Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
Tariximizin Elçibəy səhifəsi Mikayıl Rəhimli: "Son illərdəki araşdırmalar göstərir ki, Əbülfəz Elçibəyin vaxtilə yoldaşları, silahdaşlarının belə səhv saydığı hərəkətləri doğru və rasionalmış" Yaşar Ağazadə: "Əbülfəz Elçibəy ideal insan olub" Qarşıdan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident prezident Əbülfəz Elçibəyin 70 illik yubleyi gəlir. Bəs yaxın və uzaqdan tanıyanların yadında o, necə qalıb? Öncə BAXCP Ali Məclisinin sədri Mikayıl Rəhimliylə söhbətləşdik. Mikayıl bəy deyir ki, Əbülfəz Elçibəy dostlarının, yaxınlarının yaddaşında böyük insan, böyük ziyalı, əsl Azərbaycan vətəndaşı, şəxsiyyət kimi qalıb. Ramiz Mikayıloğlu Alim, şərqşünas, tarixi araşdırmaçı, böyük dövlət xadimi Mikayıl Rəhimli çox təəssüflənir ki, indi Əbülfəz Elçibəy aramızda yoxdur, onun haqqında xatirələrini danışır: "Ancaq Əbülfəz Elçibəy elə bir iz, nümunə qoyub getdi ki, silahdaşları, tanıyanlar hamısı onunla münasibətlərinin olmasından, ancaq fəxr duyurlar. Mən Əbülfəz Elçibəyi bir alim, ziyalı, şərqşünas, tarixi araşdırmaçı kimi xatırlayıram. O, Azərbaycan, ümumilikdə, Şərq tarixini gözəl bilən bir alim idi. Əbülfəz Elçibəy yaddaşımda çox cazibədar siyasi lider kimi qalıb. Ətrafındakılara çox diqqətlə, qaybıyla yanaşırdı". Mikayıl Rəhimli və dostları Əbülfəz Elçibəyi itirəndə çox üzülüb, narahatlıq keçiriblər. O, gözəl ziyalı, elm xadimi və dövlət adamı olub: "Əbülfəz Elçibəy Azərbaycan xalqını, dövlətini düşünən, dövlətimizin qurulmasında özünəməxsus fikri, mövqeyi, ideyası olan bir şəxsiyyət idi. Düzdür, bəzən onun Azərbaycanda prezidentliyi dövrünü çox tənqid edirlər. Özü də Xalq Cəbhəsi Partiyasının 1998-ci ildə keçirilən qurultayında öz fikirlərini ifadə etdi, əsl prezident kimi necə olacağı barədə danışdı. Allah bunu ona qismət etmədi. Əbülfəz Elçibəy bu istiqamətdə çox böyük fikirləri, ideyaları olan insan idi. 1992-93-cü illərdəki qarışıq dövrdə o ideyaları həyata keçirmək kifayət qədər müşkül məsələydi. Bəlkə də həmin ideyaların, Əbülfəz Elçibəyin düşüncələrinin həyata keçirilməsi üçün çox da uyğun olmayan bir vaxt idi. Amma bununla belə, Əbülfəz Elçibəy Azərbaycan dövlətçiliyinin problemlərini, onların həll yollarını bilən tarixi şəxsiyyət kimi yaddaşımda qalıb". Müstəqillik mücadiləsinin öndəri Mikayıl bəyin sözlərinə görə, Əbülfəz Elçibəyi fərqləndirən cəhətlərdən biri də o olub ki, o, hər bir Azərbaycan vətəndaşını tanıyıb: "Nə mənada? Əbülfəz Elçibəy insanlarımızın dünyagörüşünə bələd idi. Azərbaycan xalqının bütün zümrələrini, fəhlələrini, ziyalılarını, elm, incəsənət insanlarını çox gözəl tanıyan, onların hansı problemlərlə yaşadığını bilən və hər birinə qayğıyla yanaşan bir şəxsiyyətiydi. Əbülfəz Elçibəyin daha çox Azərbaycan Milli Azadlıq Hərəkatının qurulmasında, inkişafında və qələbə ilə nəticələnməsindəki rolunu xatırlayıram. Azərbaycanın müstəqilliyinin qazanılması üçün aparılan mübarizənin başında duran Əbülfəz Elçibəy idi. Əbülfəz Elçibəy bu keyfiyyətləriylə Azərbaycan tarixində yaşayır və yaşayacaq". Mikayıl Rəhimli hesab edir ki, Əbülfəz Elçibəyin elmi yaradıcılığı, siyasi fəaliyyəti ilə bağlı daha çox araşdırmalar aparılmalıdır. İndi Azərbaycanda siyasi arenada olanların əksəriyyəti Əbülfəz Elçibəylə bir siyasi təşkilatda, yaxud eyni siyasi, tarixi dövrdə siyasi mübarizəylə məşğul olmuş insanlardır. Zaman keçdikcə böyüklüyü daha çox dərk ediləcək şəxsiyyət Yeni siyasi nəsil siyasi arenaya daxil olduqca Əbülfəz Elçibəy daha çox öyrəniləcək, oxunacaq, hərəkətləri daha çox analiz ediləcək, qiymətləndiriləcək: "Biz, vaxtilə Əbülfəz Elçibəylə bir yerdə mübarizə aparmış insanlar bir mübarizə yoldaşı kimi ona qiymət veririksə, yeni nəsil Əbülfəz Elçibəyə Azərbaycan tarixində siyasi şəxsiyyət kimi qiymət verəcəklər. Əminəm ki, bu qiymətlərin hamısı müsbət olacaq. Əbülfəz Elçibəy elə bir irs qoydu ki, onun haqda nə vaxtsa kiminsə pis danışacağını təsəvvür etmirəm. Düzdür, yuxarıda da qeyd etdim, müəyyən hərəkətlərini nöqsan sayan, "filan fikir o zaman deyilməməliydi" söyləyənlər var. Bunları da tarix qiymətləndirəcək. Hesab edirəm ki, axırda Əbülfəz Elçibəyin hərəkətləri, söylədikləri doğru sayılacaq. Vəfatından çox keçməyib, allah rəhmət etsin, 8 il keçir, son 8 ildəki araşdırmalar göstərir ki, Əbülfəz Elçibəyin vaxtilə yoldaşları, silahdaşlarının belə bir vaxt səhv saydığı hərəkətləri doğru və rasionalmış. Bu gün bir çox məsələlərin üstü açılıb və o fikirlərin, hərəkətlərin doğruluğu təsdiqini tapıb və bəlli olub ki, o zaman elə də deyilməliydi. Bir neçə ildən sonra onun fəaliyyətinə daha ciddi yanaşılacaq". Ümumiləşdirilsə, Əbülfəz Elçibəy böyük türk kişisi, Azərbaycan xalqını düşünən, onun üçün mübarizə aparan, bu yolda hər cür fədəkarlığa hazır bir vətəndaş kimi Mikayıl Rəhimlinin yaddaşında yer alıb. Elçibəyi uzaqdan tanıyan Əbülfəz Elçibəyi uzaqdan tanıyan, yəni Mikayıl Rəhimli kimi onunla şəxsi münasibəti olmamış jurnalist həmkarımızın da fikirlərini öyrəndim. "Müxalifət" qəzetinin hüquq şöbəsinin redaktoru Yaşar Ağazadənin fikirlərini öyrənmək istəyimi bir məqam də şərtləndirir. Onu birinci dəfə rayonumuza dostum, qonağım qismində dəvət etmişdim. Təbii ki, qohum-qardaş da dostumun kimliyilə maraqlandığı üçün gəlmişdilər. Ancaq Yaşar Ağazadə həmin gün evimizdə cəmi yarım saat oldu. Süfrə kənarında yenicə əyləşdiyimiz zaman AzTV-dən Əbülfəz Elçibəyin vəfat etməsi xəbərini eşidib sakitcə mənə təcili Bakıya qayıtmalı olduğunu söylədi. Əbülfəz Elçibəyin dəfninə yetişmək istəyirdi. Mən də, ata-anam, qohum-qardaş da təkid etdi ki, artıq axşamdır, sonuncu avtobus belə bəlkə rayondan Bakıya çıxıb, qalsın, səhər tezdən yola salaq. Ancaq olmadı. Yəqin ki, düz də etdi. Sonuncu avtobusda yer olmadığından ayaqüstə Bakıya getməyə də razılaşdı və getdi. O zamana qədər onun Əbülfəz Elçibəyə sayğıyla yanaşdığını bilsəm də, o şəxsiyyətə sonsuz sevgisinin olduğunu həmin an anladım. Bəs Əbülfəz Elçibəyə belə sevginin nədəni nələrdi? Millətini sevən, sözün düzünü deyən Elçibəy Fikirlərini öyrəndiyim Yaşar Ağazadə dedi ki, bəzən deyirlər ki, həyatda ideal insan yoxdur. Ancaq o hesab edir ki, Əbülfəz Elçibəy ideal insan olub: "Əbülfəz Elçibəy daim siyasi rəqiblərinə qarşı insani münasibət bəslədi, rəqib kimi zamanında onları sıxışdırmadı. O, böyük şəxsiyyətdir. Hesab edirəm ki, mövcud hakimiyyətin dəyər verməməsinə, qiymətləndirməməsinə, adını əbədiləşdirməməsinə baxmayaraq, Əbülfəz Elçibəy tarixdə öz yerini almış şəxsiyyətdir və bundan sonra da insanların şüurunda müsbət bir insan kimi qalacaq". Yaşar Ağazadə Əbülfəz Elçibəyin millətini sevən insan olduğunu vurğulayır: "İkincisi, Əbülfəz Elçibəy səmimiliyilə seçilib və həmişə sözün düzünü deyib. Yaşımız az olsa da, o dövrdə prosesləri izləyirdik və bunun şahidi olmuşuq. Əbülfəz Elçibəy millətini həmişə özündən üstün tutub. Bu xüsusiyyətləriylə o mənim yaddaşımda həkk olub". xalqcebhesi
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Ərdəbildə üç məhbus edam edildi
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir