Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
İranda ət süfrədən çəkilir: Adambaşına illik istehlak 5 kiloqrama düşüb
Polşa səfiri: Urmu voleybolun mühüm mərkəzidir
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
Tramp: İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır
EKO nümayəndəsi: Urmu üzüm festivalı Şuşa ilə mədəni əlaqələr yarada bilər
Fars-molla rejiminin Azərbaycan türklərinə qarşı repressiyalara laqeyd münasibət bəsləyir Həmişə Azərbaycanın zəngin maddi və mənəvi qaynaqları, qəhrəmanlıq tariximiz barədə ürəkdolusu danışırıq. Düz də edirik. Çünki bu Allah vergisi zənginliklər, gözəlliklər dünyanın əksər ölkələrində yoxdur. Bəzən isə özümüzü qınayırıq, niyə bu qədər problemlərin içində üzüldüyümüzün səbəbini üzə çıxarmağa çalışırıq, günahların çoxunu özümüzdə görürük. Amma həmişə mühüm bir məsələni unuduruq: Qonşularımızı. Azərbaycan türklərinin, azərbaycanlıların qonşuları dünyanın əd bədxah, xain və xəbis qonşularıdır. Dünyanın hər hansı bir ölkəsi, xalqın farsın, rusun, erməninin qonşuluğunda yaşasaydı, bəlkə də Lidiya, Latın xalqı kimi yoxa çıxardı. Ancaq biz fars, rus, erməninin düşmənçiliyindən danışanda söhbəti ayrı-ayrı xalqların sadə fərdlərinin üzərinə gətirməkdən uzağıq. ... İran Mədəniyyət Nazirliyinin rəsmi orqanı olan "İran" qəzetində 2006-cı il may ayında Azərbaycan türklərini təhqir edən "tarakan karikaturasının" nəşrinə etiraz olaraq başlanan aksiyalardan, nümayişlərdən iki il ötür. İki il əvvəl may ayının 22-də yüz minlərlə soydaşımızın İranın fars-molla rejiminin siyasətinə etiraz edərək kütləvi şəkildə küçələrə çıxması, nümayişlər, mitinqlər keçirməsi Azərbaycan türklərinin demokratikləşmək, milli hüquqlarını əldə etmək uğrunda mübarizəsinin ən bariz nümunəsiydi. Dünya qəribə təzadlarla üz-üzə qalıb. Bir tərəfdən, dövlətlərin ərazi bütövlüyünün qorunması, o biri tərəfdən isə xalqların öz müqəddaratını təyin etmək prinsipi xeyli ziddiyyətlər yaradır. Kosova presedenti göstərdi ki, sayı 100-200 min deyil, milyonlarla olan və deportasiyalara, soyqırımlara məruz qalan xalqların öz müqqədəratını təyin etmək, müstəqil dövlətini qurmaq imkanları tanınmaqdadır. Rusiyanın ölçüsündə bçilmiş Kosova presedentinin bir gün İranı yaxalaması da qaçılmazdır. Yəqin ki, dünya siyasətindəki tendensiyanı İranın fars-molla rejimi də çox gözəl bilir, ona görə də hələ 1995-ci ildə İran Təhlükəsizlik Şurasının toplantısında o zamankı xarici işlər naziri "Güney Azərbaycanın gec-tez müstəqil olacağını" açıqlayıb. ... Azərbaycan Milli Azadlıq Hərəkatının ayrılmaz hissəsi olan Güney Azərbaycan Milli Hərəkatı milli haqq və hüquqlar, insan hüquqları, ana dilində tədris, qəzet və jurnalların nəşri, siyasi azadlıqların təmin olunması və s. bəşəri ideyalar uğrunda mübarizə aparır. İki il əvvəl may ayında özünün mühüm bir dönimini yaşamış milli hərəkat bunu bütün dünyaya sübut edib, öz varlığını təsdiqləyib. Son illərdə İranda milli hərəkatçılarımıza qarşı daha da şiddətlənən repressiyalar, təzyiqlər göstərir ki, fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının gündən-günə genişlənməsindən, güclənməsindən ciddi şəkildə narahatdır. Soydaşlarımız "pantürkist", "separatçı", "Güney Azərbaycan dövlətini yaratmaq", "Azərbaycan Respublikasına işləmək" , "Türkiyəyə işləmək" ittihamlarıyla mühakimə olunurlar, həbsə atılırlar, zəmanətlə, girov müqabilində azadlığa çıxmaq üçün borca salınırlar (Konkret faktlarla bağlı tez-tez qəzetimizdə məlumat veririk). Çox təəssüf ki, demokratik, sivil dünya İranda Azərbaycan türklərinə qarşı genişlənən repressiyalara laqeyd münasibət bəsləyir. Sanki İranın nüvə problemi, uranın zənginləşdirilməsiylə bağlı hay-küy elə bu ölkədə yaşanan olaylardan, millətlərin, insanların hüquqlarının kütləvi şəkildə pozulması və s. neqativ hallardan dünyanın diqqətini yayındırmaq üçündür. Fars-molla rejiminin siyasəti Birləşmiş Ştatlarla "soyuq müharibə" aparan, amma əhalisini faktiki olaraq hüquqsuz vəziyyətə salan, aclığa, "yağ talonlarına" möhtac qoyan keçmiş SSRİ-nin durumunu xatırladır. ... Məsələ burasındadır ki, fars mahiyyəti rusdan daha təhlükəlidir. Əgər rus son iki yüz il ərzində Qafqazı, Azərbaycanı işğal etmişdisə, fars hələ qədim zamanlardan, orta əsrrlərdə daim Azərbaycanın, türklərin içində bir qarayara kimi oturub. Bu baxımdan hazırda İranda baş verənlərə təkcə müasir dünyanın ərazilərin toxunulmazlığı, xalqların öz müqəddaratını təyin etməsi və s. prinsiplər baxımından təhlil yox, həm də tarixi (qısa şəkildə də olsa) yanaşmağa da ehtiyac duyulur. Diqqət yetirdikdə görürük ki, müasir demokratik, insan hüquqları uğrunda mübarizələr, elə beynəlxalq terrorizmlə mübarizə kimi məsələlər dövlətlərin ərazi bütövlüyü çərçivəsində aparılır. Həm bu, həm də Azərbaycan türklərinin təkcə Güney Azərbaycan ərazisində deyil, Tehranda, daha cənubdakı başqa mühüm şəhərlərdə çox sayda yaşaması, nəhəng iqtisadi imkanları İranın taleyinə fərqli baxışları ortaya çıxarıb. Güneyli soydaşlarımızın bəziləri İranı öz dövlətləri sayırlar. Bu yanlış yanaşma deyil. Əslində İran sözünün özü belə fars mənşəli deyil və İranın elmə məlum olan 8 min illik tarixində farslar cəmi 325 il ərzində (Əhəmənilər, Sasanilər dövründə) hakimiyyətdə olublar. Təəssüf ki, farsların öz adlarına çıxdıqları Əhəmənilər, Sasanilər dövründə türklərin oynadığı rol tarixi tədqiqatlarımızın obyektinə düşməyib. Bu məsələlər daha geniş şəkildə araşdırılsa, türklərin Anadoluda varlığının heç də XI əsrdən, oğuzların bu yerlərə gəlməsiylə başlamadığı məlum olacaq. Nəticədə Azərbaycanın, İranın tarixini farslaşdırmağa çalışan, türklərin Anadoluya orta əsrlərdə gəldiyini iddia edənlərə daha tutarlı cavab veriləcək. Sonrakı dövrlərdə Səlcuqlar, Osmanlı İmperiyasında, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Qacarlar dövründə ərəb dili ilə yanaşı, fars dilinin saray dili olmasının səbəbləri araşdırılmayıb. Məhz buna görə də farslar indi İranda, tariximizdə, mədəniyyətimizdə at oynatmağa çalışırlar. Yeri gəlmişkən, ingilis tarixçilərindən biri yazır ki, əgər Şah İsmayıl Xətayinin dövründə İranı idarə edən 18 tayfadan 17-si türk, yalnız bir tayfa fars tayfası idi. Amma 1680-ci illərdə Səfəvilər sarayında bu türk tayfalarının əksəriyyəti farslarla qarışmışdı, türk şahzadələrinin çoxunun anası fars idi. Məncə, tariximizdəki belə ziddiyyətli, anlaşılmaz, farsın qadın siyasətinin nəticəsi olan məsələlərin də araşdırılması vacibdir. Bu işdə fars dilini bilən güneyli soydaşlarımızın üzərinə böyük yük düşür. Sonrakı yüz ildə Nadir şah Əfşarın, Qacarların hakimiyyətə gəlməsi İranda türk hökmranlığını gücləndirdi. Elə 1804-1828-ci illərdə Rusiya İmperiyasının qarşısında dayanan da farslar deyil, Azərbaycan türkləriydi. Rus tarixçiləri yazırlar ki, Rusiyaya qarşı vuruşan Abbas Mirzənin rəhbərlik etdiyi İran qoşunlarının tərkibi yalnız Azərbaycan türklərindən ibarət idi. Amma Abbas Mirzənin atasının sarayı, yəni Tehran (farslaşmış manqurtlar) Rusiya ilə müharibədə Azərbaycan qoşunlarına heç bir yardım göstərmirdi. Bunu son illərdə Azərbaycan Respublikasının tarixçi alimləri üzə çıxarıblar. Tarixçilərimiz uzun illər Rusiya-İran müharibələri kimi qələmə verilən müharibələri, Rusiya-Azərbaycan müharibələri olduğunu, bunun tarix kitablarına salınmasını vacib sayırlar. Yuxarıda qeyd etdiyimiz kimi, güneyli soydaşlarımız həmişə İranı özlərininki sayıblar. Çünki farsın vətəni tarixən Persia olub. Yəqin ki, məhz buna görə, Səttarxanın rəhbərlik etdiyi 1907-1911-ci illər Məşrutiyyət inqilabı, Şeyx Məhəmməd Xiyabaninin yaratdığı "Azadistan dövləti"nin qayəsi İranın xoşbəxtliyi uğrunda idi. Bəlkə də 1920-ci ildə Qacarların hökmranlıq etdiyi İran hökumətinin Azərbaycan Xalq Cümhuriyyətini tanıması da müsbət mənada təsadüfi deyildi. Xatırladaq ki, Xiyabaninin 1920-ci il iyun ayının 22-də qurduğu demokratik hökumət ilk dəfə olaraq Azərbaycan türkcəsində təhsilə keçib, "Məhəmmədiyyə" və "Hikmət" adında iki qadın məktəbi açıb, ilk Milli Qvardiya yaradılıb. Amma 1901-ci ildə Tehrandakı rus hərbi hissəsində serjant kimi fəaliyyətə başlayan və 1925-ci ildə Rusiyanın və Böyük Britaniyanın dəstəyilə İran hakimiyyətini qəsb edən Rza şah Pəhləvi (onların qədim Pəhləvilərə heç bir aidiyyatı yoxdur) ilə bu ölkədə farsların hakimiyyəti başladı. Bu illər ərzində Güney Azərbaycan fars şovinizminin əsl simasını görüb. Tarixən türklərin yaşadığı Həmədan, Zəncan, Qəzvin, Sultanabad, Savə kimi yurdlarımız Güney Azərbaycandan qoparılıb, başqa əyalətlərə birləşdirilib, əsasında farsçılıq duran "vahid iran milləti" ideyası, "vahid dil" məsələsi ortaya atılıb. Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Güney Azərbaycan türkləri 1946-cı il yanvarın 28-də BMT-yə müraciət edərək millətlərin öz müqəddaratını təyin etmə prinsipinə əsaslanaraq Azərbaycan Milli Hökumətini tanımaq üçün müraciət ünvanladı. Amma ana dilində təhsilə keçən, qadınlarla kişilərin hüquqlarını bərabərləşdirən, Milli Ordu yaradan, torpaq islahatı həyata keçirən, demokratik prinsiplərə əsaslanan Azərbaycan Milli Hökuməti SSRİ-nin, Böyük Britaniyanın və ABŞ-ın dəstəyilə hərəkətə keçən Pəhləvi rejiminin hücumlarına məruz qaldı, süquta uğradı. İranın XX əsr tarixini vərəqləyəndə həmişə Azərbaycan türkləriylə bağlı qanlı-qadalı səhifələri görürük. Məsələn, 1952-ci ildə baş nazir, Azərbaycan türkü, doktor Müsəddiqi ilə bağlı proseslər, 1979-cu il İran islam inqilabı dövründə azərbaycanlı ayətullah, inqilabın rəhbərlərindən biri olan Şəriətmədarinin ev dustağı edilməsi və s. unudulmamalıdır. İslam inqilabı zamanı Güney Azərbaycan türklərinin dövlət qurmaq uğrunda mübarizəsi araşdırılmalıdır. Ötən əsrin 1925-ci ilindən başlayaraq İran uğrunda, İranda hakimiyyətə gəlmək uğrunda mübarizədə Azərbaycan türkləri uğur qazanmayıblar. Çünki ingilis, rus, fars birləşərək buna imkan verməyiblər. Nəticədə isə soydaşlarımız kültəvi soyqırımlara məruz qalıblar. Faktiki olaraq Rza şah Pəhləvinin "vahid iran milləti" siyasətini islamçılıq, irançılıq adı altında həyata keçirən ali dini rəhbər Xomeyni qəbul etdirdiyi Konstitusiyanı pozaraq farslardan qeyri millətlərə heç bir azadlıq vermədi, sayı İran əhalisinin yarısına bərabər olan 35 milyon Azərbaycan türkləri, qaşqaylar, türkmənlərin heç bir hüququ tanınmadı. İndi də fars-molla rejimi əsrlərlə çörəyini yediyi Azərbaycan türklərini aşağılmaqda, təzyiqlərə, repressiyalara məruz qoymaqda davam edir, türk dilində təhsil almağa, qəzet və jurnalların nəşrinə imkan vermir, ən adi insan hüquqlarını belə tanımır. Əsrlərdə öz varlığını Azərbaycan Türkünün çiyinlərində oturaraq saxlayan, millətimizin hesabına yaşayan farsın ədaləti, vicdanı yoxdur. Faşistləri Bakı neftinin hesabına məğlub edən rus 20 Yanvar faciəsini törətməklə Azərbaycana necə "minnətdarlıq" etdisə, fars da eyni əməlləri törədir və törədəcək. Onsuz da Azərbaycanın qədim torpağı olan Qarabağın, Şuşanın işğalında Rusiya ilə yanaşı, fars-molla rejimi də Ermənistana dəstək verib. Güney Azərbaycanın İran üçün ağlamasına gərək yoxdur. İndi soydaşlarımız Güney Azərbaycan Cümhuriyyətini qurmaq, Azərbaycanın ərazilərinin cənubunda dövlətçiliyimizi bərpa etmək haqqında düşünməli və bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərməlidir. Təbriz Quzeyli /XC/ butovaz
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
İranda polis öldürülüb
Azərbaycanlə təqaüdçülər iki şəhərdə etiraz aksiyası keçirdilər
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var