Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Pezeşkiyan: Pulumuz yoxdur, xalq etiraz edir
İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National
Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib
İranda 6 məhbus edam edildi
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Sistan və Bəlucistanda daha iki bəluc güllələndi
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb
Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edib
İlam əyalətində etirazçıların həbsi davam edir
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq- Tramp
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
Yeni bir türk dövləti qurulur- Ukrayna ilə anlaşıldı
Kütləvi İnformasiya Vasitələrinin əksəriyyətinin srağagünkü saylarında belə bir informasiya verilmişdi- İranın mobil operatoru Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən "Karabakh Telecom"la rouminq sazişi imzalayıb. Həmin informasiyada daha sonra bildirilir ki, şirkətin rəsmi saytında (httr://www.tkckish.com/roaming1.htm) da Dağlıq Qarabağ Ermənistan ərazisi kimi təqdim edilib. Baş verən olaya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məcid Feyzullahi mövqeyini bildirərək deyib ki, Kiş Telekommunikasiya Şirkəti özəl qurumdur: "Güman edirəm ki, şirkət bunu məqsədli deyil, məlumatsızlıqdan edib". Aysel Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov isə Kiş Telekommunikasiya Şirkətilə "Karabakh Telecom" arasında əməkdaşlıqla bağlı araşdırma aparacaqlarını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Xəzər İbrahim də deyib ki, bununla bağlı Azərbaycanın qeyd olunan ölkələrdə fəaliyyət göstərən diplomatik missiyalara müvafiq təlimatlar veriləcək. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məcid Feyzullahidən başqa cavab da gözləmək lazım deyildi. Hər zaman belə olub. İran Azərbaycanın əleyhinə nələrisə həayata keçirir, bu ölkənin Azərbaycandakı səfiri və səfirliyin sözçüləri isə "sudan quru çıxmaq" bacarıqlarını sanki nümayiş etdirirlər. Kiş Telekommunikasiya Şirkəti özəl qurum olsa belə, həmin şirkət birinci olaraq ölkəsinin maraqlarından çıxış edir. Ölkəsinin isə ən ümdə maraqları bundan ibarətdir ki, hər zaman Azərbaycanın əleyhinə iş qursun, dövlətimizin ərazi bütövlüyünü şübhə altına alan əməlləri həyata keçirsin. Bir sözlə, əsirlərin, illərin kinini-küdurətini büruzə verib, arxadan Azərbaycana zərbələr vursun. Ona görə də, mən şəxsən İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məcid Feyzullahinin qeyri-səmimi cavabını qəbul etməyərək belə qənaətdəyəm ki, Kiş Telekommunikasiya Şirkəti bunu məqsədli şəkildə və bilərəkdən həyata keçirib. İranın Azərbaycana olan gizli düşmənçiliyi təkcə bu faktla kifayətlənmir. İslami dəyərlərə söykəndiyini bəyanlayan bir dövlət başqa bir müsəlman dövlətinə-Azərbaycana qarşı hər zaman nəinki haqsızlığa yol verir, hətta bu haqsızlığı bilərəkdən edir. Azərbaycan artıq 20 ilə yaxındır ki, Ermənistanın təcavüzkar siyasətilə üz-üzədir. Elə bu siyasətin nəticəsidir ki, düşmən ölkənin silahlı qüvvələri 20 faiz ərzimizi işğal altında saxlayır. Bir milyondan artıq qaçqın və məcburi köçkünümüz neçə illərdir yurd həsrətilə yaşayırlar. Azərbaycan on minlərlə şəhid verib, qız-gəlinləri erməni cəladlarının əlində hələ də əsirdirlər. Bunun müqabilində özünü müsəlman dövləti adlandıran İran hansı addımları atıb? Azərbaycana mənəvi yardım edə bilibmi? Xeyir, əksinə, İran İslam Respublikası Ermənistanla çox gözəl münasibətlər qurub. Həm iqtisadi, həm də siyasi sahədə hər iki ölkənin əlaqələri yüksək səviyyədə inkişaf edir. Məhz İran dövlətinin qayğısının nəticəsidir ki, Ermənistanı iqtisadi cəhətdən iflasa uğramağa qoymayıb. Bu ənənə indi də davam edir. Bir sözlə, əgər İran dövləti həqiqətən islami dəyərlərə üstünlük versəydi, ən əsası haqqın yanında olsaydı, mobil operatoru Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən "Karabakh Telecom"la rouminq sazişi imzalamazdı. Və hətta Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim etməzdi. İran işğal altında saxladığı Cənubi Azərbaycanda da öz məkirli siyasətindən əl çəkmir. Bu il Xocalı soyqırımının ildönümünü qeyd edən soydaşlarımıza, eləcə də Azərbaycanın bu ölkədəki səfirinə qarşı olan münasibət heç bir ölçüyə sıxışmır. Soydaşlarımız səfirlə birlikdə məsciddə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, onların ruhuna dualar oxmaq istəsələr də, fars rejimi buna imkan verməyərək, səfiri məsciddən qovmuşdu. Soydaşlarımızı isə təqiblərə məruz qoymuş, bəzilərini də həbsə atmışdır. Ancaq ermənilərə qondarma soyqırımlarını qeyd etməyə nəinki razılıq vermişdilər, hətta polis qüvvələri ermənilərin tədbir keçirməsinə nəzarət edərək, onları Azərbaycan türklərindən "qorumuşdular". Budur, İran rejiminin əsil sifəti. Bu sifət Güney Azərbaycanda yaşayan soydaşlarımıza öz ana dillərində təhsil almaq huququ verilməməklə özünü çılpaqlığı ilə göstərir. Bu sifət Güney Azərbaycanın tarixi abidələrinin, yer adlarının saxtalaşdırılaq farslaşdırılması ilə özünü büruzə verir. Bu sifət 35 milyonluq xalqın insan haqlarını tapdalayanda, Nizami Gəncəvini, Şəhriyarı fars şairi kimi təqdim edəndə, ermənilərin işğal etdikləri Azərbaycan Respublikası ərazisindən tarixi abidələri, eyni zamanda mərmərdən olan qəbir daşlarını daşıyaraq İrana aparıb satanda və buna da fars rejimi şərait yaradanda özünü göstərir. Mən hələ fars rejiminin İranda erməni kilsəsini abad edib, azərbaycanlılara məxsuz məscidləri viran qoyub dağıtmaqlarından söz açmıram. Daha nələri sadalamaq lazımdır ki, İran rəsmiləri bundan nəticə çıxarıb səslərini içlərinə salıb xəcalət çəksinlər. Və daha deməsinlər ki, "Kiş Telekommunikasiya Şirkəti özəl qurumdur, şirkət bunu məqsədli deyil, məlumatsızlıqdan edib". İran rejimi dəfələrlə Azərbaycana qarşı haqsızlıq edəndə qarşı tərəf, yəni biz kəskin etiraz bildirmək əvəzinə, çox vaxt sadəcə susmuşuq. Bu isə İranın növbəti haqsızlıqlarına yol açıb. Ancaq gəlin görək, İran Azərbaycandan belə haqsızlıqlar görsəydi susardımı? Mən bu yerdə bir faktı qeyd etmək istəyirəm. İki il bundan öncə Bakıda Dünya Azərbaycanlılarının ikinci qurultayı keçirildi. Həmin qurultayda bəzi soydaşlarımız Güney azərbaycanlıların problemindən, Gülüstan və Türkmənçay müqaviləsindən, fars rejiminin güneylilərə qarşı represiya siyasəti yürütməsindən danışdılar. Bu isə rəsmi Tehranı yamanca təşvişə saldı. Əvvəlcə, İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bəyanat verərək diplomata yaraşmayan fikirlər səsləndirdi. Hətta Azərbaycanın indiki ərazisinin İrana məxsus olduğunu vurğuladı. Qurultayda səslənən Azərbaycanın bütövlük məsələsinə isə rişxəndlə yanaşan Əfşar Süleymani "bunu azərbaycanlılar yuxuda görə bilər" deyə münasibət bildirdi. Həmin vaxt isə Azərbaycanda əsil həqiqət səslənmişdi... xalqcəbhəsi qəzeti
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Xuzistanda daha 10 ərəb fəal həbs edildi
İranlılar Azərbaycanda verilən qərarı alqışladılar
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi
İran polisi ərəb gənci güllələdi
Bəndər-Abbasda ardıcıl partlayışlar olub
İki şəhərdə iki məhbus edam edildi
BMT rəhbəri İranda insan hüquqlarının pozulmasını “qəbuledilməz” adlandırıb
İran dövlət televiziyası: Britaniyanın Feyrfod aviabazası İran raketlərinin hədəf dairəsinə daxildir
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT
Urmiyə Şəhər Şurasının üzvü: Ölkədə pan-türk yoxdur, amma pan-fars və İranşəhri düşüncəlilər çoxdur
Səhənd stadion "Traktor"a verilir
Binabda hava çirklənməsi artır; “Səhənd” elektrik stansiyasında mazut yandırılır
İran buna görə bizə kiberhücum etdi- Baro
Rəisinin helikopterinin düşdüyü ərazi İranın milli irsi siyahısına salındı!
ABŞ-ın İran neftinə tətbiq etdiyi blokada Çini İraq neftinə yönəldir – Bloomberg
Talibanın dron şousu: Köhnə ABŞ texnikasının yanında yeni “ixtira”!
ABŞ-nin daha bir təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəldi
Qərbi Azərbaycan mənzil xərclərinin ailə büdcəsindəki payına görə ölkə üzrə yeddinci yerdədir
Tramp: İran Vaşinqtonu təhdid edərsə, “heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcək”
İrada daha bir bəhaiyə həbs cəzası verildi
HƏMAS-ın yüksək rütbəli komandiri öldürüldü
Pilotsuz uçuş aparatı Qara dənizdə 13 Azərbaycan vətəndaşının olduğu gəmiyə hücum edib
İranda doğum böhranı: Nikahlar və uşaq sayı sürətlə azalır