Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
İranda ət süfrədən çəkilir: Adambaşına illik istehlak 5 kiloqrama düşüb
Polşa səfiri: Urmu voleybolun mühüm mərkəzidir
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
Tramp: İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır
EKO nümayəndəsi: Urmu üzüm festivalı Şuşa ilə mədəni əlaqələr yarada bilər
Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən sonra Xarici İşlər naziri Elmar Məmmədyarov səviyyəsində belə bildirildi ki, Dağlıq Qarabağa ən yüksək status verilə bilər. Hətta Tatarıstan variantı da istisna olunmadı. Tatarıstan variantı ilə bağlı məsələyə Azərbaycanın siyasi ekspertlərindən bəziləri müsbət münasibət bildirsə də, ancaq bir çoxları bunu məqbul saymadılar. Sonuncuların fikrincə, Rusiya federativ, Azərbaycan isə unitar dövlətdir. Əgər bu variantın üzərində dayanılarsa, o zaman Azərbaycan federasiyalara bölünə bilər. Kənardan Dağlıq Qarabağ problemi ətrafında gedən prosesləri izləyən hər hansı bir Azərbaycan vətəndaşı çox güman hiss edir ki, beynəlxalq təşkilatlar və suprgüclər necə olur-olsun ölkəmizi sülh masasına doğru çəkməyə çalışırlar. Arzu Şirinova Təbii ki, bu zaman sözügedən təşkilatları və ölkələri Azərbaycanın maraqları heç də ilgiləndirmir. Necə ki, bu günə kimi ilgiləndirməyib. Onlar hər zaman olduğu kimi yenə də güzəşt məsələsini ortaya atıb, problemin tezliklə həllinə çalışırlar. Bu isə bizə sevgidən irəli gəlmir. Onların belə canfəşanlıqları prezident seçkiləri ərəfəsində Azərbaycan hakimiyyətini sıxışdırmaq, Ermənistanın maraqlarına uyğun nələrəsə nail olmaqdır. Mənim söylədiklərimdə bir əsas da var. Çünki Ermənistanda keçirilən prezident seçkiləri ərəfəsində nə supergüc sayılan dövlətlər, nə də beynəlxalq təşkilatlar, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri indiki kimi canfəşanlıq göstərmirdilər. Əksinə, deyirdilər ki, Ermənistanda seçkilərdir, ona görə də danışıqların elə də əhəmiyyəti olmaya bilər. Bu gün Azərbaycanda da prezident seçkilərinə hazırlıq görülür. Yəni ölkə vətəndaşları özünün yeni rəhbərini seçmək ərəfəsindədir. Ancaq ATƏT-in Minsk qrupu, əsasən də Rusiya danışıqların intensiv keçirilməsinə çalışır. İki gün öncə Rusiyanın təşkilatçılığı ilə Moskva-Bakı-İrəvan virtual mətbuat konfransı da buna hesablanmış bir şou idi. Ermənistan da öz aktivliyi ilə seçilir. Yəni bu ölkənin Xarici İşlər naziri Edvard Nalbadyan bir daha israrla bildirir ki, Dağlıq Qarabağ tərəf kimi danışıqlara qatılmalıdır. O eyni zamanda əlavə edib ki, "onsuzda Dağlıq Qarabağ tərəf kimi danışıqlarda iştirak edir". Belə baxanda Nalbadyanın dediklərində bir həqiqət var. Çünki həmsədrlər regiona səfər edən zaman Xankəndinə də gedir və orada separatçıların rəhbəri ilə görüşürlər. Ancaq fərqinə varmırlar ki, Qarabağın erməni icmasının rəhbəri olduğu kimi, Qarabağın Azərbaycan icmasının da rəhbəri var. Yəni bir dəfə də olsun onlar Qarabağın Azərbaycan icmasının rəhbəri Nizami Bəhmənovla görüşməyiblər. Bunun birinci günahı isə özümüzdədir. Mən həm də bir vətəndaş olaraq belə qənaətə gəlmişəm ki, biz nələrisə tələb edə və nələrisə sübuta yetirə bilmirik. Tələbimiz ən yaxşı halda yumşaq formada səslənir ki, bunun da elə bir effekti olmur. Sübuta gəlincə, bunun da öhdəsindən gələ bilmirik. Çünki son illər ermənilərin işğal etdiyi ərazilərimizi od vuraraq yandırmalarını sübuta yetirməkdə acizik. Yəni Azərbaycanın işğal altında olan ərazilərində ermənilərin yanğın törətməsini aşkarlamaq üçün bölgəyə dəvət olunmuş beynəlxalq nümayəndələrə anlada bilmirik ki, yanğını ermənilər törədiblər. Həmin nümayəndələrin "yanğını hansı tərəfin törətməsini təyin etmək olmur" cəfəng fikirlərinə qulaq asmaqdan başqa çarəmiz qalmır. Daha onlara deyə bilmirik ki, biz hansı əsasla öz torpaqlarımıza od vurub yandırmalıyıq? Verilən son məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam rayonunun işğal altında olan ərazilərində üç istiqamətdən yanğınlar törətməyə başlayıblar. Yanğın Qaraqaşlı kəndi istiqamətindən təmas xəttinin Azərbaycanın nəzarətində olan hissəsinə keçib. Eyni zamanda yanğın Ağdamın Çəmənli kəndinin qəbristanlığının yaxınlığına qədər bütün ərazini bürüyüb. Qeyd edək ki, yanğının təmas xəttini keçdiyi ərazilərdə ətraf kəndlərin sakinlərinə məxsus hektarlarla taxıl zəmiləri var. xxx İki gündür televiziya və mətbuatda əcnəbi təşkilatların yerli fəhlələrlə pis rəftarı haqqında məlumat verilir, 500 nəfər işçinin tətil etdiyi bildirilir. Məlumatda qeyd olunur ki, neft-qaz sənayesində fəaliyyət göstərən "Kaspian Shipyard Kompany" şirkətinin rəhbərliyi əcnəbilərlə yerli fəhlələr arasında ayrıseçkilik yaradır. Belə ki, xarici vətəndaşlara yüksək əməkhaqqı verildiyi təqdirdə, yerli fəhlələrə ondan xeyli aşağı olmaqla əməkhaqqı ödənilir. Bununla yanaşı fəhlələrin məzuniyyət vaxtında da fərq qoyulur. Yerlilərə 21 gün, əcnəbilərə isə 40 gün olmaqla məzuniyyət verilir. Xatırladaq ki, bu aksiya Azərbaycandakı xarici şirkətlərdə çalışan işçilərin son 5 ayda 6-cı tətilidir. Həmin tətillərdə də eyni tələb səsləndirilmiş və göstərilən münasibət pislənilmişdi. Görəsən bu cür münasibət nədən qaynaqlanır? Verilən qeyri-rəsmi məlumatlara görə, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin rəhbərləri əməllərini belə əsaslandırırlar: "Azərbaycanda əməkhaqqı çox aşağı səviyyədədir. Ona görə də bunu nəzərə alaraq biz hələ nisbətən fərqli maaş veririk". Deməli, bu münasibət həm də özümüzdən gəlir. Azərbaycan hakimiyyəti insanların normal yaşaması üçün onlara əməkhaqqı verilməsini nəzərdə tutsa, çox güman ki, ölkəmizə gələn hər hansı bir şirkət burada yerli fəhlələrlə bu cür rəftar etməz. Xarici şirkətlərin rəhbərlərinin və orada çalışan əcnəbilərin Azərbaycana, vətəndaşlarına münasibəti bununla kifayətlənmir. Eyni zamanda əcnəbilər Azərbaycan dövlətinə və onun atributlarına da hörmətlə yanaşmırlar. Hətta bir dəfə bayrağımız onlar tərəfindən təhqir edilmiş, ayaqlar altına atılaraq tapdalanmışdı. Bu yaramazlığı törədən əcnəbi cəzanlandırılmaq əvəzinə, rəzilliyə etiraz edən azərbaycanlı işdən qovulmuşdu. xalqcebhesi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
İranda polis öldürülüb
Azərbaycanlə təqaüdçülər iki şəhərdə etiraz aksiyası keçirdilər
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var