Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
Güney Azərbaycanın şəhər, kənd və qəsəbələrində kürdlərin yerləşməsi sürətlənib. İraqın şimalından tutmuş, İranın müxtəlif yerlərindən gələn kürd ailələri bu məkanda məskən salır, yerli demoqrafik situasiyanı köklü şəkildə dəyişməyə çalışırlar. İndi Urmu, Sulduz, Qoşaçay, Ərdəbil, Təbriz, Marağa və Astara şəhərlərində damlarında "Kürdüstan" bayrağı dalğalanan evlərin sayı da çoxalmaqdadır. İçərisinə kürdlərin terrorçu təşkilatı PKK-nın Türkiyənin İmralı adasındakı həbsxanada ömürlük cəza çəkən rəhbəri Abdulla Ocalan, "İraq Kürdüstanı Muxtariyyətinin lideri" Məsud Bərzani və İraq prezidenti Cəlal Tələbaninin portretləri vurulmuş dükan, qəhvəxana və çayxanalarla yanaşı, üzərinə "Kürdüstan" xəritəsi çəkilmiş avtobuslar və minik avtomobillərinə Güney Azərbaycanda rast gəlmək artıq nadir hadisə sayılmır. Güneydə kürdlərin ən çox toplaşdıqları şəhərlər isə Urmu və Sulduzdur. İraqın şimalındakı "kürd muxtariyyəti" bu günlərdə Sulduzda konsulluq açıb və binanın qarşısından da "Kürdüstan" adlanan mifik dövlətin bayrağı asılıb. Yerli hakimiyyətin müdaxiləsindən sonra bayraq götürülsə də, binanın foyesində "Kürdüstan"ın böyük xəritəsi var. Həmin xəritədə İraqın şimalı, Türkiyənin cənub-şərq bölgələri, İranın şimalı və Azərbaycanın Laçın, Kəlbəcər, Fizuli, Zəngilan və Qubadlı rayonları "kürd torpaqları" kimi göstərilir. Güny Azərbaycanına axın edən kürdlər "Keçelan", "Torini", "Adaman", "Koçgiri", "Holikan", "Durac", "Elimiho", "Trigever", "Karabalan", "Gerdeyari", "Vezne", "Gülbahe", "Siyalə", "Mametkan", "Seli Yetimi", "Hadranlu", "Ağucanan", "Derviş Cemala", "Sağman" və "Haverki" kürd tayfalarından olan ailələrdir. Son üç ay ərzində Sulduz, Urmu və Təbrizlə bahəm, Güney Azərbaycanın Xoy, Maku, Salmas, Sayınqala, Tikantəpə və Qoşaçay şəhərlərində də kürd məskunların sayı çoxalıb. Onların köçlərinin maliyyələşdirilməsi PKK və "İraq Kürdüstanı"nın nəzarətindəki şirkət və müəssisələr, habelə Avropa Birliyində fəaliyyət göstərən çoxsaylı kürd təşkilatları tərəfindən həyata keçirilir. PKK-nın İranda fəaliyyət göstərən qolu olan PJAK terror qruplaşması isə isə Günky Azərbaycanda məskunlaşan kürdlərlə bura yönələn "kürd köçü"nün "təhlükəsizlik və mühafizə"sini təmin edir. PJAK-ın İnternetdəki saytlarından olan "www.grilaypjak.blogfa.com"da isə bu "köç"ü və ümumiyyətlə, kürd təşkilatlarının azərbaycanlılara olan münasibətini çox dəqiq səciyyələndirilən "İrandakı azərbaycanlılara müraciət!" adlı yazı var. PDK və PJAK-ın "www.pyam.nu" saytında da yerləşdirilmiş yazıda deyilir: "Çaşmayın və əsla təəccüb də etməyin. Bilin ki, İraqdakı Mosul, Ərbil, Süleymaniyyə və Kərkük təki, İranın da şimalında bir çox şəhərlər əzəli kürd məskənləridir. Oradakı azərbaycanlılar bu şəhərləri "bizim məkanlar" adlandırsalar da, hamısını geri alacağıq. İşğalda olan şəhərlərimizin azad olunmasında bizim qarşımızı siz azərbaycanlılar ala bilməzsiniz! Buna gücünüz yetməz! "Azərbaycan" adlanan yer əslində qədim Kürdüstandır. Sizlər isə səlcuq türkləriylə birlikdə Orta Asiyadan həmin məkanlara gələrək yerləşmiş köçərilərin törəmələrisiniz". Şimali İraqdakı "kürd muxtariyyəti"nin lideri, "İraq Kürdüstanı Vətənpərvərlər İttifaqı"nın sədri Məsud Bərzani isə dünən "KurdTV" ilə çıxışında deyib: "Milyonlarla kürdün haqq və hüququnu tapdayanlar bilməlidir ki, borcları ödəmək vaxtı gəldi. Hamı anlayır və görür ki, artıq kürdlər oyanıb. Bizə verilən demokratik dəstəklə istibdad və zülmdən qurtulub azadlığa qovuşmuşuq. "Türkmeneli", "Şərqi Azərbaycan" və "Qərbi Azərbaycan" deyilən, köçərilərin işğalında əsrlərdən bəri inləyən torpaqların da əsl sahibi olan kürdlərə qovuşmasına çox az qalıb. Kərkük, Urmu, Marağa, Təbriz kürd xalqının qəlbidir. Onları kimsəyə verməyəcəyik". Kürdlərin "PukMedia" xəbər agentliyi isə etirafa bərabər məlumat yayıb: "Böyük Kurdüstanın reallaşmasının tezləşdirməyə can atan kürd ailələrinin İranın Rəzən, Bahar, Kövrəng, Həmədan, Əssədabad və Məlayir şəhərlərinə köçü başlanıb". Xatırladaq ki, sadalanan şəhərlərin hamısı əzəli Azərbaycan yurdlarıdır. Əslən Türkiyənin İqdır vilayətinin Aralıq səmtindəki Adekli kəndindən olan, "Siyar" ləqəbli kürdün təşkilatçılığı ilə isə bölgədə "Kürdüstana qayıdış!" adlı təbliğat kampaniyasına start verilib. "Azərbaycan, Kərkük, Ərbil, Mosul, Kifri, Hanəkin, Təlafər və Adanadan tutmuş, Naxçıvanadək hər yer Kürdüstandır!" cümləsinin yer aldığı "Kürdlərə Xitab" adlı bəyanatda PKK və PJAK-la yanaşı, İraqdakı kürd təşkilatlarının da bölgə ilə bağlı perspektiv planları açıqlanır. PKK-nın İnternetdəki saytlarında isə kürdlər artıq "Qarabağ erməni qardaşlarımızın, Ərdəhandan tutmuş Qəzvinə, Mosuldan Naxçıvana və Kəlbəcərədək torpaqlar bizim olacaqdır" tipli şüarlar yayırlar. Sulduz şəhərinə köç edən kürdlər isə burada "Sazemane Defa əz Hüquqe Beşer Der Kordestan" adlı "hüquq-müdafiə" təşkilatı yaradıblar. PKK-nın tərkib hissəsi olan PJAK terrorçu qruplaşmasının "sivil qurum"u olan bu təşkilatın Sulduzda yaydığı bəyanatda bildirilir: "ulduz ələvi qızılbaşların qədim torpaqlarıdır və həmin şəxslərin də hamısı kürd olub. Qoşaçay da kürd şəhəridir. Urmu, Maku, Xoy, Salmas, Sayınqala, Biçar və Gorvə təki..." Sulduzdakı soydaşlarımızın "Azərbaycan" hərəkatı isə baş verənlərlə bağlı azərbaycanlılara müraciət yayıb. "Əgər ayılmasaqi və boş söhbətlərə yekun vurmasaq, Güney Azərbaycan adlı torpağımız olmayacaq, "Kürdüstan"a dönəcək. Problemi həll etmək üçün torpaqlarımızı, ata yurdumuzu hər vasitə ilə qorumağa başlamalıyıq", - müraciətdə deyilir. Güney Azərbaycana kürd köçünün şiddətlənməsi ilə bağlı vəziyyət təhlükəli həddə çatıb. PKK və PJAK mənsubu olan silahlı kürd terrorçular Güneydəki azərbaycanlı iş adailarına "xərac" qoymağa, hətta azərbaycanlı kəndlilərdən "bac" almağa çalışırlar. Bununla yanaşı, kürdlər İranın bölgədəki hərbçiləri və polisləri arasında azərbaycanlıları qətlə yetirməklə soydaşlarımızı qorxutmağa, onlara gözdağı verməyə səy göstərirlər. Buna misal olaraq hərbçilər Məcid Talibi və Əli Sadiqzadənin kürd terrorçular tərəfindən güllələnməsini göstərmək olar. Eyni zamanda, Güney Azərbaycanın qərbində sosial-iqtisadi durum ağır, işsizlik səviyyəsi isə yüksək olduğundan azərbaycanlılar həmin bölgədən iş və çörək dalınca İranın mərkəzi şəhərlərinə axışır. Boşalan kəndlərə isə dərhal kürdlər yerləşirlər. Urmu şəhərində də vəziyyət ciddidir. Buradan seçilmiş kürd millət vəkili Bəhaəddin Ədəb "Urmu azərbaycanlıların yox, kürdlərin qədim şəhəridir" deyəndən sonra üzr istəmişdisə, indi şəhər şurasının üzvü, milliyyətcə kürd olan Xədicə Mənsuri az qala hər açıqlama və müsahibəsində "Urmu küdlərindir" söyləyir. Maraqlı olan digər məqam odur ki, kürdlərin köçündə onlara maliyyə, siyasi və ideoloJi dəstək verənlər arasında İrandakı ermənilərin "Araz", "Hayk", "Asbarez", "David Sasunasi", "Tiqran Vardarapet" təşkilatları xüsusi fəallıq göstərirlər. Hüseyn BAKUVİ express
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Ərdəbildə üç məhbus edam edildi
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir