Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Pezeşkiyan: Pulumuz yoxdur, xalq etiraz edir
İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National
Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib
İranda 6 məhbus edam edildi
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Sistan və Bəlucistanda daha iki bəluc güllələndi
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb
Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edib
İlam əyalətində etirazçıların həbsi davam edir
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq- Tramp
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
Yeni bir türk dövləti qurulur- Ukrayna ilə anlaşıldı
Hücuma keçmişik. Cəbhə xəttində deyil. Bəyanatlarda, radio-televiziyada, mətbuatda. Çoxlarımızın xoşuna gəlir - bu ermənilərə dərs vermək lazımdır. Hücumun məqsədi status-kvonun dağıdılmasıdır. Əlbəttə, indiki durumun davam etməsi millətimiz və dövlətimiz üçün ziyanlıdır. Amma dağıdılan hədəf nədir? Ermənilərin Qarabağda qurduğu səngərlərmi? Erməni təbliğatının haqqımızda yaratdığı mənfi imicmi? İrəvan tələbi nə gətirir, nə götürür? “Milli Şura qədim Azərbaycan şəhəri İrəvanı ermənilərə bağışlayıb”, “İrəvan 99 illiyə Ermənistana icarəyə verilib”, “Milli Şuranın tarixi səhvini düzəltmək lazımdır”, “Demokratik Cümhuriyyət ermənilərə müqaviməti təşkil edə bilmədi”, “Beynəlxalq güclər müstəqilliyin əvəzində İrəvandan imtina etməyi tələb ediblər” kimi iddialar səslənir. 1918-20-ci illər tarixini azdan-çoxdan bilən adamın heyrətlənməməsi mümkün deyil. 1918-ci ilin 29 mayında Azərbaycan Milli Şurası İrəvanı yeni yaranmaqda olan Ermənistan (Ararat) Respublikasının mərkəzi kimi tanımaq haqqında qərar verib. Və burada nə “səhv” var imiş? Sırası ilə, amma qısa. Zaqafqaziya Federativ Demokratik Respublikası Cənubi Qafqazın Rusiyadan istiqlalını aprelin 22-də elan etmişdi. Bu dövlətin qurucuları üç millətin Rusiya Dövlət Dumasına seçilmiş nümayəndələri idi. Mayın 28-dən sonra yeni müstəqil dövlətlərin bir-birini tanıması prosesi başladı. Gürcülər dedilər ki, Tiflis bizim paytaxtdır (bu şəhərdə ermənilər həmin vaxt gürcülərdən də çox idi), gedin öz ölkənizdə paytaxtınızı müəyyən edin, hökumətinizi qurun və sonra da gəlin diplomatik əlaqələr yaradaq. Azərbaycan Milli Şurasının iki həyati məsələdə çətinliyi vardı - biri müstəqillik məsələsinə münasibətdə ilhaqçıların tələb və təzyiqləri, o birisi də Bakını paytaxt saymalarına baxmayaraq onun rus-erməni qüvvələri tərəfindən işğal altında olması və sonuncuların müvəqqəti paytaxt Gəncə üzərinə hücuma hazırlaşmaları. Azərbaycan Milli Şurası hər iki məsələdə ən doğru qərarı qəbul etdi (təfərrüat kitablarda var). Erməni Milli Şurası da təbii ki, paytaxtını müəyyən etməli idi, çünki dövlətini qurmaq istəyirdi. İstəkləri İrəvan idi. Orada xeyli (45,5%) türk yaşayırdı. İxtiyarında hərbi gücü olmayan, heçdən bir dövlət qurmaq istəyən bu nadir şəxslər (Milli Şuranın üzvləri) nə etməli idilər? Elan olunmuş dövləti heç kəs tanımır, Azərbaycanın xeyli hissəsi işğal altındadır, bu insanlar nə etməli idilər? Hətta Osmanlı dövləti də erməniləri tanıyırdı, Azərbaycan hökuməti ermənilərə bu bölgədə vətən haqqı tanımamaqla nə qazana bilərdi? Azərbaycanın fiziki varlığının sual altında olduğu həssas bir zamanda ona yardım etməyi (bütün risklərə rəğmən), Azərbaycanı xilas edəcəyini vəd edən Osmanlı rəhbərliyi, o cümlədən Ənvər Paşa da ermənilərlə dil tapmağı məsləhət görürdü. Detallara varmadan birmənalı göstərmək istəyirəm: Milli Şura ən düzgün addımı atdı. Ümumiyyətlə, milli dövlətin baniləri barəsində əski kommunist təbliğatı ənənələrində, qeyri-elmi, insafsız iddialar ağılalmaz bir işdir. Bu il milli tariximizin ən böyük hadisəsindən - tarixdə ilk dəfə milli dövlətimizin elanından 90 il keçir. Milli tariximizin o müqəddəs günlərini və şəxsiyyətlərini təbliğ etməkdənsə, istiqlal qəhrəmanlarına heykəllər qoymaqdansa, möhtəşəm xatirə memorialları yaratmaqdansa onların müqəddəs fəaliyyətini sual altına almaqla məşğuluq. Aşağılıq kompleksində çırpınan, fəqət millət olmaq istəyən bu xalqın tarixi yaddaşına zərbə vurulur. “İrəvanı verdilər” iddiasının birinci böyük, həm də mənfi tərəfi budur. Vaxtınızı “Niyə məhz indi bu məsələ ortaya atılıb” sualını cavablandırmağa sərf etmək istəməzdim. Seçki ilində Qarabağ sülh prosesi deyilən danışıqlardan bir şey gözlənilmir. Nəsə etmək lazımdır. İrəvanı tələb etməyin ikinci mənfi tərəfinə keçək. Diplomatiya, onun bir komponenti olan xarici təbliğatın bircə missiyası var - xarici dünyada dost qazanmaq, dostların sayını artırmaq. Üstəgəl, tarixi determinizm prinsipi ilə ərazi-sərhəd problemlərinə yanaşmaq beynəlxalq hüququn hərfinə belə ziddir, yalnız gülüş doğurur. Bəzi ermənilərin Naxçıvan tələbi əslində bizə xeyirdir - ondan faydalanmağı bacarmaq lazımdır, onları yamsılamaq deyil! Yanlış tarix konsepsiyamız Yeri gəlmişkən, sovet dövründə erməni tələsinə düşdük. Qeyri-elmi primordial prinsipinə əsaslanan tarixşünaslıq yaradıldı. Saxta, yanlış, ən vacibi isə ziyanlı “azərbaycanlı” konsepsiyası milli şüurun inkişafı qarşısında keçilməz səddə çevrildi. Lap böyük Çin səddi kimi. Qədim türklər bu səddi dəfələrlə aşa bilmişdilər. 2200 ildən sonra indiki türklər bu səddi keçə bilmir. Nəticədə Azərbaycan vətəndaşı, xüsusən türklər özünü dərk edə bilmir, Azərbaycan tarixi ümumtürk tarixindən təcrid edilib. Bütün türklər, o cümlədən Azərbaycan vətəndaşlarının əksəriyyəti üçün əvəzsiz tarixi dəyər olan Mete, Attila, Böyük Hun İmperatorluğu, Göytürklər, Orxon abidələri, Böyük Səlcuq İmperatorluğu ... onlar üçün yaddır. Odur ki, tarix şüuru naqis olduğundan onda aşağılıq kompleksi yarandı, indi də bu kompleksdən azad ola bilmirik. Müstəqil Azərbaycanın müstəqil tarix konsepsiyası nə vaxt yaranacaq? Yenə hansısa ağılsız erməni dığası (özü də diqqət edin: rəsmi şəxs deyil!) Naxçıvanı erməni torpağı sayırsa, onu tələb edirsə, biz də İrəvanımı tələb etməliyik? Yenə də erməninin diqtə etdiyi oyun qaydası! Biz Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü tanımağı, Qarabağdan əlini çəkməyi tələb edirik. Ermənistanın ərazi bütövlüyünü tanımamaqla erməni işğalçılarına xarici təbliğatda əlavə arqument vermiş oluruq. Erməniyə bundan qiymətli hədiyyə təsəvvür etmək olmaz! “Dünya ictimaiyyəti” adlandırdığınız böyük güclərin Azərbaycana əlavə təzyiqləri üçün əsas vermiş oluruq. Çox vacib məqamlardan birisi də - bu təbliğat yarışında, ya müharibəsində gülünc görünürük. Torpağı işğal altında olan dövlət torpaqlarını azad etmək barədə düşünməlidir, onu genişləndirməyi deyil! Bir zamanlar bu acı təcrübəni fələstinlilər də yaşadı. Xarici təbliğatlarında yəhudilərin Fələstində vətən haqqının olmadığını vurğuladılar, bunu statistik rəqəmlərlə əsaslandırmağa çalışdılar. Yəhudilər bu səhvdən dərhal istifadə etdilər, əks-təbliğatla fələstinlilərin yəhudilərə vətən haqqı tanımadıqlarını, onları qonşu olaraq belə qəbul etmədiklərini göstərib ardınca da raket və tankları göndərdilər. Bu, indi də davam etməkdədir. Amma fələstinlilər bu yanlış təbliğatdan ən azı rəsmi səviyyədə əl çəkiblər. Milli Məclisin gözlənilən “İrəvan qərarı” nə verər? - Ramil Səfərovu milli qəhrəman kimi təqdim etmək nə verdisə - onu! - Bakıya gəlmiş Qarabağ ermənisini şillələmək nə verdisə - onu! - Bakıdakı qəbiristanlıq probleminin yöndəmsiz “həlli” Avropa Şurasında (11421 saylı sənəd) və dünya mətbuatında nə verdisə - onu! - Qrant Dinki öldürməklə Türkiyəni çıxmaza soxmaq nə verdisə - onu! Bəs nə olsun? Hər şeydən əvvəl Qarabağ probleminə yanaşmada “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” konsepsiyasından əl çəkmək lazımdır. Ona görə ki: - “Münaqişə” (“konflikt”) sözü - konfliktologiya elminin əlifbasından yanaşmış olsaq - mübahisəli ərazi, torpaq və sairəyə münasibətdə istifadə edilə bilər. Biz bu sözü işlətməklə Qarabağı mübahisəli ərazi sayırıq. Doğru deyil! - Problem “Dağlıq Qarabağ” sərhədlərini çoxdan aşıb. Biz onun sərhədlərini məhdudlaşdırmaqla erməniyə daha bir hədiyyə veririk, heç onun fərqində də deyilik! - Qarabağ problemimiz “Ermənistan-Azərbaycan münaqişəsi” deyil, çünki Qarabağ və ətraf rayonlar Ermənistanla Azərbaycan arasında mübahisəli, münaqişəli ərazi deyil. Bu problemin ən doğru adı “Ermənistanın Azərbaycan torpaqlarını işğal aktıdır” və işğal olunmuş Vətən torpaqlarını işğaldan azad etməliyik - vəssalam! “Münaqişə” nə zaman başladı? Rəsmi cavab: 1988-ci ilin fevralında DQMV Xalq Deputatları Sovetinin məlum qərarı ilə. “Dağlıq Qarabağ münaqişəsi” konsepsiyasına görə bu, doğrudur. Amma “beşmərtəbəli evin altıncı mərtəbəsi” varmış. Dağlıq Qarabağın 80 min ermənisi 7 milyonluq xalqını, ermənilər demişkən, belə asanlıqlamı əzdi? Həqiqət “altıncı mərtəbə”dədir. Yeni tarixi dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları məhz Ermənistan Akademiyasının Moskvaya petisiyaları, İrəvanın Opera meydanında “Qarabağ” bağırtıları, Qarabağ Komitəsi..., yəni Ermənistanın təcavüzü məhz 1987-ci ildə başladı. Son zamanlar səsləndirilən bir fikrə də münasibət bildirmək gərəkdir. Rəsmi şəxslər ikidə-bir Qarabağı ermənidən pulla alacaqları haqda ümidlər yaratmağa çalışırlar. Qarabağın pulla alınması mümkün deyil, Vətən sayırıqsa - onu verəcəyimiz qanla geri qaytarmaq mümkündür. Vətəndən pay vermək kimi, Vətəni pulla azad etmək fikrinə düşmək də, yumşaq desək, yanlışdır. Keçən il Xocalı genosid aktı ilə bağlı müzakirələrdə çoxlu dəyərli təkliflər səsləndi. Hansı birisi icra olundu? Məsələn, mən təklif etmişdim ki, Xocalı cinayətinin birbaşa təşkilatçısı olmuş Robert Köçəryanı qaçqınlar beynəlxalq məhkəməyə versinlər. Azərbaycan diplomatiyası qarşısında dost dövlətlərin parlamentlərinin Ermənistanı təcavüzkar dövlət kimi tanınmasına nail olmaq vəzifəsi qoyulsun. Digər bir təklif - Milli Məclisin informasiya mərkəzini Qarabağ Strateji Araşdırmalar Mərkəzinə çevirmək - də qəbul edilmədi. Həmin informasiya mərkəzi də bu günlərdə yanlış “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı və məzmunlu kitabçanı bizə payladı, rəhbərlik də “əhsən” dedi. İndi İrəvana iddia edirik - məntiq hanı? Qarabağla bağlı xarici təbliğatımız necə olmalıdır? Əsas ideya, məncə, belə olmalıdır: Ermənistan bizim torpaqlarımızı işğal edib. Amma biz qonşuyuq, bir coğrafiyada yaşamağa məhkumuq. Ermənistan əhalisinin ac və qəzəbli qalmaması üçün onun rifah dövlətinə çevrilməsində maraqlıyıq. Azərbaycanın enerji resursları və beynəlxalq layihələr Ermənistanın da bundan istifadə etməsinə imkan yaradır. Bu layihələr Cənubi Qafqazı rifaha çatdırmağa yetər. Yetər ki, Ermənistan işğaldan əl çəksin. Bu, məsələnin təbliğat tərəfi. Əməldə isə həm sülh, həm də müharibə yolu Azərbaycanın güclənməsini tələb edir. Azərbaycan Ermənistandan tək hərbi büdcənin miqdarına görə fərqlənməməlidir. Azərbaycan işğalcı qonşudan hüquqi dövlət olması ilə, korrupsiya səviyyəsinin azlığı, demokratikliyinin yüksəkliyi, milli birliyin möhkəmliyi ilə fərqlənməlidir. Azərbaycan Ermənistandan hər sahədə bir baş yüksək olmasa, Qarabağ erməniləri üçün cəlbedici olmasa, özünün həyati problemini həll edə bilməyəcək. Qonşu və təcavüzkar dövlətin paytaxtı ilə bağlı rəsmi sənəd qəbul etməyə hazırlaşan Milli Məclisin də boynuna böyük məsuliyyət düşür. Qarabağ Milli Proqramı qəbul edilə bilər. Hər ilin sonu Qarabağ sülhünə, ya Qarabağ müharibəsinə nə qədər yaxınlaşdığımız müzakirə edilib, icraedici hakimiyyətə uyğun tövsiyələr verilə bilər. Nəticə yerinə “İrəvan bizimdir” demək yox - Qarabağı düşməndən azad etmək lazımdır. Onun üçün birinci növbədə doğru-dürüst konsepsiyamız olmalıdır. Onun üçün rəhmətlik Elçibəyin “Biz türklüyümüzü dərk edəndən sonra milli problemlərimizi həll etməyə başlayacağıq” düsturuna ciddi yanaşmaq lazımdır. Onun üçün müəyyənləşmiş qeyri-müəyyənlikdən qurtarmaq lazımdır. ------------------------ qaynaq -musavat.com www.resulzade.azeriblog.com
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Xuzistanda daha 10 ərəb fəal həbs edildi
İranlılar Azərbaycanda verilən qərarı alqışladılar
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi
İran polisi ərəb gənci güllələdi
Bəndər-Abbasda ardıcıl partlayışlar olub
İki şəhərdə iki məhbus edam edildi
BMT rəhbəri İranda insan hüquqlarının pozulmasını “qəbuledilməz” adlandırıb
İran dövlət televiziyası: Britaniyanın Feyrfod aviabazası İran raketlərinin hədəf dairəsinə daxildir
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT
Urmiyə Şəhər Şurasının üzvü: Ölkədə pan-türk yoxdur, amma pan-fars və İranşəhri düşüncəlilər çoxdur
Səhənd stadion "Traktor"a verilir
Binabda hava çirklənməsi artır; “Səhənd” elektrik stansiyasında mazut yandırılır
İran buna görə bizə kiberhücum etdi- Baro
Rəisinin helikopterinin düşdüyü ərazi İranın milli irsi siyahısına salındı!
ABŞ-ın İran neftinə tətbiq etdiyi blokada Çini İraq neftinə yönəldir – Bloomberg
Talibanın dron şousu: Köhnə ABŞ texnikasının yanında yeni “ixtira”!
ABŞ-nin daha bir təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəldi
Qərbi Azərbaycan mənzil xərclərinin ailə büdcəsindəki payına görə ölkə üzrə yeddinci yerdədir
Tramp: İran Vaşinqtonu təhdid edərsə, “heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcək”
İrada daha bir bəhaiyə həbs cəzası verildi
HƏMAS-ın yüksək rütbəli komandiri öldürüldü
Pilotsuz uçuş aparatı Qara dənizdə 13 Azərbaycan vətəndaşının olduğu gəmiyə hücum edib
İranda doğum böhranı: Nikahlar və uşaq sayı sürətlə azalır