İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur- Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
İranda ət süfrədən çəkilir: Adambaşına illik istehlak 5 kiloqrama düşüb
Polşa səfiri: Urmu voleybolun mühüm mərkəzidir
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
Tramp: İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır
EKO nümayəndəsi: Urmu üzüm festivalı Şuşa ilə mədəni əlaqələr yarada bilər
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
230 min ton alma: Marağanın bu sərvətdən payı nə qədərdir?
Tarixi abidə təhlükədədir
Rubio: Tramp BMT-də Pezeşkianla görüşə hazırdır
Tehranda yüzlərlə vətəndaşın bank hesabları bağlandı
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
İran prezidentinin BMT səfəri ölkə daxilində tənqid olunur
Məsiağa Məhəmmədi (Quzeydə və Güneydə milli hərəkatların müqayisəsi kontekstində) Son iki onillikdə milli-siyasi və milli-mədəni haqlar uğrunda Azərbaycanın Quzey və Güney hissələrində gedən hərəkatları müqayisə etdikdə, bir sıra maraqlı paralellər və ümumi cəhətlər diqqəti çəkir. Baxmayaraq ki, Quzeydə bu hərəkat çoxsaylı çətinliklərdən və itkilərdən keçərək, milli iradənin gerçəkləşməsi, yəni müstəqilliyin əldə olunması ilə sonuclanmış, Güneydə isə ağır şərtlər altında, enişli-yoxuşlu bir yolla hələ davam etməkdədir. Ölkədaxili aspektdə hər iki hərəkatın gedişinə önəmli təsir göstərən amil "mərkəz"in demokratik dəyişikliklər və liberallaşma kursunu ("yuxarıdan islahatlar") başlatması olmuşdur. Qorbaçovun məşhur yenidənqurması ilə keçmiş SSRİ-ni bürüyən ictimai oyanış ("aşağıdan hərəkatlar") qısa bir zamanda demokratik istəklərlə yanaşı, milli tələblərin səslənməsinə gətirib çıxardı. Bunun "təhlükəsini" yaxşı anlayan mühafizəkar çevrələr siyasi kursun dəyişdirilməsinə cəhd edib repressiv metodların işə salınmasına nail oldular. Bakıdakı yanvar qırğını, kütləvi həbslər, fövqəladə vəziyət, senzura və s. bu xəttin təzahürləri olaraq, Quzeydə milli hərəkatın susdurulmasına yönəlmişdi. Lakin həmin xətt müvəqqəti uğur qazansa da, artıq dönməz xarakter almış hərəkatın qarşısını kəsə bilməzdi. Bilmədi də… 1997-ci ildən etibarən islahat atmosferinin yaratdığı imkanlardan bəhrələnərək, özünün yeni mərhələsinə daxil olan Güney Azərbaycan milli hərəkatı da təqribən eyni yolu keçmiş, az sonra mühafizəkar qüvvələrin səyi ilə vətəndaş hüquqlarının (ilk növbədə, aktiv seçki hüququnun) məhdudlaşdırılmasına, qəzet və dərgilərin bağlanmasına, milli fəallara qarşı həbs və təzyiq kampaniyasının həyata keçirilməsinə baxmayaraq, dönməz bir səciyyə kəsb etmişdir. 2006-cı ilin may qiyamı bu dönməzliyin parlaq sübutuna çevrilmişdir. Diqqəti çəkən digər bir maraqlı cəhət hər iki hərəkatın bir növ eyni mexanizm üzrə hazırlanması və gerçəkləşməsidir. Təfsilata varmadan bunun ziyalılar → tələbələr → kütlələr sxemi üzrə baş verdiyini söyləyə bilərik. Hər iki halda beynəlxalq faktoru da nəzərdən qaçırmaq olmaz. Dünyada gedən qloballaşma və demokratikləşmə prosesləri, milli hüquqları da ehtiva edən insan haqları məsələsinin prioritetə çevrilməsi və ölkələrin "daxili işi" olmaq statusundan çıxması kimi amillər hərəkata birbaşa və dolayısı ilə təsir göstərmiş və göstərməkdədir. Qeyd edək ki, beynəlxalq situasiyadakı dəyişikliklər nəticəsində regional faktorlar Quzeylə müqayisədə Güneydəki hərəkatda daha güclü etkiyə malikdir. Burada digər mühüm bir amil olaraq, Quzeydə ermənilərin, Güneydə isə kürdlərin ərazi iddialarını vurğulamaq lazımdır. Və maraqlı cəhət hər iki halda "mərkzəz"in eyni mövqe sərgiləməsidir: vaxtilə Moskva erməniləri dəstəklədiyi kimi, Tehran da açıq və ya gizli şəkildə kürdləri himayə etməkdədir. Bu birtərəfli mövqeyin "bumeranq effekti" Quzeydə müşahidə olunduğu kimi, yəqin ki, Güneydə də özünü göstərəcəkdir. İstənilən milli-azadlıq hərəkatına həm uğur gətirən, həm də ona problemlər yaradan məsələlərdən biri də kütləviləşmə mərhələsində onun sosial-siyasi tərkibinin hədsiz rəngarəngliyi, qeyri-yekcins xarakter daşımasıdır. Nə qədər paradoksal görünsə də, bu, belədir. Təbəqə mənafelərinin, korporativ maraqların milli istəklərlə çulğaşması, eyni zamanda hədəflərə taktiki yanaşmaların müxtəlifliyi istər-istəməz hərəkatdaxili ziddiyyətlər doğurur. Hərəkatı zəiflətmək və boğmaq istəyən və necə deyərlər, bunun üçün marığa duran qüvvələr də onları qızışdıraraq, öz xeyrinə bəhrələnməyə çalışır. Bununla bağlı istər keçmiş sovet rəhbərliyinin, istərsə də indiki İran rejiminin "təcrübəsindən" kifayət qədər misallar göstərmək mümkündür. Ən pisi isə bu ziddiyyətlərin hərəkata kənardan dəstək verməli olan, onun beynəlxalq səviyyədə tanınmasına yardım etməli olan qurumlara keçməsidir. Fikrimizcə, sonralar nə qədər acınacaqlı duruma düşsə də, özlüyündə bir ideya kimi son dərəcə əhəmiyyətli olan DAK-dakı proseslərə bu amil də əhəmiyyətli təsir göstərmişdir. Bu baxımdan Güney Azərbaycan milli hərəkatında əski kommunistlərin və bütövlükdə solçu ideologiya tərəfdarlarının rolunu nəzərdən qaçırmamaq lazımdır. Onların müxtəlif çıxışlarının, nəşr və saytlarının təhlili göstərir ki, burada səmimi şəkildə milli platformaya keçənlərlə yanaşı, bəlli maraqları milli şüarlarla pərdələyən, son nəticədə hərəkatı ümumiran hərəkatı içərisində "əritmək" istəyən qüvvələr də vardır. Sonuncu isə paniranistlərin strateji hədəflərinə yarayan bir mövqedir. Xatırladım ki, Quzeydə milli hərəkat gücləndiyi dönəmdə də bir çoxları analoji mövqedən çıxış edirdilər, hətta sonralar müstəqil Azərbaycan Respublikasında mühüm dövlət vəzifələri tutan, indinin özündə də siyasi partiya lideri kimi parlamentdə təmsil olunan bəzi şəxslər Qorbaçovun SSRİ-ni saxlamaq şərtilə demokratikləşdirmək hərəkatına fəal dəstək verirdilər. Ümumiyyətlə, hər hansı hərəkatın güclənməsinə və öz məqsədlərinə yetişməsinə maneə yaratmağın klassik üsulu alternativ hərəkatların formalaşdırılmasıdır ki, İran rejimi də bu metoddan imtina etməmişdir. Burada xüsusən hərəkatın əsas hərəkətverici qüvvələrindən olan tələbələr arasında guya milli haqlar uğrunda çalışan müxtəlif təşkilatlar və nəşrlər (reytinq qazandırmaq xatirinə onlara saxta təzyiqlər də edilir, onların təmsilçiləri hətta qısa müddətə həbs də olunurlar) yaradılmasından tutmuş açıq-aşkar irançılıq zehniyyətinin daşıyıcısı olan sosial baza əsasında müəyyən qurumların təşkilinə qədər çeşidli flormalara əl atılır. Bu yöndə ən məkrli və təhlükəli işlərdən biri rejimin əlaltıları tərəfindən Quzey Azərbaycan əleyhinə əhval-ruhiyyənin yaradılması və gücləndirilməsindən ibarətdir. Soydaşlarımızın altşüurunda Quzeylə Güneyin guya fərqli olması təsəvvürü son dərəcə ehtiyatla, misal üçün, ilk baxışda ziyansız görünən dil müqayisəsi fonunda həyata keçirilir. İş o yerə çatır ki, Azərbaycan ədəbi dilini və bu dildə fikrini yazılı şəkildə ifadə etməyi Bakıda öyrənən şəxs də Quzeydəki dilə kinayəli atmacalar işlətməyə başlayır. Təəssüf ki, bu cür "Güney-Quzey" qarşıdurması Azərbaycan diasporundakı bəzi dairələrə də sirayət edib. Bunu bu yaxınlarda Fransadan gəlmiş bir Güneyli soydaşımızın söhbətində ürək ağrısı ilə sezdim. DAK-dakı son olaylar zamanı özünün guya millət üçün əldən-ayaqdan getdiyini iddia edənlər tərəfindən bu cəhətin vurğulandığı da bir faktdır. Yada salım ki, vaxtilə Quzeydəki hərəkata rəxnə salmaq üçün "mərkəz"in ideoloqları bu şəkildə regionçuluq faktorundan (bakılı, naxçıvanlı, irəvanlı və s.) faydalanmaq cəhdində bulunurdular. Bütün bu problemlərə baxmayaraq, son illərdə Güneydəki milli hərəkatın uğurları durmadan artmaqda və necə deyərlər, bədxahların arzsunun gözlərində qalacağını isbatlamaqdadır. Fikrimizcə, hərəkatın ən böyük uğuru artıq onun beynəlxalq səviyyədə tanınması, xüsusən islamçı rejimn zülmlərinə məruz qalan hərəkat fəallarının beynəlxalq qurumlar, insan haqları təşkilatları tərəfindən qızğın müdafiə olunmasıdır. Bu yöndə fəaliyyət göstərən qurumların və şəxslərin fəaliyyəti başqaları üçün də örnək ola bilər. Həmçinin çeşidli münasibətlərə baxmayaraq, Güney Azərbaycanın UNPO-da təmsil olunması da önəmli bir uğur sayılmalıdır. Əlbəttə, hərəkatın əsas ağırlığı daxildə, necə deyərlər, "içəridə"dir. Burada mühüm məsələlərdən biri odur ki, milli hərəkat fəalları mədəni-ideoloji fəaliyyətlərlə, insan haqlarının müdafiəsi ilə yanaşı, mövcud siyasi sistemin imkanlarından da istifadə edirlər. Boykot barədə emosional çağırışlara rəğmən, milli ruhlu şəxslərin Məclisə son seçkilərdə iştirakı və müəyyən uğurları bu baxımdan önəmlidir. Xatırladım ki, Quzeydə bir çox hərəkat liderlərinin (satqınlıq və xəyanət ittihamlarına baxmayaraq) o vaxtkı Azərbaycan parlamentində təmsil olunması son nəticədə müstəqillik aktının qəbulunda həlledici əhəmiyyət daşımışdır. Belə bir şəraitdə əslində milli hərəkatın səsini beynəlxalq ictimaiyyətə çatdırmalı olan DAK axır ki, öz mövqeyini dəqiqləşdirməli, ya özünü buraxmalı, ya da həqiqi milli təşkilata çevrilməlidir. Bu təşkilat təmsilçilərinin qarşılıqlı ittihamlarından, saysız bəyanat və müraciətlərindən bezmiş insanlar gözləyirlər ki, nəhayət, həqiqətlər ortaya qoyulsun. Bilinsin ki, "mən İranın parçalanmasını istəmirəm" deyən şəxs Güney Azərbaycanın istiqlalını öz məqsədi sayan bu qurumun rəhbərliyində nə edir? Aydınlaşsın ki, İrandakı anti-Azərbaycan qüvvələrlə, Avropadakı fars lobbisi ilə əlaqələri şübhə doğurmayan şəxs bu təşkilatın tədbirlərində niyə fəallıq göstərir? Açılsın ki, bu təşkilatı parçalamaq, məhv etmək istəyən qüvvələr hansılardır?.. Güney Azərbaycan milli hərəkatı özünün həlledici mərhələsinə daxil olub. Güneyin azadlıq yolu obyektiv bir prosesdir. 35 milyonluq bir toplumun iradəsi havadan asılı qala bilməz, gec-tez "maddiləşməlidir". Quzeydəki müstəqil Azərbaycan Respublikası da bu yöndə obyektiv faktor kimi çıxış edir. Subyektiv amillər bu prosesi yubandıra, yaxud sürətləndirə bilər. Odur ki, hər kəs düşünməlidir: indi necə mövqe tutacaqsa, tarixin və millətin yaddaşında o cür də qalacaq. Məsiağa Məhəmmədinin bloqundan http://butovaz.info
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
İranda polis öldürülüb
Azərbaycanlə təqaüdçülər iki şəhərdə etiraz aksiyası keçirdilər
İran: Bəndər-Abbas hücumlarında 760 gəmi zədələnib, 12 nəfər ölüb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Akuiferlər sürətlə quruyur - İran rəsmisi
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var