İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur- Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
İranda ət süfrədən çəkilir: Adambaşına illik istehlak 5 kiloqrama düşüb
Polşa səfiri: Urmu voleybolun mühüm mərkəzidir
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
Tramp: İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır
EKO nümayəndəsi: Urmu üzüm festivalı Şuşa ilə mədəni əlaqələr yarada bilər
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
230 min ton alma: Marağanın bu sərvətdən payı nə qədərdir?
Tarixi abidə təhlükədədir
Rubio: Tramp BMT-də Pezeşkianla görüşə hazırdır
Tehranda yüzlərlə vətəndaşın bank hesabları bağlandı
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
İran prezidentinin BMT səfəri ölkə daxilində tənqid olunur
Xəzər İbrahim: "Ola bilsin ki, sonda qəbul ediləcək qərar ən yüksək muxtariyyatı nəzərdə tutmasın" Dünən Xarici İşlər Nazirliyində brifinq keçirildi. XİN-in mətbuat katibi Xəzər İbrahim xarici işlər naziri Elmar Məmmədyarovun 12-13 iyunda Polşada səfərdə olacağını, bu ölkənin yüksək rəsmi şəxslərilə görüşlər keçirəcəyini, görüşlərdə ikitərəfli münasibətlər və regional, beynəlxalq vəziyyətin müzakirə olunacağını söylədi. Xəzər İbrahim iyunun sonuncu həftəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin planlaşdırıldığını dedi. XİN rəsmisi Qarabağ münaqişəsinin nizamlanmasıyla bağlı danışıqlarda fransalı həmsədr Bernard Fasienin yeni təkliflər irəli sürməsiylə bağlı suallara da cavablandırdı: "Hazırda biz Minsk qrupu çərçivəsində danışıqları davam etdiririk. Prezidentlərin görüşü keçirilib. Tural Rasimoğlu Nazirlərə tapşırıq verilib ki, mövqelərin yaxınlaşdırılması istiqamətində fəaliyyət göstərsinlər. Digər tərəfdən, həmsədr ölkə təkcə Fransa deyil. Ona görə də hər hansı bir təklif bütün həmsədrlər adından verilə bilər. Hazırda ortada yeni bir təklif yoxdur. Madriddə irəli sürülən təkliflər var. İndi isə yeni bir şərait mövcuddur. Bu şərait BMT Baş Assambleyasının son qətnaməsindən sonra yaranıb və beynəlxalq ictimaiyyət də məsələyə mövqeyini bildirib. Bu mövqeni yalnız Azərbaycan deyil, həm həmsədr, həm də digər dövlətlər çox şəkildə ciddi qəbul etməlidir. Çünki bu qətnamə ən mötəbər və yeganə universal təşkilatın mövqeyidir. Prezidentlərin görüşü tanışlıq xarakteri daşıyıb. Hələ konkret bir şey demək tezdir. Çünki tanışlıqdan sonra konkret addımlar olmalıdır ki, biz hansısa bir irəliləyişdən danışa bilək. Amma nəzərə alınsa ki, həmsədrlər regiona səfər edəcəklər, həmin səfərdən sonra ola bilsin ki, nə isə yeni bir söz deyə bilək". Danışıqlarda münaqişənin həllinin müzakirə olunduğunu və tərəflərin öz mövqelərini ortaya qoyduqlarını deyən Xəzər İbrahim digər detallar barəsində məlumatsız olduğunu vurğuladı: "Həmsədrlər təkliflər veriblər, amma onların təklifləri BMT-nin ortaya qoyduğu, qətnamələrə, təkliflərə, mövqeyə uyğun olmalıdır. Azərbaycanın mövqeyi dəfələrlə həmsədrlərə və Ermənistana bildirilib. Bu mövqe dəyişən deyil. Açıq- aşkar söyləyirik ki, hansısa bir təklif yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Münaqişənin mərhələli həll istiqaməti yeganə yoldur. Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır. Yalnız bundan sonra status məsələsi müzakirə oluna bilər. Bu gün işlədilən referendum anlayışı isə maraqlı ifadədir. Çoxları bununla bağlı başqa ifadələr də işlədirlər. Amma söhbət referendum məfhumundan getmir. Söhbət ondan gedir ki, şərtlər yerinə yetirildikdən sonra müəyyənləşdiriləcək status ərazi bütövlüyü çərçivəsində olacaq. Biz deyirik ki, status verməyə hazırıq. Ola bilsin ki, sonda qəbul ediləcək qərar ən yüksək muxtariyyatı nəzərdə tutmasın. Sonda qərar fərqli ola bilər. Bu birbaşa vəziyyətdən asılıdır. Biz icmalara da diktə edə bilmərik. Amma icmalar ən yüksək muxtariyyat istəsələr buna hazırıq". Mətbuat katibi Şəki rayonundakı Kiş məbədinin Gürcüstanın ərazisi kimi göstərilməsinə də münasibət bildirdi. Xəzər İbrahim Azərbaycanın strateji tərəfdaşı olan Gürcüstanla hər hansı bir anlaşılmazlığı dərhal, dostcasına aradan qaldırılması üçün iş görüldüyünü bildirdi. Türkiyə ilə viza rejiminin dəyişdirilməsilə bağlı sualları cavablandıran XİN rəsmisi hazırda hər hansı problemin yaşanmadığını vurğuladı: "Hazırda Türkiyə viza rejimi olmasına baxmayaraq, bu ölkənin vətəndaşları asan viza rejimi çərçivəsində Azərbaycana səfər edə bilirlər. Azərbaycan vətəndaşları Türkiyəyə səfərə gedirlər. Bu iki qardaş dövlət arasında vətəndaşların rahat yolla bir-birinin ərazisinə keçmək imkanları yaradır. Hələlik viza rejiminin aradan qaldırılmasıyla bağlı qərar yoxdur". Xəzər İbrahim MDB-nin perspektivilə bağlı sualı da cavablandırdı: "Azərbaycan MDB çərçivəsində öz fəaliyyətini davam etdirir, biz MDB strukturlarının iclas və görüşlərinə qatılırıq. Amma GUAM-la MDB-ni müqayisə etmək istəməzdim. Çünki hər bir qurum və beynəlxalq təşkilatın öz məqsəd və vəzifələri var. GUAM-ın məqsəd və vəzifələri aydındır, MDB-nin də vəzifələri göz önündədir. Biz GUAM-da strateji istiqamətlər çərçivəsində fəaliyyət göstəririk. MDB-də isə daha çox iqtisadi və mədəni əlaqələr çərçivəsində fəaliyyətimizi davam etdiririk. Onu da vurğulamaq lazımdır ki, bu gün GUAM çox surətlə inkişaf edir və Azərbaycanın sədrliyi dövründə də müxtəlif vacib tədbirlər keçirildi. Biz bu təşkilatın daha da inkişafı üçün fəaliyyət göstərəcək və onun tərəfdaşlarının sayını çoxaldacağıq. GUAM bu gün Baltik ölkələri, Şərqi və Mərkəzi Avropa ölkələrilə sıx əməkdaşlıq edir. GUAM-ın beynəlxalq qurum və təşkilatlarla əməkdaşlığı da genişlənir. Burada xüsusi ilə Avropa Birliyini qeyd etmək lazımdır". XİN rəsmisi İran xarici işlər nazirinin müavininin Xəzərin statusuyla bağlı rəsmi Tehranın öz mövqeyindən geri çəkilməyəcəyi barədə bəyanatınaa da münasibət açıqladı: "Hər bir dövlət öz maraqlarını qoruyur. Amma həmin maraqlar digər ölkələrin maraqlarıyla ziddiyyət yaratmamalıdır. Ümid edirik ki, sammitdə Xəzərin statusu məsələsi çözüləcək və bu istiqamətdə İran da öz töhfəsini verəcək". Erməni rəsmilərinin guya Naxçıvanda erməni abidələrinin məhv olunmasıyla bağlı bəyanatlarına münasibət bildirən Xəzər İbrahim beynəlxalq qurumların regionda məhv edilən mədəni abidələrin hansı ölkəyə məxsus olduğunu bildiyini və abidələri hansı dövlətin dağıtmasından məlumatlı olduğunu söylədi: "Mədəni abidələrlə bağlı vəziyyət Ermənistan rəsmilərinin iddia etdiyi kimi deyil. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın mədəni abidələri dağıdılıb. Müharibə nəticəsində Azərbaycan mədəni irsinə böyük bir zərər vurulub. Rəsmi Bakı sözügedən məsələni dəfələrlə beynəlxalq təşkilat və qurumlar qarşısında qaldırıb. Beynəlxalq təşkilatları bu problemlə bağlı ətraflı məlumatlandırıb tələb etmişik ki, məsələni ciddi qəbul edərək müvafiq addımlar atsınlar. Ona görə də Ermənistanın bu kimi bəyanatları öz siyasətlərini ört-basdır etməkdən savayı bir şey deyil. Həm YUNESCO, həm də mədəni irsin qorunmasıyla məşğul olan digər təşkilatlar həqiqəti çox gözəl bilirlər. Söhbət ümumiyyətlə, Cənubi Qafqazda baş verən hadisələrdən gedir. Burada bir fakt var. O da Ermənistanın regionda mədəni irsə qarşı çoxlu cinayətlər törətməsidir". XİN rəsmisi Azərbaycanın "Qazprom"un təkliflərinə müsbət cavab verməyəcəyi halda ölkəmizin təzyiqlərə məruz qalacağı, çətin vəziyyətə düşəcəyi barədə hədələrə də münasibət açıqladı: "Azərbaycan çətin vəziyyətdə olmayıb və olmayacaq. Çünki Azərbaycan öz xarici və enerji siyasətini müstəqil olaraq aparır, müxtəlif dövlət və qurumularla əməkdaşlıq edir. Əsas meyarımız da odur ki, öz milli maraqlarımızı qoruyaraq qlobal miqyasda enerji diversifikasiyasına öz töhfəmizi verək". Rəsmi Tehranın "Nabucco" layihəsinə qoşulmaq niyyətinə gəldikdə isə, XİN rəsmisi İranın layihədə iştirak hüququnun olduğunu vurğuladı: "Burada söhbət Azərbaycanın kimisə "Nabucco" layihəsində görməsindən getmir. Məsələ ondadır ki, layihə işə düşsün və orada kimlərsə iştirak etsin. Əgər qərar olsa, İran orada iştirak etmək istəsə, bu cənub qonşumuzun suveren hüququ olacaq. Qərarı isə hansısa bir dövlət verməlidir. Əgər İran öz qazını "Nabucco" ilə nəql etmək istəyirsə bu onun hüququdur. Amma alıcılar da öz qərarını verməlidir. Əgər Avropa dövlətləri İranı bu layihədə görmək istəyirlərsə, bu da onların suveren hüququdur". xalqcebhesi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
İranda polis öldürülüb
Azərbaycanlə təqaüdçülər iki şəhərdə etiraz aksiyası keçirdilər
İran: Bəndər-Abbas hücumlarında 760 gəmi zədələnib, 12 nəfər ölüb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Akuiferlər sürətlə quruyur - İran rəsmisi
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var