Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
İranda ət süfrədən çəkilir: Adambaşına illik istehlak 5 kiloqrama düşüb
Polşa səfiri: Urmu voleybolun mühüm mərkəzidir
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
Tramp: İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır
EKO nümayəndəsi: Urmu üzüm festivalı Şuşa ilə mədəni əlaqələr yarada bilər
Protobulqarların Qafqazda yaşamaları haqqında qrabar dilində yazmış Moisey Xorenli iki dəfə xatırlayır.«Basen adlı yer (indiki Qars ətrafında) Vnandur Bulqarları tərəfindən məskunlaşdırılmışdı... Bu yerlər indi onların adı ilə Vənənd adlanır». Bulqarların Cənubi Qafqaza ikinci gəlişlərini Moisey Xorenli belə təsvir edir: «Ulu Qafqaz dağlarında, Bulqar torpağında böyük çaxnaşmalar oldu və onların çoxu Koxadan (Kolxidadan) cənubdakı torpaqlara yerləşdilər».Görünür salnaməçi «böyük çaxnaşmalar» dedikdə orta əsrlərin başlanğıcında hunların Şərqi Avropaya yürüşlərini nəzərdə tutur. Hun axınlarının başlanması ilə protobulqarlar haqqında məlumatlar azalır. Yenidən protobulqarlar haqqında məlumata yalnız VIII əsr lanqobard xronisti Pavel Diakonun salnaməsində rast gəlinir:«V əsrdə Karpat ətrafına gələn bulqarlar lanqobard kralı Algemundu öldürdülər və onun qızını ələ keçirdilər... Sonralar onlar qot başçısı Tiriarinin oğlu Teodoriyə qarşı mübarizədə Bizans imperatoru Zenona kömək göstərdilər». Cəsur və yenilməz döyüşçülər kimi ad çıxaran protobulqarlar 486-488-ci illərdə gepidlərə qarşı mübarizədə Bizansın müttəfiqi kimi çıxış edirdilər. IV əsrin 50-60-cı illərində hunlarla Qərbə köçməyərək Qafqazda qalan bulqarlara burcalılar deyilirdi. Onlar da öz növbəsində barsillərə, savirlərə və barıncalara bölünürdülər. Bəzi müəlliflər bars sözünün qədim türk dillərində qaplan mənasını verdiyini qeyd edirlər. Onların masqutlar (massagetlər) tərəfindən Qafqaza köçürülmüş şumer döyüşçülərinin törəmələri olduqları güman olunur. Yaşadıqları ərazilər isə Bersiliya adlanırdı. Cənubi Qafqazdan başqa, həm də Şimali Qafqazda məskunlaşan barsillər Sulak çayı ilə Terek çayının mənsəbindən İdil (Volqa) çayına qədər uzanan ərazilərdə yaşayırdılar. Şimali Qafqazda yaşayan barsillərin ən böyük şəhərləri Bulker şəhəri idi. Barsil başbuğu Mixtar titulunu daşıyırdı. 706-cı ildən başlayan və 30 il davam edən ərəb-barsil müharibələrindən sonra onların 20 mini islamı qəbul etdi, qalanları isə İdil (Volqa) çayının mənsəbindəki adaya çəkildilər. V əsrin sonlarına qədər başqa türk xalqları kimi suvarlar da Böyük Hun imperatorluğunun tərkibinə daxil idilər. Böyük Hun imperatorluğunun parçalanmasından sonra təşəbbüsü ələ alan avarlar suvarların xeyli hissəsini qərbə doğru sıxışdırdılar. VI əsrin əvvəllərində bulqarlarla birləşən suvarlar Volqa–Don çayları arasındakı ərazilərdə hakim oldular. Qərbi Sibir ərazisində qalan suvarlar isə VII əsrdə Sibir xanlığı adlı dövlət qurmağa nail oldular. 516-cı ildə Sasanilərlə ittifaq bağlayan Suvar hökmdarı Bələk xan Bizans ordusunu darmadağın edərək, Cənubi Qafqazı ələ keçirdi. Bizans ordularını təqib edən suvarlar Şərqi Anadolunu tutdular. Bizans tarixçisinin yazdığına görə, «suvarlar ən yaxşı müdafiə olunan şəhərləri də, nə iranlılara, nə də bizanslılara məlum olmayan bir üsulla asanlıqla ələ keçirirdilər. Hələ indiyə qədər suvarların istifadə etdikləri döyüş alətləri icad olunmamışdır». Bələk xandan sonra hakimiyyətə gələn arvadı Boğarık xatun 528- ci ildə Bizans imperatoru Yustinianla (527-565) müqavilə bağlayaraq, Sasanilərə qarşı mübarizəni davam etdirməyə başladı. Suvarların rəğbətini qazanmaq istəyən Sasani hökmdarı Xosrov Ənuşirvan (531-579) suvarların Azərbaycanda yurd salmalarına razılıq verdi. Azərbaycanlıların soykökündə suvarlar yaxından iştirak etmişlər. Erkən orta əsr Bizans mənbələri Qəbələ şəhərini suvarların iqamətgahı kimi təsvir edirlər. Suvar tayfalarının adı indiki Biləsuvar şəhərinin adında da qorunub saxlanılmışdır. Musa Qalankatlının «Ağvan tarixi» əsərində suvarların «oda, suya, Aya, gözlərinə təəccüblü görünən şeylərə, xüsusilə də, iri bədənli təsəvvür etdikləri Tanrı xana» inandıqları qeyd olunur. Möhkəm gövdəli palıd ağacları ətrafında Tanrı xana ibadətgahlar düzəldən suvarlar ona atları qurban verir, qurbanlığın qanı ilə bu ağacları sulayır, dərisini və başını isə budaqlardan asırdılar. Səkkizguşəli ulduz şəklində təsvir olnunan Günəş Tanrı xanın simvolu hesab edildiyindən suvarların əksəriyyəti səkkizguşəli boyunbağı taxırdılar. Suvar xanı Alp İlitverin ölkə əhalisinin hamısını xristianlaşdırmaq təşəbbüsü uğursuzluqla nəticələndi. Yalnız Qərbi Azərbaycan ərazisində məskunlaşmış savirlərin bir hissəsi xristianlığı qəbul edərək get-gedə öz türklüklərini itirməyə başladılar. Erkən orta əsr mənbələri savirlərin bu hissəsini «sevordik», yəni «qara savirlər» adlandırırlar. İndi də Tiflis şəhərinin ən böyük məhəllələrindən biri – «Sabur tala» bəzi alimlərin iddia etdikləri kimi «top oynanılan meydan» deyil, «Sabir talası» mənasını verir. İndiki gürcü dilində bəzi sözlər – «simes» (yemək), «sive» (soyuq), erməni dilindəki «toxmaq», «varel» (qaynamaq), «təsək» (çeşid, növ) savir dilindən alınmadır. Suvarların kütləvi şəkildə Azərbaycan ərazisinə gəlmələri onların Volqa və Don ərazisində saylarının azalmasına gətirib çıxartdı. Bu bölgədə qalan suvarlar Şərqi Avropanın ən qüdrətli türk dövlətlərindən olan Xəzər xaqanlığının qurulmasında xəzərlərlə, barsillərlə və digər qohum tayfalarla birlikdə yaxından iştirak etdilər. Suvarlar VII əsrin 80-ci illərində Xəzər xaqanlığının qərb ucunu təşkil edirdilər. Borçalı türklərinin soykökündə yaxından iştirak etmiş xalqlardan biri də xəzərlərdir. VII-X əsrlərdə mövcud olmuş Xəzər xaqanlığının qurulmasında suvarların varisləri olan xəzərlərlə yanaşı barsillər və sarı oğuzlar da yaxından iştirak etmişlər. Göytürk xaqanlığının qərb hissəsini idarə edən İstəmi Yabqunun oğlu Türksənfın 576-cı ildə Cənubi Qafqaz uğrunda Bizansla apardığı uğursuz müharibə türk xalqları arasında çəkişmələrin artmasına və 15 il sürən daxili müharibələrə səbəb oldu. VII əsrin əvvəllərində daxili çəkişmələrə son qoyan türklər yenidən Cənubi Qafqaz uğrunda mübarizəyə qoşuldular. Musa Qalankatlının yazdığına görə, türk ordusunun əsas zərbə qüvvəsini xəzərlər təşkil edirdilər. Bizans tarixçisi 626-cı ildə imperator İraklinin Sasanilərə qarşı «Xəzər adlanan şərq türkləri ilə ittifaqa girməsini» xüsusi qeyd edir. Musa Qalankatlının yazdığına görə, Sasanilərə qarşı müharibəyə hazırlaşan «Türk xaqanı hakimiyyəti altında olan dağlılara, aranlılara, şəhərlilərə, köçərilərə, başlarını qırxdıranlara və kəkillilərə, bütün xalqlara, tayfalara silahlanaraq hazır olmağı tapşırdı». 627-ci ildə Sasani ordularını geri oturdan türklər Tiflisi mühasirəyə aldılar. Qışın sərt keçməsi və ərzaq ehtiyatının azlığı Türk ordusunu bu mühasirədən əl çəkməyə və qışlamaq üçün geri dönməyə vadar etdi. 628-ci ilin yazında Tiflisi tutan Türk ordusu, 630-cu ildə Göyçə gölü sahilində Sasaniləri daha ağır məğlubiyyətə uğratdılar. Lakin Türk xaqanlığı daxilində onun dağılması ilə nəticələnən çəkişmələr Sasanilərin tam məhv edilməsinin qarşısını aldı. Türk xaqanlığının dağılmasından sonra Göytürk xaqanlarının mənsub olduqları Aşina (Qurd) nəslindən olan Xəzər hökmdarı 634-cü ildə özünü xaqan elan etdi. Ərazisi Qara dənizdən Xəzər dənizinə, Kama çayından Azərbaycanın cənubuna qədər uzanan Xəzər xaqanlığının paytaxtı əvvəlcə indiki Mahaçqala şəhəri yaxınlığında yerləşən Səməndər, sonralar isə Xəzər dənizinin şimalında salınmış İdil şəhəri olmuşdur.
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
İranda polis öldürülüb
Azərbaycanlə təqaüdçülər iki şəhərdə etiraz aksiyası keçirdilər
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var