ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur- Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
İranda ət süfrədən çəkilir: Adambaşına illik istehlak 5 kiloqrama düşüb
Polşa səfiri: Urmu voleybolun mühüm mərkəzidir
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
Tramp: İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır
EKO nümayəndəsi: Urmu üzüm festivalı Şuşa ilə mədəni əlaqələr yarada bilər
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
230 min ton alma: Marağanın bu sərvətdən payı nə qədərdir?
Tarixi abidə təhlükədədir
Rubio: Tramp BMT-də Pezeşkianla görüşə hazırdır
Tehranda yüzlərlə vətəndaşın bank hesabları bağlandı
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
İran prezidentinin BMT səfəri ölkə daxilində tənqid olunur
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
Reuters: Çin Tayvanla bağlı güzəştlər müqabilində İrana təzyiq göstərməyi təklif edib
Xəzər İbrahim : "Biz bilirik ki, PKK təhlükəsi çox yüksəkdir və bunun cavabını verməyə hazırıq" Dünən Xarici İşlər Nazirliyində həftəlik brifinq keçirildi. Bu həftə xarici işlər naziri Elmar Məmmədyarovun bir sıra vacib görüşlər keçirəcəyini deyən XİN-in mətbuat katibi Xəzər İbrahim dünən Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebilə görüşün olduğunu bildirdi. Bu cür görüşlər haqqında məlumat verən mətbuat katibi ötən həftə Brüsseldə Avropa- Azərbaycan tələbələri forumunun keçirildiyini, həmin tədbirə xarici işlər nazirinin müavini Araz Əzimovun təmsil etdiyini və konfransda Azərbaycanın AB ölkələrindəki səfirlərinin də qatıldığını söylədi. Bu gün Almaniyanın "Konrad Adenauer" fondu Azərbaycan səfirliyilə bir yerdə tədbir keçirəcək. Tural Konfransın mövzusu isə Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı, dini tolerantlıq və ictimai inkişafdır. İşğal olunmuş ərazilərdə terrorçu qrupların məskunlaşmasıyla bağlı sualı cavablandıran Xəzər İbrahim regionda beynəlxalq təhdidlər və təhlükələrin hələ də qaldığını vurğuladı: "Bu təhlükələr beynəlxalq terrorizm, narkotika trafiki və silahların qeyri-qanuni dövriyyəsidir. Yəni regionda təhlükələr çoxdur və bunlar qeyri-ənənəvi təhlükələrdi. Amma Qafqazda ənənəvi təhlükələr də çox geniş yayılıb. Həm ənənəvi, həm də qeyri-ənənəvi təhdid və təhlükələrə cavab vermək üçün Azərbaycan daim iş aparır. Biz dəfələrlə qeyd etmişik ki, PKK terrorçu təşkilatdır. Digər tərəfdən, qloballaşmış dünyada terror təşkilatları başqa təşkilatlarla birgə fəaliyyət göstərir. Azərbaycan özünə qarşı bu təhdidləri gördüyü təqdirdə müvafiq cavab verəcək". Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən PKK-çılarla bağlı məlumatların olduğunu deyən XİN rəsmisi həmin məlumatların davamlı olaraq beynəlxalq təşkilatlarla müzakirə edildiyini açıqladı: "Amma bunlar təbii ki, açıq şəkildə, yəni KİV vasitəsilə çatdırılmır. Biz bilirik ki, PKK təhlükəsi çox yüksəkdir və bunun cavabını verməyə hazırıq". Xəzər İbrahim xarici işlər nazirinin Dövlət Departamentinin Avrasiya enerji təhlükəsizliyi məsələləri üzrə xüsusi nümayəndəsilə görüşündə Azərbaycanın enerji təhlükəsizliyi məsələsinin qaldıracağı haqda sualı da cavablandırdı: "Enerji təhlükəsizliyi məsələsi Azərbaycanın həm xarici siyasətində, həm də ümumi dövlət siyasətində önəmli yerlərdən birini tutur. Azərbaycan bu istiqamətdə müxtəlif dost dövlətlər və tərəfdaş təşkilatlarla əməkdaşlıq edir. Biz bundan sonra da bu əməkdaşlığı davam etdirəcəyik. Təbii ki, enerji məsələləri çərçivəsində bütün danışıqlarda Bakı-Tiflis-Ceyhanın təhlükəsizliyi və ümumiyyətlə, digər enerji sektorunun təhlükəsizliyi önəmli yerlərdən birini tutur. Azərbaycan danışıqlarda və müzakirələrdə bu məsələləri də önəmli bir məsələ kimi qaldırır. İlk növbədə hansısa bir enerji infrastrukturunun mühafizəsi həmin dövlətin vəzifəsidir. Azərbaycan da Bakı-Tiflis-Ceyhan kəmərinin öz ərazisindən keçən hissəsinin təhlükəsizliyini təmin etməyə hazırdı. BTC-nin yalnız Azərbaycan deyil, eyni zamanda Gürcüstan və Türkiyə hissələri də var. O dövlətlər də fərdi olaraq öz ərazilərində təhlükəsizliyin qorunması üçün səylər göstərirlər. Digər tərəfdən, birgə qrup da mövcuddur ki, Azərbaycan, Türkiyə və Gürcüstan bu istiqamətdə əməkdaşlıq edirlər". Xəzər İbrahim Ermənistanın xarici işlər naziri Nalbandyanın Moskvaya səfərinə və səfərdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun həmsədrlərin adından bəyanat verərək müharibə variantının mümkünsüzlüyünü bildirməsinə münasibət açıqladı: "Əgər Rusiyanın xarici işlər naziri belə bəyanat verirsə, onda bu ölkə Ermənistanın öz işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmasını tələb etməlidir. Çünki münaqişənin hərb yoluyla həll etmək əzmində olan yeganə dövlət Ermənistandır, bu məqsədlə də Azərbaycan ərazilərini işğal edib. Ona görə də burada məntiqi bir sual yaranır ki, nə üçün Rusiya Ermənistandan işğalçılığa son qoymağı tələb etmir?" Hazırda Azərbaycanın danışıqları davam etdirdiyini deyən Xəzr İbrahim yaxın vaxtlarda dövlət başçılarının görüşünün olacağını xatırlatdı: "Biz Ermənistandan konkret cavab gözləyirik. Bilmək istəyirik ki, qarşı tərəf münaqişənin həll etmək əzmindədir? onların bunun üçün iradəsi var, ya yox? Ermənistanın bu iradəyə malik olmadığı, bu istiqamətdə iş aparmaq fikrində olmadığını görsək, təbii ki, danışıqlar aparılmasının da heç bir əhəmiyyəti olmayacaq. Azərbaycan hər zaman öz gücünə arxalanıb və biz danışıqlar öncəsi öz milli maraqlarımızı üstün götürərək öz qabiliyyətimizi, gücümüzü otaya qoyaraq danışıqlara hazırlaşırıq. Biz kiminləsə bu istiqamətdə məsləhətləşmələr aparmağa lüzum görmürük. Çünki danışıqlar prosesində iki tərəf var və vasitəçilər mövcuddur. Ona görə də bu formatda danışıqlar gedir. Nalbandyanın Rusiyaya getməsi və orada danışıqlar aparması bu ölkənin tam suveren hüququdur. Digər tərəfdən, bu görüşdə Sergey Lavrovun belə bəyanat verməsi Ermənstana müvafiq mesajın verilməsilə də gücləndirilməlidir. Sergey Lavrovun həmsədrlərin adından bəyanat verməsinə gəldikdə isə, məndə belə məlumat yoxdur ki, ona belə hüquq veriblər, ya yox?. Digər tərəfdən, əgər bu hər üç həmsədr dövlətin mövqeyidirsə, bu çox gözəldir. Yəni onlar hamısı Ermənistandan öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən qeyd-şərsiz çıxarılmasını tələb etməlidirlər". Xəzər İbrahim Avropa Şurasının Azərbaycanla bağlı çıxardığı qətnaməsində sərt məqamların olmasına da münasibət açıqladı: "Biz yaxın vaxtlarda yenidən sərt qətnamələrin olmasını gözləmirik və digər tərəfdən də Azərbaycanla bu dildə danışmaq mümkün deyil". www.xalqcebhesi.az
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
İranda polis öldürülüb
Azərbaycanlə təqaüdçülər iki şəhərdə etiraz aksiyası keçirdilər
İran: Bəndər-Abbas hücumlarında 760 gəmi zədələnib, 12 nəfər ölüb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Akuiferlər sürətlə quruyur - İran rəsmisi
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var