaşaraq, elə bir qiymət verirdi ki, həmin adam onun ideyalarını dəstəkləməyə, Bəyin arxasıyla getməyə hazır olurdu. Bu hər siyasətçidə olmayan qeyri-adi bir fenomen keyfiyyət idi. Bir sözlə, Əbülfəz bəy xarizmatik bir lider olub". Səadət Bənənyarlı eks-prezidentin həmişə səbrli olduğunu bildirdi: "Mən Xalq Cəbhəsinin qurultayının keçirilməsi üçün yaradılmış təşkilat komitəsinin üzvü idim və orada Elçibəyin necə fəaliyyət göstərdiyinin də şahidi olmuşam. Əbülfəz bəy hadisələrin axarına da təsir edə bilirdi. Kələkidən qayıtdıqdan sonra dağılmış müxalifətin ortaya güclü şəkildə çıxmasında Əbülfəz Elçibəyin çox böyük xidməti oldu. Bir insan kimi mərhumun yüksək mənəvi keyfiyyətləri olub. Əbülfəz bəy həmişə ətrafındakı insanlara nikbin olmağı məsləhət görərdi. Bir sözlə, yüksək mənəvi keyfiyyətlərə və özünəməxsus siyasi gedişlərə malik olan Əbülfəz Elçibəy kimi şəxsiyyətləri tarix nadir hallarda yetirir". xalqcebhesi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var