Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
İranda ət süfrədən çəkilir: Adambaşına illik istehlak 5 kiloqrama düşüb
Polşa səfiri: Urmu voleybolun mühüm mərkəzidir
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
Tramp: İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır
EKO nümayəndəsi: Urmu üzüm festivalı Şuşa ilə mədəni əlaqələr yarada bilər
Son iki gündə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat-axtarış tədbirlərini əslində alqışlamaq lazımdır. Söhbət ondan gedir ki, bu qurum son iki gündə İran-Azərbaycan marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik daşınması ilə məşğul olan iki qrupu yaxalayıb, onlardan ümumi çəkisi 6 kiloqramdan çox olan heroin aşkarlanaraq götürülüb. Söhbət həm Yardımlı rayon sakinləri Cabir Bədirovla Qabil Bağırovdan götürülən 3,5 kiloqrama yaxın heroindən, həm də Cəlilabadda keçirilən analoji əməliyyatdan gedir... Azərbaycanın adı ABŞ-ın narkotranzit saydığı ölkələr siyahısında “Azərbaycan Əfqanıstan və Mərkəzi Asiyadan Qərbi Avropaya, həmçinin İrandan Rusiyaya və Qərbi Avropaya narkotik maddələrin nəql olunduğu marşrut boyunca yerləşir. Yerli istehsalat böyük deyil, ancaq tələbatın həcmi artmaqdadır”. Bu barədə ABŞ Dövlət Departamentinin “Narkotiklərə beynəlxalq nəzarət strategiyası” adlı illik hesabatında da bildirilir. Həmin sənəddə o da deyilir ki, “Balkan marşrutu” bir neçə il öncə bağlanandan sonra Azərbaycanın tranzit ərazi kimi rolu artıb. Azərbaycan hökumətinin məlumatına görə, ölkədən daşınan narkotiklərin əsas hissəsi Əfqanıstanda istehsal olunandır. Onların əsas daşınma marşrutu belədir: Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan-Qərbi Avropa; Əfqanıstan-İran-Dağlıq Qarabağ; Azərbaycanın işğal olunmuş əraziləri-Ermənistan-Gürcüstan-Qərbi Avropa; Əfqanıstan-İran-Azərbaycan-Rusiya; Əfqanıstan-Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qərbi Avropa. Hesabatda deyilir ki, Azərbaycanın İranla 611 km sərhədi var. Lakin ölkənin sərhəd qüvvələri sərhədlərin səmərəli qorunması üçün kifayət qədər hazırlıqlı deyil və təchiz olunmayıb. İrandan və başqa yerlərdən narkotik daşıyanlar bu vəziyyətdən istifadə edir. Sənədə görə, Azərbaycanda ən geniş istifadə olunan narkotik maddələr tiryək, heroin, ekstaz, həşiş, kokain və LSD-dir. Narkotiklərə daxili tələbat artmaqda davam edir və rəsmi hakimiyyət narkomanların sayının 18 min nəfər olduğunu bildirir. Qeyri-rəsmi rəqəmlər isə 200-300 mindir. Narkomanların 75 faizi heroindən istifadə edir. Onların 30-35 faizi tələbələrdir. Heroindən ən çox Lənkəranda (64 faiz) istifadə olunur. Cəlilabadım, Cəlilabad... Azərbaycana narkotik daşınmasının ən vacib məntəqələrindən biri də Cəlilabaddır. Bu rayonun İranla təxminən 50 kilometrlik quru sərhədi var. Rayonun Buravar kəndindən Dələli kəndinədək olan məsafədən keçən bu sərhəd zolağı Azərbaycana narkotik vasitələrin keçirilməsində ən əlverişli ərazi hesab edilir. Araşdırmalarımız nəticəsində bəlli oldu ki, İranın Germi vilayətinin mərkəzindən - Germi şəhərindən Cəlilabada kimi narkotranzitin marşrutu aşağıdakı kimdir: 1. Germi-Cəlilabadın sərhəd kəndi Kövüzbulaq; 2. Kövüzbulaq-Petrovka kəndi. Əvvəllər Petrovka kəndinin rolunu rayon mərkəzinə bitişik Astanabad kəndi oynayırmış. Amma sonra iri “narkoakulalar” hansı səbəbdənsə Astanabadı bu statusdan məhrum ediblər. Narkobaronların xüsusi təlim görmüş atları var Sərhəddən Kövüzbulağa keçirilən narkotik maddələr, daha konkret desək, heroin sonrakı məntəqələrə atla daşınır. Bunun üçünsə kəndlərdə xüsusi atlar bəslənir. Söhbət ondan gedir ki, Kövüzbulaqdan Cəlilabada, daha dəqiqi, şəhərə bitişik Petrovkaya olan təxminən 40 km-lik yolu atla kəsə getmək daha münasib variant sayılır. “Malı” Kövüzbulaqdakı narkokuryerdən götürən şəxs onu Petrovkaya - başqa bir narkokuryerə çatdırır. Petrovkadan isə başqa bir narkokuryer “malı” digər məntəqələrə, bu dəfə artıq realizə etmək üçün daşıyır. Burada bir məqama xüsusi diqqət yetirmək lazımdır: narkokuryerlərin heç biri “malın” əsl sahibinin, necə deyərlər, baronun kim olduğunu bilmir. Cəlilabadda danışırlar ki, əgər əvvəllər narkokuryerlər və qaçaqmalçı dəstələr təkcə heroinlə ələ keçirdilərsə, indi vəziyyət tamam fərqlidir: “Onlar artıq silahlanıblar da. Son vaxtlar tutulanların üstündən silah da tapılır. Bir qədər əvvəl DİN Narkotiklərə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı bir polis zabiti güllələnmişdi”. Nəzarətsiz qalan İran maşınlarına diqqət!!! Cəlilabaddan keçən narkotranzit Azərbaycanın bir çox bölgələrini, hətta MDB məkanını da əhatə edir. Tranzitdə önəmli rollardan birini də İran şirkətlərinə məxsus tirlərin - ağırtonnajlı yük maşınlarının oynadığı deyilir. Tirlər Astarada gömrük yoxlanışından keçdiyindən Cəlilabad ərazisində, necə deyərlər, nəzarətsiz qalırlar. Bir məqamı da qeyd edək ki, həmin tirlərin bir çoxu Rusiyaya, Ukraynaya, MDB-nin digər ölkələrinə doğru hərəkət edir. “Heroin qaçaqmalçılığı təkcə Cəlilabad səviyyəsi ilə məhdudlaşmır. Bu, böyük bir beynəlxalq şəbəkədir. Və bu şəbəkənin hər bir ölkədə, hətta Avropada belə güclü dayaqları var”- deyir həmsöhbət olduğumuz ekspertlərdən biri. Araşdırmalarımız nəticəsində o da məlum oldu ki, əslində İranın özü də bu əməliyyatda tranzit rolunu oynayır. Əfqanıstandan İrana gətirilən yüksək keyfiyyətli tiryək bu ölkədə emal olunandan sonra Azərbaycana keçirilir. İranda 1 kq yüksək keyfiyyətli heroin emalçıya 4-5 min dollar arası başa gəldiyi halda Azərbaycanda bundan 10 dəfə baha, MDB və Avropa ölkələrində isə daha yüksək qiymətə satılır. *** Qəzetimiz bir neçə dəfə yazıb ki, Azərbaycanın Kürdəmir rayonunda heroini saflaşdırma laboratoriyaları fəaliyyət göstərir. Bu cür laboratoriyaların ölkəmizin başqa məntəqələrində də yerləşdiyi barədə təsdiq olunmayan məlumatlar almışıq. Belə bir məlumatımız da var ki, ölkəmizin narkotranzitindən gələn gəlirlərə iqtidarda təmsil olunan və etnomafiyaya rəhbərlik edən bir məmurun şəbəkəsi şərikdir. O, İran əsilli bir kürd iş adamının daşınma şirkəti vasitəsilə narkotiklərin Əfqanıstan, İraq və İran üzərindən Azərbaycana gətirilməsi və buradan da Avropaya ixrac edilməsi prosesinə nəzarəti həyata keçirir. MTN-imizin kiçik narkotacirlərə qarşı mübarizəsini təqdir etməklə, onu da diqqətə çatdırırıq ki, iri narkobaronlar toxunulmaz şəraitdə və tam gücləri ilə fəaliyyət göstərməkdədirlər. Araşdırmalarımız davam edəcək. Səbuhi MƏMMƏDLİ musavat
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
İranda polis öldürülüb
Azərbaycanlə təqaüdçülər iki şəhərdə etiraz aksiyası keçirdilər
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var