İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
İranda ət süfrədən çəkilir: Adambaşına illik istehlak 5 kiloqrama düşüb
Polşa səfiri: Urmu voleybolun mühüm mərkəzidir
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
Tramp: İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi
Vəfa Quluzadə: “Görünür, Tehranın hansısa məlumatı var ki, pullarını Avropadan çıxarır” Songünlər ABŞ-ın İrana qarşı hərbi əməliyyatları mövzusu yenidən dünya mediasının gündəmində əsas yerlərdən birini tutub. Xüsusilə də Tehranın ona qarşı tətbiq edilən maliyyə sanksiyaları qarşısında geri çəkilməyərək nüvə enerjisinə nail olmaq istiqamətində israrlı addımlar atması hərbi əməliyyatların sürətlə yaxınlaşmasından xəbər verir. ABŞ və İsrail rəsmilərinin İrana qarşı sərt bəyanatlarını davam etdirməsi, həmçinin bu bəyanatların Tehrandan adekvat reaksiya ilə qarşılanması “soyuq müharibə”nin hərbi əməliyyatlarla sonuclanacağına getdikcə şübhə yeri qoymur. Xüsusilə də belə bir ərəfədə İranın Avropa banklarında saxladığı 75 milyard dolları geri çəkdiyini rəsmən açıqlaması Tehranın da hərbə hazırlaşmasına işarə kimi qiymətləndirilir. Qeyd edək ki, İranın xarici işlər nazirinin iqtisadi işlər üzrə müavini Möhsün Tale açıqlama verərək prezident Mahmud Əhmədinejadın əmri əsasında İranın Avropadakı pullarının bir hissəsini qızıla çevrildiyini, bir qisminin isə Asiya banklarına transfer edildiyini söyləyib. ABŞ və Avropa Birliyinin hazırda İrana qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyalarından əlavə qadağalar tətbiq etmək variantı üzərində işləməsi də vəziyyətin gərgin müstəvidə inkişaf etməsindən xəbər verir. Məlum olduğu kimi, ABŞ prezidenti Corc Buş Avropaya səfəri zamanı Avropa banklarındakı İran pullarına həbs qoyulması, həmçinin bu ölkənin dövlət banklarının Avropa maliyyə sisteminə çıxışının əngəllənməsini nəzərdə tutan razılaşma əldə edib. Ekspertlərin fikrincə, daha sərt sanksiyalar da İranı geri çəkilməyə vadar etməyəcəyi təqdirdə Tehrana qarşı hərbi zərbələrin endirilməsi gündəmə gələcək. Politoloq Vəfa Quluzadə də müharibə ehtimalının heç vaxt aradan qalxmadığı qənaətindədir: “Əgər ABŞ prezidenti bəyan edibsə ki, masamın üstündəki variantların içərisində müharibə variantı da var, deməli, müharibə hər an başlaya bilər. Eyni zamanda İsrail bəyan edirsə ki, İranın nüvə silahına malik olmasına icazə verilməyəcək, bu, müharibə ehtimalının daim qaldığından xəbər verir”. V.Quluzadə C.Buşun Avropa ölkələrinə səfərində də İran mövzusunun aparıcı müzakirə predmeti olduğuna şübhə etmir: “Heç şübhəsiz ən yüksək səviyyələrdə İran məsələsi müzakirə olunub. Bu müzakirələrin gedişində nə qərara gəlindiyini demək çətindir. Amma Buş elan edə bilər ki, onsuz da İran əməliyyatı olacaq və Avropa ölkələri öz hesablarını götürsünlər. Yaxud ABŞ prezidenti hələlik qərarın verilmədiyini və Avropa ölkələri ilə məsləhətləşmələrə gəldiyini bildirə də bilər. Mütləq deyil ki, İran Buşun prezidentliyi dövründə vurulsun. Bu, gələcəyə hesablanmış addım da ola bilər. Qərar verən Amerika olduğu üçün proqnoz vermək çox çətindir. Hazırda Pentaqon və ya İsrail qərargahlarında nələrin müzakirə olunduğunu demək asan məsələ deyil”. Politoloq ABŞ-ın İrana qarşı əməliyyatlarının fəlakətli vəziyyət yaradacağından narahatçılığını bildirdi: “Bu müharibə bütün Yaxın Şərqi xaraba qoya bilər. Çünki İran balaca bir ada deyil. Bu, nə vaxtilə Liviyaya vurulan nüvə zərbələri, nə də İraq əməliyyatıdır. İran çox böyük ölkədir və əhalisi də çoxdur. Bütün proqnozlar göstərir ki, İran çox ciddi müqavimət göstərəcək”. İranın xarici banklardakı pullarını çıxarmasına gəldikdə, V.Quluzadə hesab edir ki, görünür Tehranın nəsə məlumatı var: “Fakt budur ki, Avropa ölkələri də NATO-nun müttəfiqi və ya üzvləridir. Müharibə başlasa onlar da ABŞ-ın tərəfində dayanacaqlar. O zaman isə İran öz kapitalından istifadə edə biləyəcək. Bu səbəbdən Tehran ehtiyat tədbirləri görür”. Ancaq ekspertin fikrincə, əgər müharibə yaxınlarda başlasaydı, o zaman İran o qədər pulu qısa müddətdə banklardan çıxara bilməzdi. Cavid TURAN musavat
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
İranda polis öldürülüb
Azərbaycanlə təqaüdçülər iki şəhərdə etiraz aksiyası keçirdilər
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var