Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Pezeşkiyan: Pulumuz yoxdur, xalq etiraz edir
İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National
Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib
İranda 6 məhbus edam edildi
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Sistan və Bəlucistanda daha iki bəluc güllələndi
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb
Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edib
İlam əyalətində etirazçıların həbsi davam edir
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq- Tramp
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
Yeni bir türk dövləti qurulur- Ukrayna ilə anlaşıldı
Ötən gün "Ria-Novosti"nin təşkilatçılığıyla iki saat davam edən Moskva-Bakı-İrəvan virtual mətbuat konfransı keçirilib. Erməni politoloqlar ənənəvi mövqeləri təkrarlayıb, işğal etdikləri torpaqların tarix boyu onlara məxsus olduğunu söyləyiblər. Rusiyalı politoloqlar isə münaqişənin həllinə inanmadıqlarını, ən yaxşı variantın tərəflər arasında etimadın möhkəmləndirilməsi olduğunu vurğulayıblar. Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən sonra belə bir telekörpünün təşkili göstərir ki, artıq Rusiya münaqişələrlə bağlı informasiya məkanını da inhisara almaq istəyir. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı deyir ki, XVII əsrdən başlayaraq Qarabağ probleminin yaradıcısı və qızışdırıcısı çar Rusiyası, sonra sovet Rusiyası, indi isə hazırkı Rusiya Federasiyasıdır. Rəvan Məmmədli Hərçənd ki, günümüzdə Qarabağ problemindən digər dövlətlər də öz maraqları üçün istifadə edirlər. Ermənilərin "Türkmənçay" müqaviləsinə görə Azərbaycana köçürülməsi, Qarabağda və digər Azərbaycan ərazilərində yerləşdirilməsi bilavasitə rus siyasətidir. Köçürmədən işğal siyasəti zamanı həmişə yararlanılıb. Rusiyada isə o qədər rus kəndlisi olmayıb ki, işğal edilmiş ərazilərə köçürülsün. Ona görə də dövləti olmayan erməniləri köçürərək bundan yararlanıblar. Ermənistanın yaranması və indi BMT-də müstəqil dövlət kimi tanınmasında da Rusiyanın böyük rolu var. Baxmayaraq ki, Ermənistan forpostdur, formal müstəqildir, amma bu ərazilərdə erməni dövləti olmaya-olmaya onun yaradılmasında şimal qonşumuzun böyük əməyi var. Məhərrəm Zülfüqarlıya görə, müasir dövrümüzdə Rusiyanın Moskva-Bakı-İrəvan telekörpü layihəsini işə salması digər məqsədlərdən xəbər verir. Münaqişəni daim qızışdıran ölkələr müəyyən müddətdən sonra sülhpərvər kimi qələmə verirlər və işğala məruz qalmış ölkədə də onlara dəstək verən insanlar axtarırlar. Qərbin də bu cür siyasəti var. "Xalq diplomatiyası" pərdəsi altında təslimçilik, Azərbaycanın işğalla barışmasını aşılayırlar. Bu, qorxulu bir tendensiyadır. Konfliktologiya ziddiyyətlərin həlliylə bağlı elmdir və onlar da məsələyə əslində elmi yanaşmağa çalışırlar. Başqa bir sözlə, bir məsələni dəfələrlə müzakirə edirlər və işğala məruz qalan tərəfə zaman-zaman nə isə sırınmağa çalışılır. Məhərrəm Zülfüqarlı bildirdi ki, kompromisdən çox danışırlar, amma kompromis qarşılıqlı güzəştdir. Azərbaycan işğala məruz qalıbsa, onun hansısa güzəştə getməsindən söhbət gedə bilməz. Onun sözlərinə görə, Azərbaycanda da elə insanlar tapılır ki, bu məsələyə meyillənir, qrant alıb, bu prosesdə iştirak edirlər: "Bu, çox qorxulu tendensiyadır, bizi reallıqla barışdırmağa çalışırlar. Bir müddət əvvəl Almaniyadan sosial-demokratların xəttiylə Bundestaqın üzvü gəlmişdi. O, belə bir qorxulu fikir aşılayırdı ki, Avropada əsas mövqe budur ki, tarix unudulsun, reallıqla barışılsın. Bu, Rusiyanın da mövqeyilə üst-üstə düşür. Guya sülhpərvər siyasət yeridirlər, ancaq onun arxasında böyük bir təhlükə gözlənir. Biz bir anlığa bu reallıqla barışsaq, sabah Naxçıvana və digər ərazilərimizə qarşı iddialarla üzləşə bilərik. Sabah Bakıya belə iddialar ola bilər. Azərbaycan artıq kifayət qədər gücə malikdir ki, Ermənistanı yerində oturda bilsin. Sadəcə, problem Rusiyayla bağlıdır". Tarix elmləri namizədi dedi ki, Rusiya yaralanmış bir ayıdır, tam ölməyib, imperiya tam parçalanmayıb. Ona görə də onun yaralı pəncəsi istənilən vaxt kiçik dövlətlərin üzərinə düşə bilər. Bu səbəbdən biz ehtiyatlı olmalıyıq. Nə qədər ki, Rusiya işğalçılıq siyasətindən, imperiya ambisiyalarından əl çəkməyib, çalışacaq ki, müəyyən müddət sülh yaratsınlar, sonra yenə strateji hədəfələrinə tam çatmaq üçün Azərbaycanı zəiflətsin: "Əvvəllər Rusiya imperiyasına qatılmış Şimali Azərbaycan müstəqillik əldə edib. Cənubi Qafqazda Rusiyanın dayaq nöqtəsi kimi yalnız Ermənistan qalıb. Moskva bu dayaq nöqtəsindən yararlanıb yenidən itirdiklərini qaytarmaq istəyir. Azərbaycan və Gürcüstan birlikdə buna qarşı mübarizə aparmalıdır. Lakin bu, tək dövlətin işi deyil. Hər bir vətəndaş bilməlidir ki, Azərbaycan ərazisi məhz Rusiyanın köməkliyilə Ermənistan tərəfindən işğal olunub. Hər bir vətəndaşın borcudur ki, bunu yaddan çıxarmasın, istənilən konfransda, diskusiyada da bu mövqeyi qətiyyətlə bildirsin. Belə bir qətiyyətimiz olarsa, bu cür telekörpülərin Azərbaycanın zəiflədilməsində heç bir rolu ola bilməz. Əksinə, o körpülərdən yararlanıb dünyaya çatdırmalıyıq ki, 20 faiz ərazilərimiz işğal olunub, Rusiyanın yardımıyla Ermənistan adlı qondarma, forpost dövlət yaranıb və həmin dövlətdən yararlanaraq Azərbaycanı yenidən təsir altına salmaq üçün çalışırlar". xalqcebhesi
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Xuzistanda daha 10 ərəb fəal həbs edildi
İranlılar Azərbaycanda verilən qərarı alqışladılar
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi
İran polisi ərəb gənci güllələdi
Bəndər-Abbasda ardıcıl partlayışlar olub
İki şəhərdə iki məhbus edam edildi
BMT rəhbəri İranda insan hüquqlarının pozulmasını “qəbuledilməz” adlandırıb
İran dövlət televiziyası: Britaniyanın Feyrfod aviabazası İran raketlərinin hədəf dairəsinə daxildir
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT
Urmiyə Şəhər Şurasının üzvü: Ölkədə pan-türk yoxdur, amma pan-fars və İranşəhri düşüncəlilər çoxdur
Səhənd stadion "Traktor"a verilir
Binabda hava çirklənməsi artır; “Səhənd” elektrik stansiyasında mazut yandırılır
İran buna görə bizə kiberhücum etdi- Baro
Rəisinin helikopterinin düşdüyü ərazi İranın milli irsi siyahısına salındı!
ABŞ-ın İran neftinə tətbiq etdiyi blokada Çini İraq neftinə yönəldir – Bloomberg
Talibanın dron şousu: Köhnə ABŞ texnikasının yanında yeni “ixtira”!
ABŞ-nin daha bir təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəldi
Qərbi Azərbaycan mənzil xərclərinin ailə büdcəsindəki payına görə ölkə üzrə yeddinci yerdədir
Tramp: İran Vaşinqtonu təhdid edərsə, “heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcək”
İrada daha bir bəhaiyə həbs cəzası verildi
HƏMAS-ın yüksək rütbəli komandiri öldürüldü
Pilotsuz uçuş aparatı Qara dənizdə 13 Azərbaycan vətəndaşının olduğu gəmiyə hücum edib
İranda doğum böhranı: Nikahlar və uşaq sayı sürətlə azalır