Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
İranda ət süfrədən çəkilir: Adambaşına illik istehlak 5 kiloqrama düşüb
Polşa səfiri: Urmu voleybolun mühüm mərkəzidir
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
Tramp: İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır
EKO nümayəndəsi: Urmu üzüm festivalı Şuşa ilə mədəni əlaqələr yarada bilər
Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Bakıda yenə NATO həftəsi başlayıb. Budəfəki yüksək rütbəli qonağımız NATO-nun Əməliyyatlar Bölməsi Planlaşdırma Şöbəsinin rəhbəri Dieqo Ruis Palmerdir. “Azadlıq” radiosunun internet saytında və APA agentliyinin xəbərlər blokunda NATO rəsmisinin açıqlamalarına diqqət yetirdim. “Azadlıq” radiosunun NATO rəsmisinə istinadla xəbər başlığı beləydi: “Azərbaycan NATO-ya üzvlük üçün arzusunu bildirməlidir”. APA-nın xəbər başlığı isə fərqliydi: “Azərbaycanın NATO-ya üzvlüyü məsələsi gündəmdə deyil”. İlk baxışdan eyni adamın dilindən çıxan və bir-birini döyən açıqlamalardır. Ancaq hər ikisini birləşdirdikdə maraqlı kompozisiya alınır: “Azərbaycan NATO-ya üzvlük üçün arzusunu bildirmədiyindən ölkənizin quruma üzvlük məsələsi gündəmdə deyil”. Aydındır ki, APA agentliyinin başlığa çıxardığı xəbər forması rəsmi Bakının işinə daha çox yarayır. Çünki “NATO üzvlüyü gündəmdə deyil” fikri rəsmilərimizin dilindən düşmür. “Azadlıq” radiosu isə düz hədəfə vuraraq NATO rəsmisinin konkret nə istədiyini ortaya qoyub. Məsələn, radionun xəbərinə görə, cənab Palmer deyib ki, Azərbaycan NATO-nun açıq qapı siyasətindən yararlanaraq quruma üzvlük üçün arzusunu bildirməlidir. O, fikrini belə tamamlayıb: “Bakının öz siyasi seçimini bildirməsi üçün vaxt yetişib”. Bu deyilənlərin yalnız bir mənası var: “NATO-ya üzv olmaq istəyinizi yubatmayın və hərəkətə keçin”. Rəsmi Bakı isə hələ hərəkətə keçmək fikrindən uzaqdır. Xarici işlər nazirinin müavini Araz Əzimov «Azadlıq» radiosuna deyib ki, NATO-ya üzvlüklə bağlı qərar çıxarmaq sadə məsələ deyil. Azərbaycan yaxın tərəfdaş ölkələrin təcrübələrini nəzərdən keçirəcək. Başqa sözlə, biz dəlləkliyi Gürcüstan və Ukraynanın başları üzərində öyrənmək yolunu seçmişik. Yəni görək Gürcüstan və Ukrayna NATO-ya necə üzv olurlar, Rusiya maneəsini necə aşırlar, silahlı qüvvələrini necə modernləşdirirlər, ondan sonra biz də qərarımızı verərik. Əzimov “NATO-nun bölgədə genişlənməsinin müsbət və mənfi aspektrləri var” deyərkən yəqin elə bunları nəzərdə tuturmuş. Ancaq NATO daha gözləmək istəmir. Azərbaycanla indiki əməkdaşlıq səviyyəsi Şimali Atlantika Blokunu qane etmir. Əgər NATO rəsmiləri əvvəlki illərdə Azərbaycanın quruma üzv olması gərəkliyini bağlı qapılar arxasında səsləndirirdilərsə, hazırda Palmer və digər rəsmilərinin diliylə bunu açıq dilə gətirirlər. Azərbaycanın NATO-ya üzvlüyünü Türkiyə də istəyir. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç NATO-nun Bakıdakı tədbirində çıxış edərək “NATO o biri qurumlarla müqayisədə sülh və əmin-amanlığın qorunmasında daha önəmli rol oynayır” ifadəsini səsləndirib. Səfir Palmerdən bir qədər fərqli diplomatik üsluba üstünlük versə də, onun açıqlamasından çıxan nəticə də eynidir: “NATO-ya üzv olmağa tələsin”. NATO Gürcüstan və Azərbaycan vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək istəyir. Rusiya amilindən çəkinməsək, bu üzvlük bizə də gərəklidir. Öz neft və qazımızla birgə Qazaxıstan neftinin, Türkmənistan qazının məmləkətimiz üzərindən təhlükəsiz şəraitdə dünya bazarlarına daşınmasında NATO-nun təcrübəsi və dəstəyinə ehtiyacımız var. Bir də ki, silahlı qüvvələrimizin də NATO standartlarına keçməsi vaxtı çoxdan yetişib. Ordumuza ilbəil ayrılan milyard dollarları yalnız NATO-ya bağlı idaretmə sistemi yararlı şəkildə xərcləyə bilər. Azərbaycan 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının üzvüdür. Üstündən 14 il keçib. Bəs deyilmi? Hər bir əməkdaşlığın hədəfi olmalıdır. Necə ki Avropa Birliyinin Qonşuluq Proqramına üzvlük hədəfimiz Avropa Birliyinə üzvlüyü yaxınlaşdırmaqdırsa, Sülh Naminə Tərəfdaşlıq Proqramının son hədəfi də NATO-ya üzvlük vaxtını qısaltmaqdır. Palmer vaxtın yetişdiyini deyir...
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
İranda polis öldürülüb
Azərbaycanlə təqaüdçülər iki şəhərdə etiraz aksiyası keçirdilər
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var