SON XƏBƏRLƏR

Iran hərbi qüvvələri Güney Azərbaycan kəndlilərini qana qəltən etdilər

2021.10.20, 07:36
Iran hərbi qüvvələri Güney Azərbaycan kəndlilərini qana qəltən etdilər

Gunaz.tv
Iran hərbi qüvvələri Güney Azərbaycan kəndlilərini qana qəltən etdilər İranı - Emruz Xəbər Agentliyinin verdiyi məlumata görə,2 iyunda Güney Azərbaycanın Muğan zonasında əkinçilər yerlərinin müsadirə olmasına qarşı müqavimət göstəriblər. Elə bu səbəbə görə, İran hökumətinin Sipahi pastaran adlanan hərbi qüvvələri əkinçilərin üzərinə atəş açıblar. Hadisə zamanı bir nəfər dünyasını dəyişib və bir neçə nəfər ağır yaralanıb, bir neçə nəfər isə onlar tərəfindən hədsiz döyülüb. Hücüma məruz qalan kəndlilər Böyükxanlı, Qaradağlı, Xəlilkəndi və Ayaz kəndinin sakinləridir. Bu kəndlər Parsabadın qərbində və Araz çayının kənarında yerləşirlər. Hadisə belə baş verib: İran rejiminin hərbi qüvvələri xəbərdarlıq etmədən, adı çəkilən kəndin sakinlərinin üstünə atəş açıblar. Bunun da əsas səbəbi ondan ibarətdir ki, həmin kəndlərin sakinləri çalışırlar öz heyvan - qaraların Araz çayı boyunca yerləşən otlaqlarda otaralar. Məlumat üçün qeyd etməliyik ki, Araz kənarında yerləşən torpaqlar çox münbütdür, otlaqlar yüksək keyfiyyətlidir. Hətta 3 il bundan qabaq sipahi pastaran çalışmışdı ki, bu yerləri müsadirə etsin. Amma istədiyinə müvəffəq olmamışdı. Çünki İranın Ali Məhkəməsi hökm çıxarmışdı ki, bu yerlər yuxarıda adı çəkilən dörd kəndin sakinlərinə məxsusdur. Amma bəzi fərdlər və hökumət orqanları, o cümlədən, sipahi pastaran Ali Məhkəmənin hökmünü icra etməkdən imtina edir, bir növ bu hökmü qulaqardına vurur. Bu yerdə xatırlatmalıyıq ki, 3 il bundan əvvəl də sipahi pastaranın zorakılıqla bu yerləri müsadirə etmək istəyi qanlı toqquşmaya səbəb olmuşdu. Aldığımız son məlumata görə, hərbi qüvvələrin kəndlilərə qarşı atəş açması nəticəsində, Hacı Həmzə Dərqahının oğlu Nurəddin Dərqahi Qaradağ kəndində güllə nəticəsində dünyasını dəyişmişdi. Başqa bir fərd, Babək Muradi ciddi yara alıb və ehtimal var ki, sipahi pastaran tərəfindən Təbriz xəstəxanasına aparılıb. Amma bu adı çəkilən şəxsin ailəsi onun taleyindən və hansı xəstəxanada yerləşdirildiyindən xəbərləri yoxdur. Bunlardan əlavə, 3 nəfər -- Zəbihullah Bədəlinin oğlu Mənsur Bədəli (Ayaz kəndindən ) Əlağanın oğlu Şəhriyar Kiyai (Xəlil kənddən ) və Şəhriyar Kəmali (Qaradağlı kəndindən ) ciddi bədən yarası alıblar. Sipahi pastaran təsdiqləyib ki, adı çəkilən şəxsləri xəstəxanaya aparıblar. Amma onların harada olduqlarını dəqiq bildirilmir. Aşağıda adları çəkilən şəxslər döyülüb və yaralanıblar: 1.Xanım Fərəh Bədəli -- Ayaz kəndindən 2. Mənzər Bədəli -- Salman kəndindən 3.Əzizə Bədəli -- Qaradağlı kəndindən 4.Lalə Dərqahi -- Parsabaddan 5.Xanım Ahruz Dərqahi -- Parsabaddan 6.Solmaz Dərqahi -- Parsabaddan 7. Əli Əlizadə -- Qaradağlı kəndindən 8.Mədət Əsədzadə -- Ayaz kəndindən 9. Bəhmən Əlizadə -- Qaradağlı kəndindən 10. Əfşar Əlizadə -- Ayaz kəndindən İran hökumətinin hərbi qüvvələri kəndlilərin üzərinə atəş açandan sonra, onların maşınların və motosikletlerinin müsadirə ediblər. 3 maşın və 3 motosikleti vurub dağıdıblar. Hal - hazırda yuxarıda adı çəkilən kəndlər İran hökumətinin hərbi qüvvələri tərəfindən mühasirəyə alınıb və onların əlaqələri ətrafla kəsilib. Bu kəndlərə qorxu hakim olub və kəndlilər hədələniblər ki, İran hökumətinin onlara qarşı silahlı və qanlı yürüşünün barəsində heç yana məlumat verməyib, sükut etsinlər. Bunlardan əlavə, İran hökumətinin hərbi qüvvələri mane olurlar ki, ailələr itkin və ya yaralı olan ailə üzvlərini axtarıb, tapıb, görüşələr. Misal üçün, Nurəddin Dərqahi oğlunun cəsədinin hansı xəstəxanada saxlanıldığından xəbər tutmağa çalışıb. Elə bu səbəbə görə də, İran hərbi qüvvələri tərəfindən ölümcül döyülüb. azadtribun

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar