ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur- Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
İranda ət süfrədən çəkilir: Adambaşına illik istehlak 5 kiloqrama düşüb
Polşa səfiri: Urmu voleybolun mühüm mərkəzidir
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
Tramp: İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır
EKO nümayəndəsi: Urmu üzüm festivalı Şuşa ilə mədəni əlaqələr yarada bilər
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
230 min ton alma: Marağanın bu sərvətdən payı nə qədərdir?
Tarixi abidə təhlükədədir
Rubio: Tramp BMT-də Pezeşkianla görüşə hazırdır
Tehranda yüzlərlə vətəndaşın bank hesabları bağlandı
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
İran prezidentinin BMT səfəri ölkə daxilində tənqid olunur
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
Reuters: Çin Tayvanla bağlı güzəştlər müqabilində İrana təzyiq göstərməyi təklif edib
Görəsən, daha bəs deyilmi?! Bezmək, usanmaq yoxmu? Gülüş hədəfi olmaqdan, geri zəkalı görünməkdən ar eləməyin vaxtı çatmamışdırmı? Bunlar bəs deyilsə, şəhid tabutları, əlil arabaları, qoltuq ağacları hələ çoxmu gözümüzü, ürəyimizi deşməlidir?! Elə bu yazını başdan-ayağa bu türlü suallarla qurmaq olardı. Ancaq mən cavab istəyirəm. Ən nəhayət qadınlarımız özləri hədəf, bəlgə olmaqdan, kullanılmaqdan, hərtərəfli istismardan bezmədilərmi?! Deyəsən, bezmədilər. Östəlik... özləri də yardımçı oldular onları əzənlərə, alətə, öz ehtiraslarının bədəlinə çevirənlərə... Nə qədər ki, biz oxumamışdıq, dörd divar arasında yaşayıb "səyyar məhbəs"də gəzirdik, kişilərimiz başqa millətlərin xanımlarıynan könül əyləndirirdilər.Şahlarımız, xanlarımız bir öpüşə torpaq bağışlayır, bu gün "millət atası" adlandırıb uğruna qan-yaş tökdüyümüz milyonçularımız məşuqəsinə qəhvə bişirməkçin əskinasları yandırıb ocaq çatır, təhsil haqqını ödəyə bilməyən Şövkət Məmmədova italyan müəllimi ilə baş-başa verib göz yaşı tökəndə Bakıda əcnəbi aktrisanın şərəfinə opera teatrı tikdirirdilər. Ağzı dualı maşaduşkalarımız belə sonyaların, nataşaların, haykanuşların qabağında çırtma çalıb diringi oynayırdılar... Hər kəsə bəlli həqiqətləri sadalamaqda məqsədim ürəyimi boşaltmaq, əlinə qəzet götürüb oxuyacaq beş-üç adamla dərd bölüşməkdi. Başqa millətlər, xalqlar zaman-zaman yaşamağın, ayaqda durmağın, irəli getməyin daha sivil yollarını axtarıb tapdıqca, biz torpaq, millət satmağın, dəyərləri tapdalamağın, aşağılanmağın daha yeni variantlarını mənimsəyirik. Kənardan uzanan yad əlləri itələmək, yüz illər, min illər boyu yaratdıqlarımızı mənimsəmək, özününküləşdirmək istəyənlərə yox demək əvəzinə, düşmən dəyirmanına su tökür, hiyləgər, fürsətkeş qənimlərə yardımçı olur, yağıları sevindirib, dostları ( bilə- bilə ki, bu ikincilər çox azdır, lap elə yox dərəcəsindədir) məyus edirik. *** Kiminlə desəniz mübahisə etməyə hazıram ki, geyim-kecim heç bir zaman abır-həya rəmzi olmayıb, sadəcə insanı istidən-soyuqdan qorumaq, bədən qüsurlarını örtmək üçündü. Geyimin yaraşıq, cazibə məqsədilə düşünülən, artırılan hissələri də var. Kim düşünürsə ki, qadını geyimlə gizlətmək, qorumaq, açığı, onun xəyanətkarlığının qarşısını almaq mümkündü, qoy gedib " Min bir gecə" nağıllarını oxusun. Onda görər ki, bu məxluqu pambığa büküb sandığa qoysan, ağzını qıfıllasan da, xeyri yoxdu, əgər istəsə, bildiyini edəcək. Əslində, bu düşüncə tərzi özü insanı əzən, aşağılayan, sarsıdan bir münasibətdir və günümüzdəki utancverici hay-küyün də səbəbi, əslində azdırıcı, sapdırıcı səbəbi də elə odur.Dünyanın ən gözəl yarısı, həyatın, ülviliyin, saf duyğuların daşıyıcısı bu zərif, incə məxluq nədən inamsızlığa tuş olmalı, qorunması, bürünməsi gərək olan varlıq kimi qəbul olunmalıdır?! "Ayağının altında cənnət" olan, müqəddəs sayılan qadının başına niyə torba keçirilməlidir?! Bəyəm, onun ağlı, mühakiməsi, istəyi, arzuları, nəhayət, insan kimi yaşamaq haqqı yoxdurmu?!Bunu hamıdan və hər kəsdən əvvəl qadınlar özləri düşünməlidirlər. Kişilər öz papaqlarını nə qədər qorusalar da, qadın ləçəyinə həmişə rişxəndlə yanaşıb, ucuz tutublar. Þzlərini söyəndə də "bu işi belə qoysam, başımdakı papaq arvad ləçəyi olsun" deyiblər. Ancaq ayaq altına atılanda ondan keçməz olublar.Kişilər xəncərə, tüfəngə əl atanda qadınlar araya giriblər, yaylıqlarını açıb qan-qadanın qabağını almaq istəyiblər. Qarabağ hadisələri başlayanda ermənilər tərəfindən öldürülmüş iki cavanın qanını almağa qalxışanların da qarşısına adlı-sanlı pambıqçı qadın öz yaylığını atmışdı. Və o zaman rus şairi Yevgeni Yevtuşenko da bu hadisəylə bağlı şeirini belə bitirmişdi: "Kaş bu qadın öz örpəyini burdan Dəclə-Fərata qədər ataydı"... Ancaq bu olayda qürurverici heç nə görünmür. Kaş, o qadın heç əllərini başına aparmayaydı... *** Dişnən-dırnaqnan bir para azadlıqlar qazanılmışdı. Qadın oxuyurdu, işləyirdi, müəyyən qədər öz sözünü deyə bilirdi.Bütün bunlar insan azadlığının mində biri olmasa da, ümid vardı ki, bəlkə get-gedə daha işıqlı günlərə qovuşacağıq. Düşünürdük ki, səhərlər uşaq bağçasına, məktəbə qaçan, oradan da işə gələn, işdən sonra evə çatan kimi mətbəxə cuman qadının qramlarla ölçülən azadlığının çəkisini artıra biləcəyik. Amma müstəqillik qazanandan bəri irəliyə deyil, geriyə baxırıq. Məktəblərin yuxarı siniflərində qızlar az gözə dəyir, nikah yaşı azaldılaraq ərə verilirlər. Zalım qayınanalar təzədən baş qaljdırıblar. "Atamın ayağını yumadın, anamın aftafasını daşımadın" deyə arvadını qapazlayan kişilər yenidən peyda olublar.Amma bizə deyirdilər ki, Cəfər Cabbarlının "Sevil", "Almaz" dramlarının vaxtı keçib... Nə dostumuzu tanıyırıq, nə düşmənimizi. Yad təsirlərə tez qapılırıq. Doxsanıncı illərin əvvəllərində rayonumuzdakı qaçqın düşərgəsində humanitar yardım göstərən iranlılar mədrəsə də açmışdılar. Qəribə burasıdır ki, uzun illər dünyəvi elmlər öyrənən, texnikum və institut bitirən qız-qadınlarımız da həmin mədrəsələrə ayaq açdılar. Şəhərimizin küçələrində başı örtülü qız-qadınlar, hətta 10-12 yaşlı məktəblilər görünməyə başladı. Mənə görə çox kədərli, insanın əl-ayağını yerdən üzən, ümidləri heçliyə bağlayan bir mənzərəydi bu... O zaman həmin mədrəsədə oxuyan bir tanış qadına rişxənd də eləmiş, "sənin kimilərin üzünə çörək yeyirik" demişdim... *** Demokratiya adı altında əllaməçilik... Heç bir qadın öz xoşuna başını " məhbəs"ə salmaz. Burada mütləq kənar müdaxilə olmalı. Bu gün Türkiyədə baş verənlərin yüzdə-yüz bizə də dəxli var. Atatürkün dünyəvi dövlət qurmaq ideallarına bunca sayğısızlıq bizlərə heç bir fayda gətirməyəcək. Paşanın həyatından bəhs edən bir sənədli filmdə eşitmişəm ki, Böyük Türk küçədə çarşablı qadın görəndə əsəbiləşirmiş. Bildiyimə görə, Onun Mavzoleyinə-Anıtqəbirə girmək də başıörtülü qadınlara yasaqdı... Bəs, indi nələr olur?! Bir parça əski üstündə davadı. Bəşər tarixində ən böyük imperiyalardan birinin varisi, dünyaya ünlü sərkərdələr, müdriklər bəxş edən, qədim dövlətçilik tarixi,güclü ordusu olan bir məmləkətin mötəbər kürsülərdən dartışdığı mövzuya baxın... Quranı, islamı misal gətirirlər. Bəs, türkün minilliklərlə ölçülən tarixi, əxlaqı, mənəvi dəyərləri?! " Ana haqqı, Tanrı haqqı!" deyən millət bü gün nələrə imza atır?! Heç Quranın, islamın təşəkkül tapdığı ölkələrdə bu hay-küy yoxdu. Son günlər qəsdən ərəb ölkələrindən verilən süjetlərə daha diqqətlə baxıram. Camaat öz işində-gücündədi. Oralarda kişilər qadınlardan daha bürüncəkli gəzirlər... Bəs, sizlərə nə düşmüş, əfəndilər? Yoxsa, I Pyotrun vəsiyyəti yadınıza düşmüş? Nə demişdi? "Çalışın türk daha qatı dindar müsəlman olsun. Elə etmək lazımdı ki, sünni-şiə mollaları çoxalsın. Hər halda molla müsəlmandı, türk olsa da, türkçü deyil". Hə, o bilirdi ki, müsəlmanda birlik yoxdu... Qorxuram, sabah da molla rejimi qurmağa qalxasınız... P.S. Sizləri bilmirəm, mən lap boğuluram. Başına torba keçirilmiş adam kimi... Vəsilə USUBOVA vəsilə-usubova @ mail.ru www.adalet-az.com
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
İranda polis öldürülüb
Azərbaycanlə təqaüdçülər iki şəhərdə etiraz aksiyası keçirdilər
İran: Bəndər-Abbas hücumlarında 760 gəmi zədələnib, 12 nəfər ölüb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Akuiferlər sürətlə quruyur - İran rəsmisi
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var