ABŞ dövlət katibi Körfəz ölkələrinə səfər edəcək
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə iki ölkə arasındakı mövcud vəziyyəti müzakirə edib
Netanyahu İsrailin lazım olduğu müddətcə güney Livanda qalacağını bildirib
İranda 15 məhbus edam edildi
Vens: Dondurulmuş İran aktivləri açılarsa, vəsait terrora deyil, iranlılara xidmət etməlidir
ABŞ BAEA müfəttişlərinin bu həftə İranda işə başlaya biləcəklərini gözləyir
Zəncanda müharibə və etirazlara görə 1000 nəfərə cinayət işi açılıb
Sərt xətt tərəfdarı olan redaktor İran danışıqlar qrupunu Trampı alçaltmaq üçün danışıqları tərk etməyə çağırıb
Xamənei ilə İraqda da vida mərasimi keçiriləcək
Numan Kurtulmuş Azərbaycana səfər edəcək
Təbrizdə çörək bahalaşdı
Azərbaycan və Qırğızıstan hərbçiləri əməliyyatların planlaşdırılmasını müzakirə edib
Bu gündən İsveçrədə ABŞ-İran ekspert qruplarının danışıqları başlayır
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Təbrizdə girov götürmə hadisəsi baş verib
Təbrizdə elektrik çatışmazlığı- İstehsalat müəssisələri iflic olur
Makron: Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişib
Bəqai: ABŞ ilə danışıqlarda İranın aktivlərinin sərbəst buraxılması ilə bağlı irəliləyiş əldə olunub
Sərt xətt tərəfdarları rejimyönlü küçə toplantıları ilə bağlı hökumət hesabatını tənqid edib
Zəncanda daha 14 nəfərin əmlakı müsadirə edilib
Bloomberg: Çin neft tələbatındakı itkilər İran müharibəsindən sonra da davam edə bilər
Qətərin əsas qaz mərkəzində partlayış baş verib, 54 nəfər yaralanıb, 18 nəfər itkin düşüb
Şahbaz Şərif: İran və ABŞ mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə çalışırlar
Zelenski: Ukrayna "Patriot" raketlərini istehsal etməyə hazırdır
Bir neçə məsələ üzrə razılıq əldə olunub- Əraqçı
ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb
İran mediası: İsveçrədəki danışıqlar dayandırılıb
ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib
İsveçrədə İran–ABŞ danışıqlarının ilk mərhələsi başa çatdı
Pakistan: İranın nüvə ehtiyatları hələ də yeraltı obyektlərdə saxlanılır
Pezeşkian: Dövlətə məxsus 20 milyon barel neft SEPAH-a verilib
Krımda benzin satışı tamamilə dayandırıldı
Pezeşkian: Amerikanın yeganə tələbi atom bombasına sahib olmamağımızdır
Pezeşkian: İnsanların küçələrə çıxıb etiraz etməsindən narahatam
Xameneinin SEPAH-dakı nümayəndəsi: İsrailin məhv edilməsi hədəfindən vaz keçməyəcəyik
Şərqi Azərbaycanın payına düşən kreditlər ədalətsiz bölüşdürülür
Qəzvində tibb işçiləri etiraz aksiyası keçirdi
Təbriz zindanında güneyli fəalın həyatı risk altındadır
Şərqi Azərbaycanda ana dilində təhsil hüququnu inkar edən məmur təltif edildi
İran və ABŞ ilk olaraq Hizbullahı müzakirə edəcək
İsrail naziri: ABŞ istəsə də, Livandan çıxmayacağıq
KİV: ABŞ bəzi dondurulmuş aktivləri İrana qaytara bilər
Pakistan Xarici İşlər Nazirliyindən İsveçrədəki danışıqlarla bağlı bəyanat
Beynəlxalq güclər daha iki separatçı rejimə dəstək verməyə başlayıb. Kosovonun müstəqilliyi tanınandan sonra Qərbin Abxaziya və Dnestryanı bölgə ilə əməkdaşlıq meylləri aşkara çıxıb. Bu barədə artıq bir neçə ciddi mənbədən məlumatlar yayılıb. Ekspertlər belə məlumatların dövriyyəyə buraxılmasını təsadüfi saymırlar. Yəni Qərb özü bu kimi xəbərlərin yayılmasında maraqlıdır. Bu o deməkdir ki, beynəlxalq güclər geosiyasi maraqlar baxımından Abxaziya və Dnestryanı bölgə ilə əməkdaşlığı məqsədəuyğun sayıb. Belə rəylərə rast gəlinir ki, artıq Abxaziyanın Gürcüstanın tabeliyinə qaytarılması mümkün deyil. Bunu qeyd edən Qərb dairələri Abxaziyanın heç olmasa, Rusiyanın forpostuna çevrilməsinin qarşısını almaq üçün onlarla əməkdaşlıq etməyə başlayıb. Eyni zamanda Qərb Dnestryanı bölgəni də özünün nəzarətində saxlamağa çalışır. Abxaziya məsələsində belə rəylər də var ki, Gürcüstan demokratiya yolu ilə getdiyi halda, Qərb nə üçün Abxaziyanın onun tərkibinə qaytarılmasında yox, müstəqilliyinin tanınmasında maraqlıdır? Qeyd etmək lazımdır ki, burada təkcə demokratiya məsələsi əsas götürülmür. Bu məntiqlə gərək Kosovonun da müstəqilliyi tanınmayaydı, çünki Serbiya da demokratiya yolu ilə addımlayır. Burada əsas məsələ Abxaziyanın Rusiyanın nəzarətinə keçməsinin qarşısını almaqdır. Yəni indi elə bir vəziyyət yaranıb ki, Abxaziyadan Gürcüstanın tabeliyinə keçməyi tələb etmək daha da pis nəticələr verə bilər. Rusiyanın təsiri ilə münaqişə ocağı yenidən ciddi şəkildə alovlana bilər. Ən uğurlu variant Abxaziyaya dəstək verib onu, Rusiyanın forpostuna çevrilməsini əngəlləməkdir ki, Qərb də bu yolu tutur. Lakin burada bir təhlükəli məqam da ortaya çıxır ki, separatçı bölgələri tanımaqda, onlarla əməkdaşlığa getməkdə davam edən Qərb Qarabağla bağlı da analoji xətti tuta bilərmi? Hələ Kosovonun müstəqilliyi tanınanda ən ciddi ekspertlər bunun Qarabağ üçün potensial təhlükə olduğunu qeyd edirdilər. Yəni yaxın vaxtlar üçün olmasa da, perspektivdə belə bir təhlükə yarana bilər. Lakin ekspertlər Abxaziya və Dnestryanı bölgədəki problemin Qarabağ münaqişəsi ilə eyniləşdirilməsini də düzgün saymırlar. O baxımdan ki, Abxaziyanın və Dnestryanı bölgənin Rusiya ilə birbaşa sərhədləri olduğundan Kreml onlara hansısa təsirlər göstərə, onları öz nəzarətlərinə keçirə bilər. Qərb isə bunu əngəlləməyin yolunu həmin rejimlərlə əməkdaşlıq etməkdə və mümkün variantda onların müstəqilliyini tanımaqda görür. Dağlıq Qarabağla isə Rusiyanın birbaşa sərhədləri olmadığından ora təsir etmək imkanları məhduddur. Ona görə də Qərbin bu məsələdə analoji xətt tutacağını söyləmək çətindir. Qərb çalışacaq ki, Qarabağ münaqişəsi danışıqlar yolu ilə öz həllini tapsın. Onlar bu münaqişənin güzəştlərə gedilməklə çözülməsinin tərəfdarıdırlar və ən uğurlu variant kimi bunu görürlər. Çünki bu bölgədə sabitlik Qərb üçün ən başlıca şərtdir. Onlar bilirlər ki, Qarabağdakı separatçı rejimin müstəqilliyi məsələsinin ortaya çıxması müharibənin yenidən başlamasına səbəb ola bilər. Eyni zamanda oradakı separatçı rejim Ermənistanın, Ermənistan isə Rusiyanın nəzarətindədir. Yəni istənilən halda müstəqillik məsələsi ortaya çıxandan sonra Rusiya onu nəzarətində saxlaya biləcək. Bu səbəblərdən Qərbdə Qarabağ məsələsinə çox ehtiyatla yanaşırlar və onlar bu məsələdə Kosovo, Abxaziyaya qarşı tutduqları mövqeyi çox güman ki, təkrarlamamağa çalışacaqlar. Amma eyni zamanda biz onun da şahidi olmuşuq ki, erməni lobbisinin fəaliyyəti nəticəsində düşmən ölkə indiyədək Qarabağ məsələsində bir sıra qərarlar qəbul etdirə bilib. Bu baxımdan separatçı rejimlərin müstəqilliyinin tanınması prosesinin Qarabağdan yan ötəcəyini birmənalı şəkildə düşünmək olmur. Orxan QARAÇAYLI musavat
İranda 15 məhbus edam edildi
Təbrizdə girov götürmə hadisəsi baş verib
Sərt xətt tərəfdarları rejimyönlü küçə toplantıları ilə bağlı hökumət hesabatını tənqid edib
Qətərin əsas qaz mərkəzində partlayış baş verib, 54 nəfər yaralanıb, 18 nəfər itkin düşüb
ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb
ABŞ-ın keçmiş İran nümayəndəsi: İran razılaşmasının ən təhlükəli nöqtəsi Livandır
İranda silahlı hücum - Polis zabiti öldürülüb
Paris Tehran müxaliflərinin mitinqinə icazə vermədi
İsrail və Hizbullah arasında atəşkəs?
Avropa Birliyi İranı insan haqlarını pozduğuna görə tənqid etdi
Fransa razılaşmanın şərtlərindən məmnun qalmadığı halda Irana qarşı BMT sanksiyalarının ləğvinə razılıq verməyəcəyini bildirib
Qoşaçay Qeydiyyatı İdarəsi 7 aydın "Elman" adına doğum şəhadətnaməsi vermir
Memorandum imzalandı, mollalar yenidən qonşuları hədələdi
Tramp İranla müharibə qərarını müdafiə edib
"Reuters": İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqları ləğv olunub
Vens də İsveçrəyə səfərini təxirə saldı
Kirman əyalətində polis şiddəti nəticəsində 7 bəluc qadın yaralanıb
İran ilə ABŞ arasında danışıqlar cümə günü davam edəcək
Almaniya mümkün Hörmüz əməliyyatı üçün Qırmızı dənizə gəmilər göndərir
Mollalar Azərbaycan Respublikası ilə sərhədlərin açılmamasından narahatdırlar
“Urmiyə Aşıq Məktəbi Musiqisi Ensiklopediyası” kitabının təqdimatı keçirilib
İran məhkəmə sisteminin rəhbəri edamlarla bağlı işlərə sürətlə baxılmasını istəyib
Təbrizdə Əsli və Kərəm tarixi kompleksi bərpa ediləcək
ABŞ İran yığmasının media nümayəndələrinə viza vermədi
Qərbi Azərbaycan əyalətində çörək bahalaşdı
The Jerusalem Post: İran rejimi niyə yox edilməlidir?!
6 şəhərdə daha 8 məhbus edam edildi
Mollalar Azərbaycan Respublikası ilə sərhədlərin açılmamasından narahatdırlar
Ərdəbildə şadlıq sarayı bağlandı - Müdiri həbs edildi
Güney Azərbaycanlı vəkil Məcíd Pejumanın cəsədi aşkar edilib
İsrail İrana geniş zərbə planını ləğv edib — Times of Israel
Qəzvinli təqaüdçülər etiraz aksiyası keçirdilər
İsrail Hizbullah mövqelərinə zərbələr endirib
İranda silahlı qruplaşma üzvləri həbs edilib
İranda mina partladı- Ölən var
İran ilə ABŞ arasında danışıqlar cümə günü davam edəcək
Almaniya mümkün Hörmüz əməliyyatı üçün Qırmızı dənizə gəmilər göndərir
Kirman əyalətində polis şiddəti nəticəsində 7 bəluc qadın yaralanıb