İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur- Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
İranda ət süfrədən çəkilir: Adambaşına illik istehlak 5 kiloqrama düşüb
Polşa səfiri: Urmu voleybolun mühüm mərkəzidir
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
Tramp: İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır
EKO nümayəndəsi: Urmu üzüm festivalı Şuşa ilə mədəni əlaqələr yarada bilər
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
230 min ton alma: Marağanın bu sərvətdən payı nə qədərdir?
Tarixi abidə təhlükədədir
Rubio: Tramp BMT-də Pezeşkianla görüşə hazırdır
Tehranda yüzlərlə vətəndaşın bank hesabları bağlandı
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
İran prezidentinin BMT səfəri ölkə daxilində tənqid olunur
Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Dünyada neft və qaza olan tələbat artdıqca Azərbaycana ünvanlanan təkliflərin sayı da artır. Tək elə son 10 günə Azərbaycanla bağlı 6 təklif və qərar saya bildim: - Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə Naxçıvan razılaşması. Azərbaycan Türkiyənin qaza olan tələbatını ödəmək üçün Bakı-Tbilisi-Ərzurum xətti ilə qaz ixracını artıracaq. Ərdoğan üçün Naxçıvan danışıqlarının ən böyük nailiyyəti məhz bu idi. Ancaq razılaşmanın daim işlək olması üçün Türkmənistan qazının da həmin xətlə ixracına ehtiyac var. Buna isə Rusiya əngəl olmağa çalışır. - Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəməddovdan Azərbaycan və Türkiyənin gözləntilərinə uyğun addım. Türkmənistan istehsal etdiyi illik 80 milyard kubametr qazın 50 milyardını Rusiya, 10 milyardını isə İran üzərindən dünya bazarlarına daşıyır. Moskvaya bu da bəs etmir. Kreml türkmən qazının istehsal həcminin artacağını əlində rəhbər tutaraq Türkmənistanda nə ki qaz var hamısını Rusiya üzərindən daşımağa iddialıdır. Ancaq türkmən liderin “Qazprom” şirkətinin başçısı Aleksey Milleri Aşqabadda qəbul etməməsi Moskvada soyuq duş effekti yaratdı. Bununla Berdiməhəmmədovun türkmən qazının bir hissəsini NABUCCO xətti ilə Azərbaycan və Türkiyə üzərindən daşıması istəyində israrlı olduğu üzə çıxdı. Onun Ankara və Bakı səfərlərinin ilk cücərtiləriydi bu. - Rusiyanın sürpriz təklifi. “Rusiya Azərbaycan qazını dünya qiymətlərinə almağa hazırdır” – bu, Aşqabaddan öncə Bakını ziyarət edən Millerin İlham Əlyevlə görüşdə səsləndirdiyi məlum açıqlamasıdır. Bu təklif siyasi və iqtisadi çevrələri çaş-baş salıb. Həmin çevrələr “Kreml Azərbaycan, Türkiyə və Türkmənistanın yer aldığı NABUCCO layihəsini əngəlləməkmi istəyir” sualına cavab axtarırlar. Əslində sualın cavabı bəllidir. Rusiya prezidenti Dmitri Medvedyevin 3-4 iyulda Bakıya, 4-5 iyul tarixlərində isə Aşqabadı ziyarət etməyə hazırlaşması Kremlin inhisarçı planlarından vaz keçmədiyinə işarədir. Axı Azərbaycan öz qazını və neftini məhz ona görə Gürcüstan və Türkiyə üzərindən dünya bazarlarına daşıyır ki, Avropa Birliyi ölkələri üçün alternativ enerji mənbəyi rolunu oynasın. Bu, Azərbaycanın imkanlarını və beynəlxalq aləmdəki çəkisini artırır. Belədə Rusiyanın təklifinə razılaşmaqla oturduğumuz budağı öz əlimizlə baltalayası deyilik ki? Əlbəttə, rəsmi Bakı Moskvaya dərhal “yox” deməmək üçün “bu təklifi araşdırırıq” kimi açıqlamalara üstünlük verəcək. “Araşdırma” isə 6 ay da çəkə bilər, 2 il də. Həmin müddətə qədər isə NABUCCO layihəsi start götürəcək və məsələyə nöqtə qoyulacaq. - Qazaxıstandan gözlənilən qərar. Qazaxıstan prezidenti Nursultan Nazarbayev parlamentin Bakı-Tbilisi-Ceyhan boru xəttiylə bağlı qərarını təsdiqlədi. Azərbaycan, Türkiyə, Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının Nazarbayevdən gözlədikləri qərar, nəhayət, həyata vəsiqə qazandı. Təsadüfi deyil ki, Bakıda keçirilən neft-qaz sərgisiylə bağlı İlham Əliyevə məktub göndərən ABŞ prezidenti Corc Buş Qazaxıstanın BTC-yə qoşulma qərarından duyduğu məmnuniyyəti önə çəkdi. Bu qərar da Moksvanın kefinə soğan doğradı. Moskva Türkmənistan qazıyla yanaşı Qazaxıstanın bütün neftinin də öz ərazisiylə daşınmasını istəyirdi. Moskvanın acgözlüyünün sərhədi yoxdur. Rusiya yalnız neftin satışından hər gün 1 milyard dollar qazanır. Dmitri Medvedyev Sankt-Peterburqdakı son çıxışında dünyaya mesaj yolladı: “Rusiya imperiya qurmaq deyil, dünya dövlətləri ilə bərabərhüquqlu səviyyədə sıx əməkdaşlıq etmək istəyir”. Məncə, tərsinədir. Medvedyev yüksək tribunadan “bərabərhüquqlu əməkdaşlıq”dan danışarkən emissarları vasitəsilə qonşu dövlətlərə zorla təklif sırımaq siyasətinə girişib. Bölgənin bütün enerji resurslarının daşınması iddiasından əl çəkməmək Rusiyanın imperiya düçüncəsindən hələ xilas olmadığına bariz nümunədir. - İranın köhnə-yeni təklifi. Bakıdakı sərgiyə qatılan İranın xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttar ölkəsinin Azərbaycan neftinin İran üzərindən Bəsrə körfəzinə, oradan da dünya bazarlarına daşımağa hazır olduğunu dilə gətirdi. Tehran köhnə təklifindən əl çəkmir. Deyəsən, Tehranda sadə bir həqiqəti anlamaq istəmirlər ki, İranın nüvə problemi həll olunmayınca, ABŞ-la münasibətləri normallaşmayınca Azərbaycanın İran üzərindən -neft ixracına razılaşması mümkün deyil. Bu azmış kimi, İran prezidenti indi də Avropadakı banklardakı pullarını geri götürəcəklərini açıqlayaraq yeni bir gərginlik ocağı yaradıb. Xəzər-Baltik dənizi enerji koridoru. Ukrayna, Azərbaycan, Gürcüstan, Polşa və Baltikyanı ölkə prezidentlərinin Kiyevdə aldıqları qərara görə, Xəzər dənizinin nefti Rusiyadan yan keçməklə Odessa-Brodı-Qdansk boru xətti ilə Qərbə daşınmalıdır. Ancaq Azərbaycanın bu layihəni dəstəkləməsi azdır, Qazaxıstanın da “hə”si gərəkir. Azərbaycan neftini mövcud 3 boru xəttiylə dünya bazarlarına daşıyarkən 4-cü boru xəttini doldurmaq üçün Qazaxıstan neftinə ehtiyacı var. Qazaxıstan qərarını verməsə də, hələ ki, “Xəzər-Qaradəniz- Baltik enerji koridoru” layihəsi gündəmdə yerini qoruyur. Ukraynanın Azərbaycandan başqa bir umacağı da var. Azərbaycanın Gürcüstan və Türkiyədə neft terminallarının açılmasına milyardlarla dollar xərcləməsindən şirniklənən Ukrayna prezidenti Viktor Yuşşenko da hərəkətə keçib. O, Azərbaycanın Ukraynadakı yarı gücüylə işləyən neft emalı zavodlarını da almasını təvəqqe edir. Nə deyirik, Azərbaycana dollar və avroların gəlhagəl vaxtıdırsa və artıq xərcləməyə yer tapmırıqsa, nədən digər strateji ortağımızın iqtisadiyyatında da önəmli rol oynamayaq? Beləliklə, İrandan Baltik dənizinə qədər uzanan geniş məkanda Azərbaycanın başlıca rol oynadığı neft və qaz layihələriylə bağlı sürətli hərəkətlənmə var. Basabasdır, böyük dövlətlər tələsir, təklif əlindən tərpənmək olmur. Görünür, “enerji tortundan” indi kim nə qırpdı, qıprdı, sonra bölməyə və paylaşdırmağa bir şey qalmayacaq. İsti müharibələr dövrü arxada qalıb, dünya enerji zənginlikləri uğrunda diplomatik savaşlara şahidlik edir. Yaşamaq uğrunda mübarizə gedir.
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
İranda polis öldürülüb
Azərbaycanlə təqaüdçülər iki şəhərdə etiraz aksiyası keçirdilər
İran: Bəndər-Abbas hücumlarında 760 gəmi zədələnib, 12 nəfər ölüb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Akuiferlər sürətlə quruyur - İran rəsmisi
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var