Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Pezeşkiyan: Pulumuz yoxdur, xalq etiraz edir
İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National
Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib
İranda 6 məhbus edam edildi
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Sistan və Bəlucistanda daha iki bəluc güllələndi
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb
Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edib
İlam əyalətində etirazçıların həbsi davam edir
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq- Tramp
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
Yeni bir türk dövləti qurulur- Ukrayna ilə anlaşıldı
Monqol-gürcü ittifaqından ən çox əziyyət çəkən Borçalının müsəlman əhalisi öz yurdlarından sıxışdırılır, daha çox Qızıl Orda ərazisinə, ya da öz soydaşları – Burcoğullarının böyük nüfuz sahibi olduqları Misir Məmlük sultanlığına getməyə məcbur olurdular 1256-cı ildə Batının ölümündən sonra Qızıl Ordada hakimiyyətə islam dinini qəbul etmiş Bərkə xan gəldi. O, Bağdadın darmadağın edilməsindən məyus oldu, xəlifəyə qırx gün yas saxladı və ölkəsinin ərazisində yaşayan xristianları qovdu. İçərilərində xristianlığı qəbul etmiş monqol əyanları da olan bu qaçqınları Hülakü xan Başkeçidə – Dmanisi qalasına yerləşdirdi. Sonradan gürcüləşən bu xristian monqollar yalnız öz soyadlarını qoruyub saxlamışdılar. Məsələn, XVI əsr mənbələrində XIII əsrdə Dmanisidə məskunlaşmış Qarabudaqşivili nəslinin monqol əsilli olması ilə bağlı məlumatlar vardır. (Əziz oxucum, onda tatar adlandırılma «şərəfinə» kim daha çox layiqdir!). Mənbələrin yazdığına görə,əmisi oğlu Hülakünün yaramazlıqlarını eşitdikdə Bərkə xan demişdi: «Bizim taxta çıxartdığımız Münke xaqan bunun əvəzini mənim müttəfiqim xəlifənin mülklərinə əl qatmaqla qaytarır? Onun bu işi rəzalətdir!» Bərkə xan hələ sələfi Batı xanın dövründə Hülaküyə yardım məqsədilə göndərilmiş Qızıl Orda döyüşçülərinə Misir məmlüklərinin tərəfinə keçməyi əmr etdi. 1256-cı ilə qədər Cənubi Qafqaz, o cümlədən Borçalı da Qızıl Orda idarəçiliyinə daxil idi. Batı xanın ölümündən sonra isə bu ərazi xristian olduğuna görə daha çox gürcülərə arxalanan Elxani Hülakünün əlinə keçdi. Gürcülərə müstəqillik verən Hülakü xan Tiflisdə iki gürcü çarını – Tamaranın qız (Rusudanın oğlu Narın David) və oğul (Laşanın oğlu Ulu David) nəvələrini taxta çıxartmışdı. Ulu David monqol əyanlarından birinin qızı ilə evləndirilmişdi. Gürcülərdən hətta monqolların özlərinin də ödədikləri can vergisi (kopçur) alınırdı. Daha geniş səlahiyyətlər istəyən gürcülər əvvəlcə Narın Davidin, sonra isə Ulu Davidin başçılığı altında üsyan qaldırdılar. Üsyan yatırıldı. Narın David İmeretiyaya qaçdı. Üsyandan sonra qaçmış Ulu David isə 1262-ci ildə Hülakünün yanına qayıdaraq, əvvəlki vəziyyətin bərpa olunması üçün ondan aman dilədi. Monqol-gürcü ittifaqından ən çox əziyyət çəkən Borçalının müsəlman əhalisi öz yurdlarından sıxışdırılır, daha çox Qızıl Orda ərazisinə, ya da öz soydaşları – Burcoğullarının böyük nüfuz sahibi olduqları Misir məmlük sultanlığına getməyə məcbur olurdular. 2 may 1250-ci ildə Burcoğlu nəslindən olan Bəybars ağıldan zəif olan azyaşlı Turanşahı taxtdan salaraq, Kamili hakimiyyətə gətirdi. Kamilin də yaşı az olduğundan dövləti onun adından anası Şəcərət əd-Dürr və atalığı Aybəy idarə edirdilər. 1257-ci ildə məkrli Şəcərət əd-Dürr öz ərini zəhərləyib öldürdü. Onu həbsxanaya atan məmlüklər hakimiyyətə Quduzu gətirdilər və ona biət elədilər. Misir əhalisi də onun hakimiyyətini qəbul elədi. Çünki Burcoğlu soyundan olan məmlüklərə indi bütün müsəlmanlar monqolların qarşısını alacaq yeganə qüvvə kimi baxırdılar. Vaxtilə monqollar tərəfindən öz doğma yurdlarından didərgin salınan Burcoğluları da onlarla həlledici döyüşə hazırlıq görürdülər. Xüsusilə də Suriya müsəlmanları Burcoğlularını səbirsizliklə gözləyirdilər. 26 iyul 1260-cı ildə Burcoğlularının ön dəstələri özləri ilə artıq yük olmasın deyə ərzaq belə götürməyərək, Sinay səhrasını keçdilər. Onlar monqolların Qəzza yaxınlığındakı müdafiə xəttini yarıb, Akra yaxınlığında Avropa xaçlılarını əzərək, xeyli ərzaq ələ keçirdilər. Daha sonra Quduzun və Bəybarsın başçılıq etdikləri Burcoğlularının ordusu Avropa xaçlılarının qurduqları qondarma Yərusəlim (Qüds) krallığından keçərək, Ayn Callud adlı yerdə Kit Buğanın başçılıq etdiyi birləşmiş monqol-erməni-gürcü ordusu ilə üz-üzə gəldi. 3 sentyabr 1260-cı ildə monqol-erməni-gürcü ordusu Burcoğluları tərəfindən darmadağın edildi. Əsir tutulan Kit Buğa edam olundu. Burcoğlularının orduları təntənəli şəkildə Şam (Dəməşq) şəhərinə daxil oldular. 10 dekabr 1260-cı ildə Hülakü xanın göndərdiyi ikinci monqol ordusu da Burcoğluları tərəfindən Xöms yaxınlığında darmadağın edildi. Quduzdan sonra Misir sultanı elan olunan Bəybars 1268-ci ildə Antioxiyanı tutdu və 1277-ci ildə Əlbistan döyüşündə monqolları yenidən ağır məğlubiyyətə uğratdı. Sultan Bəybars Burcoğlunun varisi Qalaun 1289-cu ildə Tripolini, 1291-ci ildə Akra, Tir, Sidon və Beyrutu azad etdi. Burcoğulları, 1375-ci ildə monqol qılıncına güvənilərək qurulmuş oyuncaq Kilikiya erməni çarlığını da süquta uğratdılar. Lakin Burcoğulları Azərbaycanı Hülakülərin cəngindən çıxara bilmədilər. Hülakilərin paytaxtları Azərbaycan şəhərləri olan Marağa, Təbriz və Sultaniyyə olmuşdur. Qarabağ Elxanilərin yay iqamətgahı, Muğan isə qışlağı idi. Dövlət uzun müddət Azərbaycandan – Təbrizdən idarə olunmuşdu. Bu zaman digər monqol dövləti Cuçi nəslindən olan xanların idarə etdiyi Qızıl Ordu Azərbaycan ərazisinin Çingiz xanın vəziyyətinə görə Batı xanın payına düşdüyünü əsas gətirərək, Azərbaycana yürüşlər etməyə başladılar. Qızıl Ordu ilə ilk toqquşma Hülakünün dövründə baş verdi. 1263-cü ildə Qızıl Ordu sərkərdəsi Noqay Dərbəndi tutsa da, əldə saxlaya bilmədi. Qızıl Ordunın 1288 və 1290-cı illərdəki hücumları da bir nəticə vermədi. Arqun xanın ölümündən sonra Keyxatu xan və Baydu xan bir-birini əvəz etdilər. 1295-ci ildə Qarabağda padşah elan olunmuş Qazan xan yerli feodallarla əlaqəni möhkəmləndirmək üçün islam dinini qəbul etdi. Onun bu addımı köçəri əyanları Qazan xana qarşı sui-qəsd və qiyama sövq etdi. Qazan xan əvvəlcə Arranda Arslan oğlunun, sonra isə Azərbaycanın şimalında Taycu oğlunun qiyamlarını (1297-1298) yatırdı və mərkəzi hakimiyyəti gücləndirdi. 1316-cı ildə 12 yaşlı Əbu Səid hakimiyyətə gəldi. Əbu Səidin atası Olcaytunun vəsiyyətinə görə, onun hamisi olan, Sulduz qəbiləsinin başçısı Əmir Çoban faktiki hökmdara çevrildi. 1319-cu ildə Əbu Səid və Əmir Çobana qarşı üsyan baş verdi. Üsyançılar Sultaniyyə yaxınlığında Əbu Səid tərəfindən məğlub edildilər. Bu qələbəyə görə Əbu Səidə Bahadır ləqəbi verildi. Əbu Səid Əmir Çobanın sayəsində 1319-1325-ci illərdə Qızıl Ordu üzərində də qələbələr qazandı. O, 1335-ci ildə Azərbaycana hücum edən Qızıl Ordu xanı Özbəyi geri çəkilməyə məcbur etdi. 1335-ci ildə Sultan Əbu Səidin ölümü ilə Elxanilərin tənəzzülü başladı. Azərbaycan əhalisinin dəvətilə 1357-ci ildə 300 minlik ordu ilə Azərbaycana gələn Qızıl Ordu xanı Çanı bəy Hülakilər dövlətinə son qoydu. Öz oğlu Bərdi bəyi Azərbaycana hakim təyin edən Canıbəy Qızıl Ordaya qayıtdı. Azərbaycanda cəmi 7 ay hakimlik edən Bərdi bəy atasının ölüm xəbərini eşidərək, Qızıl Ordanın paytaxtına döndü. Hakimiyyət Əxicuq adlı monqolun əlinə keçdi. 1358-1359-cü illərdə Cəlairi Şeyx Üveysin yürüşləri nəticəsində Azərbaycan, 1340-cı ildə yaradılmış, paytaxtı Bağdad olan Cəlairilər dövlətinin tərkibinə qatıldı www.borchali.net
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Xuzistanda daha 10 ərəb fəal həbs edildi
İranlılar Azərbaycanda verilən qərarı alqışladılar
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi
İran polisi ərəb gənci güllələdi
Bəndər-Abbasda ardıcıl partlayışlar olub
İki şəhərdə iki məhbus edam edildi
BMT rəhbəri İranda insan hüquqlarının pozulmasını “qəbuledilməz” adlandırıb
İran dövlət televiziyası: Britaniyanın Feyrfod aviabazası İran raketlərinin hədəf dairəsinə daxildir
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT
Urmiyə Şəhər Şurasının üzvü: Ölkədə pan-türk yoxdur, amma pan-fars və İranşəhri düşüncəlilər çoxdur
Səhənd stadion "Traktor"a verilir
Binabda hava çirklənməsi artır; “Səhənd” elektrik stansiyasında mazut yandırılır
İran buna görə bizə kiberhücum etdi- Baro
Rəisinin helikopterinin düşdüyü ərazi İranın milli irsi siyahısına salındı!
ABŞ-ın İran neftinə tətbiq etdiyi blokada Çini İraq neftinə yönəldir – Bloomberg
Talibanın dron şousu: Köhnə ABŞ texnikasının yanında yeni “ixtira”!
ABŞ-nin daha bir təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəldi
Qərbi Azərbaycan mənzil xərclərinin ailə büdcəsindəki payına görə ölkə üzrə yeddinci yerdədir
Tramp: İran Vaşinqtonu təhdid edərsə, “heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcək”
İrada daha bir bəhaiyə həbs cəzası verildi
HƏMAS-ın yüksək rütbəli komandiri öldürüldü
Pilotsuz uçuş aparatı Qara dənizdə 13 Azərbaycan vətəndaşının olduğu gəmiyə hücum edib
İranda doğum böhranı: Nikahlar və uşaq sayı sürətlə azalır